Uzaq Şərq beynəlxalq hərbi tribunalı
Naviqasiyaya keç
Axtarışa keç
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Uzaq Şərq beynəlxalq hərbi tribunalı — İkinci dünya müharibəsindən sonra baş tutmuş hərbi tribunal. Tribunalda Yaponiya imperatoru Hirohito və şahzadə Asakadan başqa müharibədə iştirak etmiş bütün yüksək rütbəli yaponlar mühakimə edilmişdir. 1946-cı il 3 may tarixində başlayan tribunal 1948-ci il 12 noyabr tarixinə qədər davam etmiş və çıxarılan qərarlar nəticəsində baş nazir Hideki Toco və bir çox yüksək rütbəli hərbçi edam edilmişdir.
Məhkəmə heyəti
[redaktə | mənbəni redaktə et]Məhkəmədə, İkinci dünya müharibəsində qalib gələn tərəf olan Antihitler koalisiyası tərəfindən müəyyənləşdirilmiş 11 hakim və 12 dövlət ittihamçısı yer almışdır.
Hakimlər
[redaktə | mənbəni redaktə et]Ölkə | Hakim | Qeyd |
---|---|---|
Avstraliya | Vilyam Veb | Avstraliya Ali Məhkəməsinin hakimi (heyətin rəhbəri) |
Kanada | Edvard Stüart Makduqal | Keçmiş hakim |
Çin Respublikası | Mei Ju-ao | |
Fransa | Henri Bernard | Fransa Ali Hərbi Tribunalının hakimi |
Hindistan | Radhabinod Pal | Kəlküttə Universitetinin Hüquq faklütəsinin dosenti. |
Niderland | Bert Rölinq | Utrext Universitetində hüquq üzrə professor. |
Yeni Zelandiya | Harvey Nortkroft | Hərbi hakim |
Filippin | Delfin Jaranilla | Ali məhkəmənin üzvü və hakim |
Birləşmiş Krallıq | Lord Patrik | Hakim |
ABŞ | Con Higgins | Massaçusets ştatı Ali Məhkəməsinin hakimi |
ABŞ | Mayron Kramer | |
SSRİ | I. M. Zarayanov | Ali məhkəmənin üzvü |