Serb Respublikası Müasir İncəsənət Muzeyi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Serb Respublikası Müasir İncəsənət Muzeyi
Xəritə
Əsası qoyulub 1971
Açılış tarixi 1971
Ölkə
Yerləşir Banya Luka
44°46′10″ şm. e. 17°11′02″ ş. u.
msurs.net/index.php/en
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Serb Respublikası Müasir İncəsənət Muzeyi (serb. Музеј савремене умјетности Републике Српске) – Bosniya və Herseqovinanı təşkil edən siyasi qurumlardan biri olan Serb Respublikasının Banya Luka şəhərində yerləşən müasir incəsənət muzeyi. Serb Respublikasındakı əsas muzeylərdən biridir.

Serb Respublikası Müasir İncəsənət Muzeyi 1971-ci ildə Banya Luka Şəhər Şurasının qərarı yaradılmışdır. Muzey ilk olaraq Banya Luka İncəsənət Qalereyası kimi təşkil olunmuşdur. 26–27 oktyabr 1969-cu ildə Banya Lukada baş vermiş zəlzələdən sonra yuqoslav və beynəlxalq sənətçilər şəhərlə həmrəyliklərini nümayiş etdirməkdən ötrü şəhərdə incəsənət qalereyasının açılması üçün kampaniya başlatmışdırlar. Kampaniya çərçivəsində qalereya üçün 750 incəsənət əsəri toplanmışdır. Qalereyanın yaradılmasında məqsəd yerli və xarici sənətçilərin əsərlərini toplamaq, tədqiq etmək, bərpa etmək, saxlamaq və nümayiş etdirmək olmuşdur.[1]

İncəsənət qalereyasındakı ilk daimi sərgi 22 aprel 1981-ci ildə təşkil olunmuşdur. Qalereya ilk dəfə 1962-ci ildə baş tutmuş və ümumilikdə 14 dəfə keçirilmiş "Payız salonu" tədbirinə ev sahibliyi etmişdir. 1994-cü ildə Serb Respublikası hökumətinin qərarı ilə qalereyanın adı Serb Respublikası Təsviri İncəsənət Qalereyası olaraq dəyişdirilmiş və Serb Respublikasının incəsənət üzrə əsas muzeyinə çevrilmişdir. 10 fevral 2004-cü ildə adı növbəti dəfə dəyişdirilərək Serb Respublikası Müasir İncəsənət Muzeyi adlandırılmışdır.[1]

Muzeyin yerləşdiyi bina 1891-ci ildə Avstriya-Macarıstan dəmiryolu stansiyası kimi tikilmişdir. Bina 1981-ci ildə muzey standartlarına uyğunlaşdırılmışdır. 2007-ci ildə binaya Bosniya və Herseqovina Milli Abidələrin Mühafizəsi Komissiyası tərəfindən milli abidə statusu verilmişdir.[1] 2020-ci ildə muzeydə bərpa işləri aparılmışdır.[2]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzey Bosniya və Herseqovinada müasir incəsənətə həsr olunmuş yeganə muzeydir. Muzey 4 bölmədən ibarətdir: kolleksiyalar bölməsi; informasiya və sənədləşdirmə mərkəzi və kitabxanası bölməsi; təhsil proqramları bölməsi; sərgilər və proqram fəaliyyətləri bölməsi.[1]

Muzeyin kolleksiyasına 3000-dən çox sənət əsəri daxildir. Bu əsərlərin böyük qismi XX əsrin ikinci yarısına aiddir. Muzeydəki əsərlər 4 kolleksiyas kateqoriyasına bölünmüşdür: rəsmlər; kağız üzərində qrafik əsərlər; heykəllər, obyektlər və quraşdırmalar; media art.[3]

Muzeydə müxtəlif xarici sənətçilərin sərgiləri təşkil olunur. 2016-cı ildə Damyen Herstin "Yeni din" sərgisi, 2017-ci ildə Qreyson Perrinin "Kiçik fərqliliklərin təvazökarlığı" sərgisi bu muzeydə təşkil olunmuşdur.[1]

  1. 1 2 3 4 5 "About Museum". Muzeyin rəsmi saytı (ingiliscə). 8 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2024.
  2. "Reconstruction of the Museum of Contemporary Art of Republika Srpska started". Sarajevo Times (ingiliscə). 10 avqust 2020. 8 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2024.
  3. "Collection". Muzeyin rəsmi saytı (ingiliscə). 9 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]