Tulus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tulus
39°23′ şm. e. 47°04′ ş. u.
Ölkə  Azərbaycan
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 740 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Tulus xəritədə
Tulus
Tulus

TulusAzərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd.[1]

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]

Arazboyu düzənlikdədir. Oykonimin qəd. türkdilli tolos/teles tayfasının adı ila bağlılığı güman edilir. Orxon-Yenisey yazılı abidələrində tolis kimi qeyd olunan tuluslar e.ə. III əsrdə Orta Asiyada yaşamış teles adlı tayfanın varisləri hesab edilir. VII əsrdə onlar Qərbi Türk Xaqanliğına daxil olmuş, XIII əsrdə monqolların tərkibində Yaxın Şərqin istilasında iştirak etmişlər. Hazırda qaraqalpaqların va tatarların tərkibinda tolos adı ilə fəaliyyət göstərirlər. Dağlıq Altayda yaşayan telengit tayfasının bir qolu indi də tolos adlanır. Şərur rayonunun Dəmirçi kəndində Talasovan məhəlləsi, Tələsovan sahəsi qeydə alınmışdır.[3]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi". qafqazinfo.az (az.). 21 oktyabr 2020. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2020.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427