Vikipediya:İstifadəçi adları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə

Qaydanın səsvermə nəticəsində qəbul edilib.

  • Səsvermə müddəti: 20 may — 4 iyun 2021
  • Qüvvədədir: 5 iyun 2021-ci ildən

Bu qayda Azərbaycanca Vikipediyada hansı istifadəçi adlarının qəbul edildiyini və ya bu qaydaları pozan istifadəçi adları ilə necə mübarizə aparılacağını təsvir edir. Ayrıca, bir istifadəçi hesabının yalnız bir nəfər tərəfindən istifadə edilməli olduğunu və əksər hallarda bir nəfərin yalnız bir hesabdan istifadə etməsini nəzərdə tutur.

İstifadəçi adınızı hesab yaradarkən seçirsiniz. Bu hesabdan istifadə edərək edilən bütün redaktələr daha sonra seçilmiş istifadəçi adına aid ediləcək (heç bir hesaba daxil olmadıqda edilən redaktələr istifadəçinin IP ünvanına aid edilir). İstifadəçi adının dəyişdirilməsini tələb etmək və keçmiş redaktələrinizi yeni adla əlaqələndirmək də mümkündür.

Bu qayda Azərbaycanca Vikipediyadakı istifadəçi adlarına aiddir. Lakin əksər hallarda başqa dildə olan Vikipediya və digər Vikimediya Fondu dəstəkli layihələrə daxil olmaq üçün eyni istifadəçi adından və şifrədən istifadə edə biləcəksiniz.

Yeni istifadəçilər

İstifadəçi adları qaydasının qısa izahatı
İstifadəçi adınız sizi fərdi bir şəxs kimi təmsil etməlidir

Aşağıdakı kimi olan istifadəçi adlarına icazə verilmir:

  • şirkətlərin, təşkilatların, veb saytların, musiqi qruplarının və ya qrupların, kollektivlərin və ya yaradıcı qrupların adlarını ehtiva edir,
  • reklam xarakterli və ya hər hansı bir şəxsin, şirkətin, bazarın, məhsulun, kanalın və ya digər malların və ya xidmətlərin reklamı, təşviqi, satılması, dəstək və ya istifadəçi bazası qazanmaq üçün reklam edir
  • istifadəçi hesabınının birdən çox adam arasında paylaşılacağını nəzərdə tutur,
  • yalnız bir təşkilat daxilində fərqli insanlar tərəfindən təmsil oluna və ya tutula biləcək bir rolu və ya vəzifəni təsvir edir,
İstifadəçi adınız düzgün, uyğun olmalı və pozitiv bir redaktə mühitini dəstəkləməlidir

Aşağıdakı kimi olan istifadəçi adlarına icazə verilmir və dərhal bloklanır:

  • təhqiramiz, şiddətli, hədələyən, cinsi məzmun, böhtan dolu və ya pozucudur
  • qəsdən aldadıcı, qarışıq, uzun, digər hesablara və ya istifadəçilərə bənzəyir və ya özünüzü başqası kimi təqdim etməyə çalışır
  • Vikipediyanı dağıtmaq, pozmaq, reklam etmək və ya spam göndərmək niyyətindədir
  • digər Vikipediya istifadəçilərini narahat etmək və ya təhdid etmək niyyətini nəzərdə tutur
  • ensiklopediya yaratmaq üçün burada olmadığını və ya Vikipediyanı onun üçün yaradılmamış məqsədlər üçün istifadə edəcəyini nəzərdə tutur

İstifadəçi adınız, hesabınızı və Vikipediyada etdiyiniz bütün redaktələrinizi müəyyənləşdirəcək bir ləqəbdir. İstəsəniz, bu sizin əsl adınız ola bilər, ancaq həqiqi adınızla redaktə ilə bağlı risklərdən xəbərdar olmalısınız. Vikipediya istifadəçi adları hərflərə həssasdır, lakin ilk hərf avtomatik olaraq böyük hərflə yazılır. Standart olaraq, istifadəçi adınız müzakirə səhifələrindəki imzanızda görünür.

