Stefano Pioli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Stefano Pioli
it. Stefano Pioli
Ümumi məlumatlar
Doğum tarixi 20 oktyabr 1965(1965-10-20)[1] (58 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 183 sm
Çəkisi 72 kq
Mövqeyi müdafiəçi
Karyerası
Gənclik karyerası
1979–1982 İtaliya Parma
Klub karyerası[* 1]
1982–1984 İtaliya Parma 42 (1)
1984–1987 İtaliya Yuventus 35 (0)
1987–1989 İtaliya Hellas Verona 42 (0)
1989–1995 İtaliya Fiorentina 154 (1)
1995–1996 İtaliya Padova 4 (0)
1996–1997 İtaliya Pistoyeze 14 (1)
1997–1998 İtaliya Fiorentsuola 21 (0)
1998–1999 İtaliya Kolorno 20 (3)
Milli yığma[* 2]
1985–1987 İtaliya İtaliya U-21 5 (0)
Məşqçisi olduğu klublar
1999–2001 İtaliya Bolonya
2001–2002 İtaliya Bolonya
2002–2003 İtaliya Kreyo Verona
2003–2004 İtaliya Salernitana 1919
2004–2006 İtaliya Modena
2006–2007 İtaliya Parma
2007–2008 İtaliya Qrosseto
2008–2009 İtaliya Pyaçentsa
2009–2010 İtaliya Sassuolo
2010–2011 İtaliya Kreyo Verona
2011–2012 İtaliya Palermo
2012–2014 İtaliya Bolonya
2014–2016 İtaliya Latsio
2016–2017 İtaliya İnter Milan
2017–2019 İtaliya Fiorentina
2019–2024 İtaliya AC Milan
2024– Səudiyyə Ərəbistanı Əl-Nəsr

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stefano Pioli (İtalyanca səslənmə: [ˈsteːfano ˈpjɔːli]; 20 oktyabr 1965[1], Parma, İtaliya) — İtalyalı futbol məşqçisi və müdafiəçi kimi çıxış etmiş keçmiş futbolçu. Hal-hazırda "Əl-Nəsr" klubunun baş məşqçisidir.

Oyunçu karyerası

[redaktə | mənbəni redaktə et]

Əslən Parmadan olan Pioli, öz futbolçu karyerasına doğma şəhərinin komandası olan "Parma" klubunda başlayıb. "Parma"nın heyətində 2 il çıxış etdikdən sonra, 1984-cü ildə "Yuventus" klubuna keçir. "Yuventus" klubunun formasını 3 il geyinən Pioli, klubla A Seriyası çempionluğunu, UEFA Çempionlar Kubokunu, Avropa Super KubokunuQitələrarası Kubokunu qazanır.

1987-ci ildə "Hellas Verona" klubuna transfer olunur.

Pioli 1989-cu ildə "Fiorentina" klubuna keçir. Florensiya klubunda 6 il oynayır.

Daha sonra "Padova", "Pistoiese" və "Fiorentsuola" kimi klublarda karyerasını karyerasını davam etdirən Pioli, 1999-cu ildə "Kolorno" komandasında futbolçu karyerasını bitirir.

Məşqçilik karyerası

[redaktə | mənbəni redaktə et]

1999–2002-ci illərdə Pioli "Bolonya" klubunun, 2002–03-cü illərdə isə "Kyevo"nun aşağı yaş komandalarını çalışdırıb. 2003–04-cü illərdə o, B Seriyasında yarışan "Salernitana" klubunun baş məşqçisi təyin edilir. Burada bir mövsum çalışdıqdan sonra, 2004-cü ildə B Seriyasında yarışan digər kluba, "Modena"ya baş məşqçi təyin edilir. 

2006-cı ildə Pioli doğma şəhərindən dəvət alır və "Parma"nın baş məşqçisi təyin edilir. Bu həm də Piolinin İtaliya A Seriyasında məşqçi kimi debütu olur. Lakin o, 2007-ci il fevralın 12-də "Roma" klubuna 3–0 hesablı məğlubiyyətdən sonra istefaya göndərilir. Piolini Kladuo Ranyeri əvəzləyir.

