Təkcə adanı özünlə apara bilməzsən...

Vikipediya, azad ensiklopediya
(Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Təkcə adanı özünlə apara bilməzsən...
Fayl:Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980).jpg
Janr dram
uşaq
Rejissor Gülbəniz Əzimzadə
Ssenari müəllifi Nadejda İsmayılova
Baş rollarda Ayan Mirqasımova
Ketevan Boçorişvili
Kamal Xudaverdiyev
Kazım Abdullayev
Ramiz Məlikov
Operator Hüseyn Mehdiyev
Bəstəkar Aqşin Əlizadə
Rəssam Mais Ağabəyov
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
İlk baxış tarixi 30 sentyabr 1980
Filmin növü tammetrajlı bədii film
Müddət 64 dəq.
Ölkə SSRİ SSRİ
Dil rusca
İl 1980
Texniki məlumatlar 7 hissə
1806 metr
35 mm
"Svema" kinolenti (Şostka kimya kombinatı)
Rəng rəngli

Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ayan Mirqasımova, Ketevan Boçorişvili, Kamal Xudaverdiyev, Kazım Abdullayev, Ramiz Məlikov ifa edirlər.[1]

Balaca Nailə (Ayan Mirqasımova) cəmi bir neçə günlüyə adaya, nənəsinin (Ketevan Boçorişvili) yanına qonaq gəlir. Lakin, bu qısa müddətdə çoxlu yeniliklər öyrənir, onun uşaq qəlbi gah kövrəlir, gah sevincdən coşub daşır: Nailə suitilərlə qarşılaşır, başqa yuvaya soxulmaq istəyən qağayının digər quşlar tərəfindən necə məhv edilməsinin şahidi olur.

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
1)1980-ci ildə Kiyevdə XI Respublika "Gənclik-80" kinofestivalı
  • Ətraf mühitlə bağlı aktual mövzunun təcəssümünə görə filmə münsiflər heyətinin Diplom və Prizi verilmişdir.
2)1981-ci ildə İrəvanda IX Ümumittifaq televiziya filmlərinin festivalı
  • Uşaqlar üçün ən yaxşı filmə, insanla təbiətin vəhdəti kimi mürəkkəb fəlsəfi mövzunun istedadla açılmasına, yüksək təsvi ustalığına görə filmə Baş Mükafat və Diplom verilmişdir.
3)1982-ci ildə

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Nadejda İsmayılova
Quruluşçu rejissor: Gülbəniz Əzimzadə
Quruluşçu operator: Hüseyn Mehdiyev
Quruluşçu rəssam: Mais Ağabəyov
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Marat İsgəndərov
Rejissor: Səməd Lazımov
Operator: Amin Novruzov
Geyim rəssamı: Gülbəniz Əzimzadə
Montaj edən: Nisə Hacıyeva
Quraşdırılmış səhnələrin operatoru: Rafiq Kərimov
Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev] (S. Musayev)
Məsləhətçi: A.Ağayev, E.Məmmədova
Redaktor: Ramiz Rövşən (R. Əliyev kimi)
Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Oxuyur: Moskva Kamera Xoru
Dirijor: A.Petuxov
Filmin direktoru: Nadir Əliyev
Ayan Mirqasımova — Nailə
Ketevan Boçorişvili — Mədinə
Kamal Xudaverdiyev — İlyas
Kazım Abdullayev — ovçu
Ramiz Məlikov — gəmi kapitanı
Cəvahir Bayramova — Mədinənin dublyoru
M.Nuriyev
  1. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278-298; 311.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]