Unutmayın ki, istifadəçi adı seçildikdən sonra asanlıqla dəyişdirilə bilməz. Məsələn "Dr. Məmməd Məmmədov" seçsəniz, doktorluq dərəcəniz imzanızı dəyişdirmədiyiniz təqdirdə tarix səhifələrində və bütün müzakirə səhifələrində aşkar olacaq. Daha az rəsmi olmağa üstünlük verirsinizsə, bu addan imtina edin. Bununla birlikdə, həqiqi adınızdan istifadəçi adınız kimi istifadə olunma hissəsini oxumalısınız.

Hesab yaradarkən istifadəçi adınızı qeyd edirsiniz və sonradan həmin hesaba daxil olmaq üçün (parolunuzla birlikdə) istifadə edirsiniz. Bir hesaba sahib olduqdan sonra, digər Vikipediyaçılara özünüzlə əlaqəli məlumat vermək üçün "İstifadəçi:XXXX" adlı istifadəçi səhifəsi yarada bilərsiniz (burada "XXXX" istifadəçi adınızdır). Siz və ya hər hansı digər vikipediyaçı, sizinlə əlaqə qurmaq üçün istifadə edə biləcəyi "İstifadəçi müzakirəsi:XXXX" adlı bir müzakirə səhifəsi yarada bilər.

Sistem onsuz da artıq istifadədə olan və ya başqa bir istifadəçi adına çox bənzəyən bir istifadəçi adı ilə qeydiyyatdan keçməyinizə icazə verməyəcəkdir. Qlobal hesab məlumatları istifadəçi adının alınıb-alınmadığını yoxlamaq üçün istifadə edilə bilər; orada göstərilməyibsə, mövcud olana çox bənzəmirsə, asanlıqla qeydiyyatdan keçə bilərsiniz. Bənzər bir istifadəçi adını, müəyyən şərtlər altında ala bilərsiniz.

İstifadəçi adınız demək olar ki, hər hansı bir simvol ardıcıllığı ola bilər (bir neçə texniki məhdudiyyətdən başqa). Bununla birlikdə, digər istifadəçiləri narahat etməyən və layihəyə müdaxilə etməyən bir ad olmalıdır. Mübahisəli bir ad digər istifadəçilər üçün pis təsir bağışlaya bilər və bunun qarşısını almaq sizin marağınızdadır. Bu səhifədə, xüsusən təhqiredici, aldadıcı və ya reklam hesab edilə biləcəyi və ya hesabın fərdi şəxsə aid olmadığını nəzərdə tutduğu üçün xüsusi olaraq qadağan edilən müəyyən istifadəçi adları təsvir olunur.

Uyğun olmayan istifadəçi adları

Bu bölmədə uyğun olmayan hesab edilən istifadəçi adlarının növləri sadalanır. Eyni qaydalar imzalara da aiddir.

Bu siyahılar tam olmaq məcburiyyətində deyil. Bu qaydaları tətbiq edərkən sağlam düşüncədən istifadə edin (məsələn, bir kontekstdə təhqiredici görünə bilən bir söz başqa bir kontekstdə başqa, daha yaxşı mənaya sahib ola bilər). Qarşılaşdıqda uyğunsuz adlarla necə mübarizə aparacağına dair təlimat üçün § Uyğun olmayan istifadəçi adları ilə mübarizə bölməsinə baxın.