"Parma"dan sonra Piolinin növbəti klubu B Seriyasında yarışan "Qrosseto" klubu olur. O, 11 sentyabr 2007-ci ildə ilk üç liqa matçında ardıcıl üç məğlubiyyətdən sonra istefaya göndərilən Corcio Rosellini əvəz edir.

Daha sonra o, 2008–09 mövsümundə "Pyaçentsa" klubunun baş məşqçisi olur.

2009-cu ilin iyul ayında o, "Sassuolo" klubuna qoşulmaq üçün "Pyaçentsa"dan ayrılır.

10 iyun 2010-cu ildə Pioli 12 aylıq müqavilə əsasında A Seriyası klubu "Kyevo"nun baş məşqçisi təyin edilir.

2 iyun 2011-ci ildə Pioli "Palermo" klubunun baş məşqçisi təyin edilir, lakin o, cəmi 90 gün sonra vəzifəsindən azad edilir.

4 oktyabr 2011-ci ildə Pioli istefaya göndərilən Pierpaolo Bisolinin yerinə "Bolonya"nın yeni baş məşqçisi təyin edilir.

"Bolonya" ilə iki çətin mövsüm keçirərək klubun B Seriyasına düşməsinə imkan vermir. Ancaq, 8 yanvar 2014-cü ildə "Bolonya" rəhbərliyi onu istefaya göndərərək yerinə Davide Ballardinini təyin edir.

12 iyun 2014-cü ildə Pioli Edoardo Rejanın yerinə "Latsio" klubunun yeni baş məşqçisi təyin edilir.

Klubdakı ilk mövsümündə "Latsio" A Seriyasında 3-cü yeri tutur.

11 iyun 2015-ci ildə "Latsio" onunla 2 illik yeni müqavilə imzalayır.

3 aprel 2016-cı ildə Pioli "Roma" klubuna evdə 4–1 hesablı məğlubiyyətdən sonra istefaya göndərilir.

8 noyabr 2016-cı ildə Pioli "İnter" ilə 18 aylıq müqavilə imzalayır. Lakin mövsüm bitməmiş, 9 may 2017-ci ildə "İnter"dən istefaya göndərilir. "İnter", Piolinin rəhbərlik etdiyi ilk 16 A Seriyası matçının 12-də qələbə qazanır ("Milan" ilə heç-heçə, "Napoli", "Yuventus" və "Roma" ilə oyunlarda məğlubiyyət).

6 iyun 2017-ci ildə Pioli "Fiorentina" klubunun baş məşqçisi təyin edilir.

4 mart 2018-ci ildə klubun mərkəz müdafiəçisi və kapitanı Davide Astori gözlənilmədən vəfat edəndə, oyunçunun xatirəsini yad etmək üçün Pioli xatirə döyməsi etdirir.

9 aprel 2019-cu ildə Pioli "Fiorentina" klubundan istefa verir.

9 oktyabr 2019-cu ildə Pioli mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə ilə "Milan" klubunun baş məşqçisi təyin edilir .

21 iyul 2020-ci ildə Pioli "Milan" klubu müqaviləsini iki il uzadır.

23 may 2021-ci ildə onun məşqçiliyi altında, yeddi mövsümdən sonra ilk dəfə "Milan" klubu Çempionlar Liqasında iştirak hüququ əldə edir.

16 noyabr 2021 tarixində "Milan"ın Pioli ilə müqaviləsini artıraraq 2+1 illik sözləşmə imzalayacağı və Piolinin maaşı illik 3,5 milyon avro və əlavə olaraq bonuslar olacağı ilə bağlı xəbərlər peyda olur.[2]

2022-ci ildə, "Milan" klubuna İtaliya A Seriyasının çempionluğunu qazandırır.

"Əl Nəsr" klubu əvvəlki baş məşqçi Luiş Kaştrunu qovduqdan sonra 18 sentyabr 2024-cü ildə Pioli ilə komandaya məşqçilik etməsi üçün müqavilə imzalayıb.[3][4]

  1. 1 2 Stefano Pioli // Transfermarkt (çd.). 2000.
  2. ""Milan" Pioli ilə gələn həftə müqavilə imzalayır". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.
  3. "Al Nassr hire Pioli to coach Ronaldo at SPL club". ESPN.com (ingilis). 2024-09-18. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  4. "Al-Nassr appoint Pioli as new manager". CNA (ingilis). 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]