Salmonellyoz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Salmonellyoz
Salmonella typhimurium
Salmonella typhimurium
XBT-10 A02.0
XBT-10-KM A02.0, A01.4, A01.3, A02.2, A01.2, A01.1, A01.0, A02.9, A02.1, A02.8
XBT-9 003.0
XBT-9-KM 003.0[1][2]
DiseasesDB 11765
MedlinePlus 000294
MeSH D012480
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salmonellyoz (lat. salmonellosis) daha çox qida zəhərlənməsi kimi tanınan Salmonella tipli bakteriyaların yaratdığı simptomatik infeksiya.[3]

Salmonellyoz həm də qida yoluxucu xəstəlikdir və qida qəbulu ilə bədənə daxil olan agentlərin səbəb olduğu adətən yoluxucu və ya toksik təbiətli bir xəstəlik kimi müəyyən edilir.

Salmonellanın iki növü var: salmonella bongori və bir çox alt növə malik olan salmonella enterika. Bununla belə, bir növ daxilindəki alt qruplar xəstəliyə səbəb olmaq qabiliyyətinə görə əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bu onu göstərir ki, alt növlər səviyyəsində orqanizmlərin epidemioloji təsnifatı salmonella və oxşar patogenlərə qarşı mübarizəni yaxşılaşdıra bilər.[4][5][6]

İnsanlarda ən çox görülən simptomlar ishal, qızdırma, qarın ağrısıqusmadır.[3] Simptomlar adətən infeksiyadan 12–36 saat sonra başlayır və 2–7 gün davam edir. Zəifləmiş immun sistemi olan insanlarda xəstəliyin ağır formalarına daha çox rast gəlinir.[3] Bəzi salmonella növləri qarın yatalağı və paratif xəstəliklərinə səbəb ola bilər.[3] Həm vegetarianlar, həm də qeyri-vegetarianlar infeksiyaya yoluxmuş ətdən və süddən istifadə etməklə salmonellaya yoluxa bilərlər.[7]

Bir neçə saatdan bir günə qədər qısa bir inkubasiya dövründən sonra bakteriyalar nazik bağırsaqda çoxalaraq bağırsaq iltihabına (enterit) səbəb olur. Salmonellyozlu insanların çoxunda infeksiyadan 12–72 saat sonra ishal, qızdırma, qusma və qarında spazmalar inkişaf edir.[8] Əksər hallarda xəstəlik 4–7 gün davam edir və müalicə tələb etmir. Bəzi hallarda, ishal o qədər şiddətli ola bilər ki, xəstənin orqanizmi təhlükəli dərəcədə susuzlaşır və xəstəxanaya yerləşdirilməli olur. Xəstəxanada xəstə susuzlaşdırmanı müalicə etmək üçün venadaxili maye qəbul edə bilər və temperaturun azaldılması üçün dərmanlar verilə bilər. Ağır hallarda, salmonella infeksiyası bağırsaqlardan qana, sonra isə bədənin digər hissələrinə yayıla bilər və insana dərhal antibiotiklərlə müalicə edilmədikdə, ölümlə nəticələnə bilər.

Sağlam yetkin insanarda simptomlar yüngül ola bilər, onlarda adətən sepsis olmur. Bununla belə, risk altında olan insanlarda (körpələr, kiçik yaşlı uşaqlar və yaşlılar) salmonella infeksiyaları çox ağırlaşa bilər və bu, ağırlaşmalara səbəb ola bilər. Körpələrdə susuzlaşma ağır toksikoz vəziyyətinə səbəb ola bilər.

Yeganə əlaməti ishal olanlar adətən tamamilə sağalırlar, lakin onların bağırsaqları bir neçə ay ərzində normallaşa bilmir.[9]

Qarın yatalağı

[redaktə | mənbəni redaktə et]

Qarın yatalağı salmonella bakteriyaları limfa sisteminə daxil olduqda və salmonellyozun sistemli formasına səbəb olduqda baş verir. Endotoksinlər ilk növbədə damarsinir aparatlarına təsir göstərir, bu da keçiriciliyin artmasına və damar tonusunun azalmasına, termorequlyasiyanın pozulmasına, qusmaishala səbəb olur. Xəstəliyin ağır formalarında maye balansını, elektrolit balansını pozmaq, dövran edən qan həcmini və arterial təzyiqi azaltmaq, hipovolemik şok yaratmaq üçün kifayət qədər mayeelektrolit itirilir. Septik şok da inkişaf edə bilər. Qarışıq xarakterli şok (həm hipovolemik, həm də septik şok əlamətləri ilə) ağır salmonellyozda daha çox olur. Hipoksiya və toksemiya nəticəsində böyrəklərin tutulması baş verir və ağır hallarda oliquriya (sidik ifrazının pozulması) və azotemiya (böyrəklərdə glomerular filtrasiya dərəcəsi azalması) inkişaf edir.[8]

