Vasili Lanovoy

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vasili Lanovoy
rus. Василий Лановой
Doğum tarixi 16 yanvar 1934(1934-01-16)
Doğum yeri
Vəfat tarixi 28 yanvar 2021(2021-01-28)[1] (87 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Dəfn yeri
Həyat yoldaşı
Təhsili
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 19542021
Partiyası
Mükafatları "SSRİ xalq artisti" fəxri adı "RSFSR xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı "Lenin" mükafatı
"Xalqlar dostluğu" ordeni "Şərəf" ordeni (Rusiya)
vakhtangov.ru/persones/l…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili Semyonoviç Lanovoy (16 yanvar 1934, Moskva28 yanvar 2021[1], Moskva) — rus aktyoru. SSRİ xalq artisti (1985). Lenin mükafatı laureatı (1980).

Va­si­li La­no­voy 1934-cü il yan­va­rın 16-da dün­ya­ya göz açıb, uşaq­lıq il­lə­ri ba­cı­la­rı Va­len­ti­na və Lyud­mi­la ilə va­li­deyn­lə­ri­nin ça­lış­dı­ğı za­vo­dun ya­taq­xa­na­sın­da ke­çib.

Bir də­fə Va­si­li dos­tu Vo­lod­ya ilə gəz­mə­yə ge­dir­lər. Yol­da afi­şa­da oxu­yur­lar ki, Pio­ner­lər sa­ra­yın­da Mark Tve­nin “Tom So­yer” ta­ma­şa­sı gös­tə­ri­lir. Dost­lar ta­ma­şa­ya bax­ma­ğa ge­dir­lər. Gö­rür­lər ki, ta­ma­şa­da oy­na­yan­la­rın ha­mı­sı on­la­rın həm­ya­şıd­la­rı­dır, qə­ra­ra gə­lir­lər ki, on­lar da akt­yor ol­sun­lar. Te­atr rəh­bə­rin­dən xa­hiş edir­lər ki, on­la­rın da ad­la­rı­nı dər­nə­yə yaz­sın.

Be­lə­lik­lə, Va­si­li sə­nət alə­mi­nə qə­dəm qo­yur. Or­ta təh­si­li­ni ba­şa vu­ran­dan sonra B.Şu­kin adı­na Te­atr Mək­tə­bi­nə da­xil olur. Bu­ra­da o, gə­lə­cək hə­yat yol­da­şı Tat­ya­na Sa­moy­lo­va ilə ta­nış olur və çox keç­mir, on­lar ai­lə qu­rur­lar. Mək­tə­bi bi­tir­dik­dən son­ra isə Y.Vax­tan­qov adı­na Aka­de­mik Döv­lət Teat­rı­na işə qə­bul olu­nur. Bu teatr­da 70-dən çox ta­ma­şada oy­na­yır. An­caq sə­nət­dən fərq­li ola­raq ai­lə hə­ya­tı uğur­lu ol­mur, öv­lad­la­rı ol­ma­dı­ğın­dan 4 il ya­şa­dıq­dan son­ra, 1958-ci il­də Tat­ya­na Sa­moy­lo­va ilə ay­rı­lır.

Va­si­li La­no­voy ki­no­ya hə­lə tə­lə­bə ikən, 1954-cü il­də “Ka­mal at­tes­ta­tı” fil­mi­nin qəh­rə­ma­nı Va­len­tin Lis­tovs­kin ro­lu­nu can­lan­dır­maq­la qə­dəm qo­yub. Onun za­hi­ri ya­ra­şı­ğı, is­te­da­dı re­jis­sor­la­rın çox xo­şu­na gə­lir. “Po­lad ne­cə bər­ki­di”­də Pa­vel Kor­ça­gin, “Al yel­kən­lər”­də Ar­tur Qrey, “Həm­kar­lar”­da Alek­sey Mak­si­mov, “Hərb və sülh”də Ana­tol Ku­ra­qin rol­la­rın­da çə­ki­lir, məş­hur­la­şır. O, 1967-ci il­də “An­na Ka­re­ni­na” fil­mi­ndə keç­miş hə­yat yol­da­şı Tat­ya­na Sa­moy­lo­va ilə tə­rəf-mü­qa­bil olur. 1973-cü il­də “Ba­ha­rın on yed­di anı” te­le­fil­min­də ge­ne­ral Volf ro­lu­nu can­lan­dı­rır. Akt­yor­luq­la ya­na­şı, B.Şu­kin adı­na Te­atr Mək­tə­bin­də müəl­lim­lik fəa­liy­yə­ti­nə də baş­la­yır.

Va­si­li La­no­voy ikin­ci hə­yat yol­da­şı - A.S.Puş­kin adı­na Dram Teat­rı­nın akt­ri­sa­sı və te­le­vi­zi­ya re­jis­so­ru Ta­ma­ra Zyab­lo­va ilə 1961-ci il­də ta­nış olur. Hə­min il Krım­da “Al yel­kən­lər” fil­mi­nin çə­ki­liş­lə­ri ge­dir­di, Ta­ma­ra Zyab­lo­va da bu­ra­da sa­na­to­ri­ya­la­rın bi­rin­də is­ti­ra­hət edir­di. Va­si­li re­jis­sor­dan və gə­mi­nin ka­pi­ta­nın­dan xa­hiş edə­rək al yel­kən­lə­ri qal­dı­rıb gə­mi ilə Ta­ma­ra­nın gö­rü­şü­nə ge­dir. On­lar ai­lə hə­ya­tı qur­sa­lar da, xoş­bəxt­lik­lə­ri uzun sür­mür. 1971-ci il­də Ta­ma­ra ma­şın qə­za­sın­da dün­ya­sı­nı də­yi­şir.

Bun­dan son­ra akt­yor qə­ra­ra gə­lir ki, daha ai­lə hə­ya­tı qur­ma­sın. La­kin bi­r il­dən son­ra, 1972-ci il­də o, akt­ri­sa İri­na Kup­çen­ko ilə ta­nış olur və ev­lə­nir­lər. On­lar ar­tıq 40 il­dir ki, bir yer­də ya­şa­yır­lar. Bu ni­kah­dan əkiz oğul­la­rı dün­ya­ya gə­lir. On­lar­dan bi­ri­nə A.S.Puş­ki­nin şə­rə­fi­nə Alek­sandr, ikin­ci­si­nə isə S.Ye­se­ni­nin şə­rə­fi­nə Ser­gey ad­la­rı­nı qo­yur­lar. Alek­sandr jur­na­lis­ti­ka fa­kül­tə­si­ni, Ser­gey isə iq­ti­sa­diy­yat fa­kül­tə­si­ni bi­ti­rir. Ser­gey 2013-cü il­də 37 ya­şın­da dün­ya­sı­nı də­yi­şir.

  1. Zabitlər (film, 1971)
  2. Baharın on yeddi anı (film, 1973)
  3. Unudulmuş qəhrəman (film, 2005)