Polad Qasımov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Polad Qasımov
Doğum tarixi 1942
Doğum yeri
Vəfat tarixi 19 fevral 2017(2017-02-19)
Vəfat yeri
Təhsili

Polad Qasımov (1942, Ataxal, Gədəbəy rayonu19 fevral 2017, Bakı) — 1995–2017-ci illərdə "Kirpi" jurnalının baş redaktoru.

11 fevral 1942-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olmuşdur. Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universtitetinin Jurnalistika fakultəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir.

1960-cı illərdən jurnalistika fəaliyyətinə başlamışdır. Azərbaycan pioneri qəzetində, Kommunist qəzetində, Abşeron qəzetində çalışmışdır. 1983-cü ildən Kirpi satira-yumor jurnalında məsul katib və baş redaktorun müavini vəzifələrində çalışmışdır. 1995-ci ildən 2017-ci ilədək Kirpi jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi və Əməkdar jurnalist fəxri adlarına layiq görülmüşdür. " Qızıl qələm " , Ə.Haqverdiyev adına " Satira ustası" , " Araz " ali media mükafatları laureatıdır. " Dəvənin quyruğu " , " Narıncı köynək " , " Kreslo günahı " kimi kitabların və bir sıra elmi məqalələrin, oçerk və felyetonların müəllifidir.

2017-ci il fevralın 19-da Bakı şəhərində vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]