Aldadıcı

Qısa keçid yönləndirmə

Aşağıdakı istifadəçi adlarına icazə verilmir, çünki layihəni pozan bir şəkildə səhv yönləndirə bilərlər:

  • Başqa insanları təqlid edən;
  • Hesabda olmayan icazələrin olduğu təəssüratını yaradan istifadəçi adları; məs. "inzibatçı", "bürokrat", "təftişçi", "nəzarətçi" ifadələrini və ya "admin", "sysop" və ya "moderator" kimi oxşar terminlər;
  • Bu tip hesab olmadıqca, "bot" (bot hesablarını müəyyənləşdirmək üçün istifadə olunur) və ya "skript" (avtomatlaşdırılmış redaktə prosesləri) kimi terminləri ehtiva edən;
  • "Vikipediya", "Vikimediya", "Vikilüğət", "(WMF)" və ya buna bənzər ifadələr daxil olan istifadəçi adları, hesabın rəsmi olaraq Vikimedia Fonduna və ya onun layihələrindən birinə bağlı ola biləcəyi barədə yanlış təəssürat yaradan;
  • IP ünvanlarına bənzəyən istifadəçi adları, tarix və ya Vikipedia imza formatında qarışıqlıq yaradan digər adlar;

Təhqiramiz

Qısa keçid yönləndirmə

Aşağıdakı istifadəçi adlarına pozucu və təhqiredici olduğu üçün icazə verilmir:

Başqa dildə və ya dolayı yolla bunu edən istifadəçi adları da buna aiddir.

Yaşayan insanlar

Müəyyən pozucu və təhqiramiz istifadəçi adları (məsələn, yaşayan insanlarla bağlı mübahisəli materiallar olanlar və ya hər hansı bir irqə, dinə və ya sosial qruplara qarşı açıq şəkildə təhqir edənlər) inzibatçılar tərəfindən dərhal bloklanmalı və Vikipediyanı və əlaqəli mövzuları qorumaq üçün nəzarətçilər tərəfindən qeydlərdən silinməlidir. İstifadəçi adlarının qeydlərdən silinməsi üçün tələblər qlobal stüard komandasına bildirilməlidir. Müraciətlər [email protected] e-poçt ünvanına edilə bilər.

Reklam

Qısa keçid yönləndirmə

Aşağıdakı istifadəçi adlarına reklam sayıldığına görə icazə verilmir:

Həm istifadəçi adında reklam olan, həm də şirkət, qrup və ya məhsul haqqında məqalələrdə yersiz reklam xarakterli redaktələr edən bir istifadəçi bloklana bilər. Belə hallarda inzibatçılar istifadəçinin düzəlişlərini araşdıraraq yeni bir istifadəçi adı yaratmasına icazə verib-verməməsinə qərar verməlidir. İstifadəçinin yeni bir istifadəçi adı altında da uyğunsuz şəkildə redaktə etməyə davam edəcəyinə dair bir sübut varsa, bloklayan inzibatçı "avtoblok" və "hesab yaratmağın qarşısını almaq" parametrlərini aktivləşdirməlidir. Əks təqdirdə, istifadəçiyə yeni bir hesab yaratmaq imkanı təklif edilməlidir. (Bloklamadan əvvəl, müəyyən bir istifadəçi adının məqbul olub olmadığına dair fikir ayrılıqları müzakirə olunmalıdır.) Bu cür istifadəçi adlarına sahib, lakin əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. Bunun əvəzinə, istifadəçi adlarını dəyişdirməyə təşviq edilməlidirlər.

Paylaşılan istifadə

İstifadəçi hesablarının birdən çox şəxs arasında paylaşılması qadağan olduğuna görə aşağıdakı istifadəçi adlarına icazə verilmir:

Bir şirkət və ya qrup adı ehtiva edən, amma fərdi bir şəxs olduğunu qeyd edən istifadəçi adlarına icazə verilir. (məs: "XYZ şirkətindən Nailə" və s.)

İstifadəçi adından asılı olmayaraq reklama icazə verilmədiyini unutmayın. Yaxından əlaqəli olduğunuz müəssisələr, təşkilatlar, məhsullar və ya digər mövzular haqqında məqalələri redaktə edərkən ehtiyatlı olun.

Qarışıq

Qısa keçid yönləndirmə