Qvineya-Bisau

Vikipediya, azad ensiklopediya
(Qvineya Bisau səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Qvineya-Bisau
República da Guiné-Bissau
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
port. "Unidade, Luta, Progresso"  
"Birlik, Mübarizə, İnkişaf"
Himn: port. "Esta É a Nossa Pátria Bem Amada"  
"Bura bizim sevgili ülkəmizdir"
Tarixi
 • Portuqaliyadan müstəqilliyinin elanı 23 sentyabr 1973
 • Tanınması 10 sentyabr 1974
Rəsmi dilləri
Paytaxt Bisau
İdarəetmə forması Prezident Respublikası
Prezident Umaru Sisoku Embalo
Baş Nazir Rui Duarte de Barros
Sahəsi Dünyada 136-cı
 • Ümumi 36125 km²
 • Su sahəsi (%) 22.4
Əhalisi
 • Əhali 1.726.170 nəfər (148-ci)
 • Siyahıyaalma (2009) 1.449.230 nəf.
 • Sıxlıq 46,9 nəf./km² (154-cü)
ÜDM (AQP)
 • Ümumi 1,720 milyard $ dollar
 • Adambaşına 1.068 $ dollar
ÜDM (nominal)
 • Ümumi (2009) 826 milyon $ dollar
 • Adambaşına 512 $ dollar
İİİ (2010) 0.296 (artış; 164-cü)
İnternet domeni .gw
ISO kodu GW
BOK kodu GBS
Telefon kodu +245
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qvineya-Bisau

Qvineya-BisauAfrikanın qərbində, Atlantik okeanı sahilində dövlət. Ölkə şimaldan Seneqal , şərqdən və cənub-şərqdən isə Qvineya ilə həmsərhəddir.

XV əsrdə portuqal səyyahı Nunu Triştanın başçılıq etdiyi ekspedisiya tərəfindən kəşf olunmuşdur.

1973-cü ildə Portuqaliyadan müstəqilliyini elan etmişdir.

Paytaxtı Bisau şəhəridir- 473 min sakin (2014-cü il).

Qvineya-Bisau gənc əhaliyə sahib olub, 2015 təxmini məlumatlarına görə əhalinin 59,45%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3,4%-i 65 yaş və yuxarıdır.

0-14 yaş: 39.28% (kişi 344,976 / qadın 346,102) 15-24 yaş: 20.17% (kişi 176,050 / qadın 178,842) 25-54 yaş: 32.53% (kişi 285,258 / qadın 286,955) 55-64 yaş: 4.62% (kişi 31,030 / qadın 50,215) 65 yaş və üzəri: 3.4% (kişi 22,121 / qadın 37,610)

Şəhərdə yaşayanların nisbəti 2015-ci ilin məlumatlarına görə 49,3% olan ölkədə, əhalinin illik artım nisbəti 2016-cı ilin təxmini məlumatlarına görə 1,88% səviyyəsindədir.

Əhalinin 99% -i Afrika mənşəli olub, Avropa mənşəlilər ölkə daxilində mövcudluğu 1% nisbətindədir. Ölkə daxilində fərqli dil, mədəniyyət və ictimai quruluşa sahib 25 ədəd etnik qrup yaşayır. Bu 25 fərqli etnik qrup ölkə əhalisinin 85%-lik hissəsi təşkil edir. Etnik qruplar içərisində çoxluk təşkil edənlər 28% ilə Balanta, 19% ilə Fulbe və 14% ilə Manjaco etnik qrupudur.

Ölkənin rəsmi dili Portuqalcadır. Məktəb çağından etibarən bütün dərslərin Portuqal dilində olmasına baxmayaraq ölkə daxilində bu dilidə hər hansı bir çətinlik çəkmədən danışa bilən hissəsi əhalinin 14%-ni təşkil edir. Hər bir etnik qrupun öz içərisində danışdığı o qrupa xas dilləri var. Bu dillər o qrupun əsas dili sayılır.Bundan başqa gündəlik həyatda Portuqal dili başda olmaq üzrə bir neçə dilin qarışığı olan Qvineya-Bisau Kreyol dili danışılmaqdadır. Ölkə daxilində bütün məktəblərdə Portuqalca olan tədris dilinin Qvineya Bisau Kreyol dili ilə əvəz edilməsi cəhdləri günümüzə qədər müvəffəqiyyətsiz olmuşdur. Hər nə qədər belə bir istək mövcud olsa da, tədris üçün lazımlı olan vəsaitləri bu dildə olmaması bu cəhdi müvəffəqiyyətsiz etməkdədir.

Ölkə əhalisinin 50%-ni müsəlmanlar təşkil edir. Yerli dinlərə inananın nisbəti 40% olduğu halda, xristianlığa inanların sayı 10%-dir.

23.VI.2014 etibarən ölkənin prezidenti - Joze Mariu Vazdır.

  1. https://www.ethnologue.com/language/por.
  2. https://web.archive.org/web/20181225111225/http://chartsbin.com/view/edr.