15°48′ c. e. 141°12′ q. u.HGYO

Takume

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Takume adası
fr. Takume
Ümumi məlumatlar
Sahəsi 5 km²
Uzunluğu
  • 24 km
Eni 5 km
Əhalisi 0 nəfər (2007-ci il)
Yerləşməsi
15°48′ c. e. 141°12′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Takume adası xəritədə
Takume adası
Takume adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Takume (fr. Takume) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Raroia atolundan 8 km şimal-qərbdə yerləşir.

Atollun kosmosdan təsviri.

Atollun sahəsi 5 km², uzunluğu 20 km-dir. Daxilində laqun vardır. Kiçik boğazla okean suları ilə birləşir.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

İnzibati baxımından Makemo kommunasına daxildir.

Takume ilk dəfə 1820-ci ildə rus dənizçisi və səyyahı, tədqiqatçısı Faddey Bellinshauzen tərəfindən kəşf edilir. O, adanı general Nikolay Repnin-Volkonskinin şərəfinə Volonski atollu adlandırır.

2007-ci il məlumatına görə adada yaşayış yoxdur. Əvvəllər mövcud olmuş yaşayış məntəqəsinin adı Ohomo adlanır. Burada aerodrom fəaliyyət göstərir.