Uzun müddətli

[redaktə | mənbəni redaktə et]

Salmonellyoz sonradan qıcıqlı bağırsaq sindromu[10] və iltihablı bağırsaq xəstəliyi[11] ilə əlaqələndirilir, lakin sübutlar bunun sonuncunun birbaşa səbəbi olduğunu təsdiq etmir.[11]

Salmonellyozdan əziyyət çəkən az sayda insanlarda reaktiv artrit əmələ gəlir, bu da aylar və ya illər davam edə bilər və xroniki artritə səbəb ola bilər.[12]

Yoluxmuş insanlar asemptomatik daşıyıcı ola bilərlər, lakin bu, nisbətən nadir hallarda baş verir: bir ildən sonra virusun özünü göstərməsi yalnız 0,2–0,6% hallarda müşahidə olunur.

Salmonellyoz bütün dünyada diareyanın ən çox yayılmış səbəblərindən biridir.[13] İnfeksiya adətən yoluxmuş ət, yumurta, su və ya süd qəbul etməklə yayılır.[14] Bir sıra ev heyvanları, o cümlədən pişiklər, itlərsürünənlər də infeksiyanın daşıyıcısı və yayıcısı ola bilərlər. Diaqnoz nəcisqan analizləri götürüldükdən sonra qoyulur.

Salmonella bakteriyalarının fermadan necə yayıldığını göstərən infoqrafika
  • Çox vaxt qeyri-adi görünüşü və ya qoxusu olmayan çirklənmiş qida[15]
  • Mətbəx gigiyenasının zəif olması, xüsusən də müəssisə mətbəxlərində və restoranlarda problemlidir, çünki bu, əhəmiyyətli bir epidemiyaya səbəb ola bilər.
  • Xəstə və ya yoluxmuş, lakin klinik cəhətdən sağlam görünən insanların və heyvanların ifrazatları.
  • Çirklənmiş su (məsələn, duş şlanqlarında və ya istifadə olunmamış su dispenserlərində).
  • Qeyri-gigiyenik şəkildə əridilmiş quş əti (ərimiş suda çoxlu bakteriyalar var).
  • Sürünənlər (ev tısbağaları, ilanlar, iquanalar,[16][17] və su tısbağaları) ilə təmas.[18]
  • Qurbağakimi amfibiyalar.

Salmonella bakteriyaları bir müddət sahibsiz yaşaya bilər (çirklənmiş suda).

Təxminən 142000 amerikalı hər il toyuq yumurtalarından Salmonella Enteritidis-ə yoluxur[19] və təxminən 30 nəfər ölür.[20]

Yumurtanın qabığı və ya daxili (sarısı) ifrazat və ya ətraf mühit vasitəsilə salmonella ilə çirklənə bilər.[21][22]

Xəstəliyin yüngül halında adətən xüsusi müalicə tələb olunmur. Daha ağır hallarda venadaxili mayenin dəyişdirilməsi tələb oluna bilər.[3] Yüksək risk altında olan və ya xəstəliyin bağırsaqdan kənarda yayıldığı şəxslərə antibiotiklər tövsiyə olunur.

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. 1 2 3 4 5 "Salmonella". CDC (ingilis). 13 November 2019. 5 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 May 2022.
  4. Cohn, Alexa R.; Cheng, Rachel A.; Orsi, Renato H.; Wiedmann, Martin. "Moving Past Species Classifications for Risk-Based Approaches to Food Safety: Salmonella as a Case Study". Frontiers in Sustainable Food Systems. 5. 13 May 2021: 652132. doi:10.3389/fsufs.2021.652132.
  5. O'Hagan, Maureen. "Salmonella: Why it's a chicken and egg thing". Knowable Magazine. 10 September 2021. doi:10.1146/knowable-091021-1. 11 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2021.
  6. Ricke, Steven C. "Strategies to Improve Poultry Food Safety, a Landscape Review". Annual Review of Animal Biosciences. 9 (1). 16 February 2021: 379–400. doi:10.1146/annurev-animal-061220-023200. PMID 33156992 (#bad_pmid). 13 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2021.
  7. Centers for Disease Control and Prevention, (CDC). "Outbreak of multidrug-resistant Salmonella newport--United States, January-April 2002". MMWR. Morbidity and Mortality Weekly Report. 51 (25). 28 June 2002: 545–8. PMID 12118534.
  8. 1 2 Santos, Renato L.; Shuping Zhang; Renee M. Tsolis; Robert A. Kingsley; L. Gary Adams; Andreas J. Baumler. "Animal models od Salmonella infections: enteritis versus typhoid fever". Microbes and Infection. 3 (14–15). 2001: 1335–1344. doi:10.1016/s1286-4579(01)01495-2. PMID 11755423.
  9. "What is Salmonellosis?". US Center of Disease Control and Prevention. 2019-02-08. 2014-03-31 tarixində arxivləşdirilib.
  10. Smith, JL; Bayles, D. "Postinfectious irritable bowel syndrome: a long-term consequence of bacterial gastroenteritis". Journal of Food Protection. 70 (7). July 2007: 1762–9. doi:10.4315/0362-028X-70.7.1762. PMID 17685356. 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-27.
  11. 1 2 Mann, EA; Saeed, SA. "Gastrointestinal infection as a trigger for inflammatory bowel disease". Current Opinion in Gastroenterology. 28 (1). January 2012: 24–9. doi:10.1097/mog.0b013e32834c453e. PMID 22080823.
  12. Schmitt, SK. "Reactive Arthritis". Infectious Disease Clinics of North America (Review). 31 (2). November 2017: 265–77. doi:10.1016/j.idc.2017.01.002. PMID 28292540.
  13. Hald, T. Advances in microbial food safety: 2. Pathogen update: Salmonella (ingilis). Elsevier Inc. Chapters. 2013. səh. 2.2. ISBN 9780128089606. 2017-09-10 tarixində arxivləşdirilib.
  14. "Salmonella". World Health Organization. 17 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2017.
  15. Jeanne Goldberg. "Are the bacteria that make food smell and taste bad the same ones that make you sick?". Tufts.edu. 24 February 2012. 25 May 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2018.
  16. "Reptile-Associated Salmonellosis—Selected States, 1998–2002". Centers for Disease Control and Prevention. 12 December 2003. 6 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2011.
  17. Mermin J, Hoar B, Angulo FJ. "Iguanas and Salmonella marina infection in children: a reflection of the increasing incidence of reptile-associated salmonellosis in the United States". Pediatrics. 99 (3). March 1997: 399–402. doi:10.1542/peds.99.3.399. PMID 9041295.
  18. "Ongoing investigation into reptile associated salmonella infections". Health Protection Report. 3 (14). 9 April 2009. 29 April 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2009.
  19. "Playing It Safe With Eggs". FDA Food Facts. 2013-02-28. 2013-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-02. The U.S. Food and Drug Administration (FDA) estimates that 142,000 illnesses each year are caused by consuming eggs contaminated with Salmonella.
  20. Black, Jane; O'Keefe, Ed. "Administration Urged to Boost Food Safety Efforts". Washington Post. 2009-07-08. 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-07. Among them is a final rule, issued by the FDA, to reduce the contamination in eggs. About 142,000 Americans are infected each year with Salmonella enteritidis from eggs, the result of an infected hen passing along the bacterium. About 30 die.
  21. Gantois, Inne; Richard Ducatelle; Frank Pasmans; Freddy Haesebrouck; Richard Gast; Tom J. Humphrey; Filip Van Immerseel. "Mechanisms of egg contamination by Salmonella Enteritidis". FEMS Microbiology Reviews. 33 (4). July 2009: 718–738. doi:10.1111/j.1574-6976.2008.00161.x. PMID 19207743. Eggs can be contaminated on the outer shell surface and internally. Internal contamination can be the result of penetration through the eggshell or by direct contamination of egg contents before oviposition, originating from infection of the reproductive organs. Once inside the egg, the bacteria need to cope with antimicrobial factors in the albumen and vitelline membrane before migration to the yolk can occur
  22. Humphrey, T. J. "Contamination of egg shell and contents with Salmonella enteritidis: a review". International Journal of Food Microbiology. 21 (1–2). January 1994: 31–40. doi:10.1016/0168-1605(94)90197-X. PMID 8155476. Salmonella enteritidis can contaminate the contents of clean, intact shell eggs as a result of infections of the reproductive tissue of laying hens. The principal site of infection appears to be the upper oviduct. In egg contents, the most important contamination sites are the outside of the vitelline membrane or the albumen surrounding it. In fresh eggs, only a few salmonellae are present. As albumen is an iron-restricted environment, growth only occurs with storage-related changes to vitelline membrane permeability, which allows salmonellae to invade yolk contents.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • CDC website, Division of Bacterial and Mycotic Diseases, Disease Listing: Salmonellosis