Vikipediya:Bərpa üçün namizəd səhifələr

Vikipediya, azad ensiklopediya
(Vikipediya:BNS səhifəsindən istiqamətləndirilmişdir)
Ən son rəy:10 saat öncə, Nicat49 tərəfindən "Aysu Murtuzayeva" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin
Qısa keçid-yönləndirmə

Bu səhifə Vikipediyadakı səhifələrin barədə barədə müzakirələr aparmaq üçündür. Burdakı müzakirələr VP:SNSMÜZAKİRƏSİ qaydasına əsasən aparmalıdır.

Müzakirəyə qoşulmazdan əvvəl istifadəçilərdən şəxslərin ensiklopedik əhəmiyyəti, etibarlı mənbələr və digər qaydalarla tanış olmaları tələb olunur. Fikir bildirərkən silmə müzakirələrində istifadə etməkdən çəkinməli arqumentlərlə tanış olmağınız tövsiyə olunur.

Arxivləşdirilmiş müzakirələrə buradan baxa bilərsiniz. Arxivdə axtarış etmək üçün aşağıdakı axtarış formasını istifadə edə bilərsiniz.


İlkin Məmmədov

[mənbəni redaktə et]

Salam əziz həmkarlar, mən hələ də bu adamın tam ensiklopedik olduğunu düşünürəm. Ümid edirəm ki, bu dəfə daha çox insan məni dəstəkləyəcək.

İlkin Məmmədov, Milli Məclisin Beynəlxalq Münasibətlər şöbəsinin müdiridir.

Bu şəxs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı“Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Rusiya spikeri Valentina Matviyenko tərəfindən medal alıb.

O, yüksək rütbəli sayılan 3-cü dərəcəli dövlət müşaviridir.

2016-cı ildə Parisdə Qarabağ münaqişəsi ilə bağlı fransız dilində məlumat verib.

Siyasi tədbirlərlə yanaşı, o, 2008-ci və 2011-ci illərdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında futbol turniri təşkil edib, 2013-cü ildə Azərbaycanda ilk dəfə “Azərbaycan Prezidentinin kuboku” Beynəlxalq KVN festivalını təşkil edib, və 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyinə həsr olunmuş parlament komandaları arasında beynəlxalq futbol turniri keçirib.

Həmçinin, Milli Məclisin “Dream Team (MM)” futbol komandasının kapitanıdır. 2003-cü ildə Britaniya Şahzadəsi Dianaya həsr olunmuş “İngiltərənin qızıl gülü” adlı kitabı dərc eləyib.

Bunlar onun ölkəmizə verdiyi töhfələrdən yalnız bir neçəsidir. Ümid edirəm ki, bu geniş araşdırma fikirlərimi sübut edir. Çox sağ olun. [1] James Abloh (müzakirə) 17:41, 14 may 2024 (UTC)Cavabla

@James Abloh Zəhmət olmazsa istinadlarda yetəri qədər düzəliş edin. Redivy (müzakirə) 09:18, 23 may 2024 (UTC)Cavabla
@Redivy Salam, yuxarıda və məqalədə bütün məlumatları istinadlarnan qeyd etmişəm. Məndən nə etmək istədiyinizi tam başa düşmədim. James Abloh (müzakirə) 22:24, 23 may 2024 (UTC)Cavabla
@James Abloh birinci və ikinci dərəcəli istinadlar edin məqalədə əhatəli olsun. Redivy (müzakirə) 06:41, 24 may 2024 (UTC)Cavabla
Məqalə bu yaxınlarda SNS ilə silinib və siz indi üzərində heç bir ciddi dəyişiklik etmədən bərpasını tələb edirsiniz. Məqalə qaralamada bərpa olunub, ona ki, zəhmət olmasa oradakı iradları da nəzərə alıb üzərində əhəmiyyətli dəyişikliklər edəsiniz, yoxsa nəticə dəyişməyə və müzakirə həmən vaxtından əvvəl yekunlaşdırıla bilər. Hörmətlə, Gadirmüzakirə 07:48, 24 may 2024 (UTC)Cavabla
@Gadir @Redivy Əlavə faydalı məlumatlar əlavə etdim və hər şeyi mənbələrə istinad edildi. Zəhmət olmasa baxarsız. James Abloh (müzakirə) 10:39, 24 may 2024 (UTC)Cavabla
Əlavə edilən istinadlardan sonra və şəxsin 3-cü dərəcə dövlət müşaviri olması ilə yanaşı Milli Məclisinin Beynəlxalq Münasibətlər şöbəsinin müdiri olduğuna görə. Hə Bərpa olunsun: Redivy (müzakirə) 07:16, 28 may 2024 (UTC)Cavabla
  • Məqalə CV formatında tərtib edilib. Cümlələr ayrı-ayrı abzaslarda verilməməlidir, ardıcıl şəkildə, 2-3 bölməyə ayırmaqla yazılmalıdır. Toghrul R (m) 17:25, 5 iyun 2024 (UTC)Cavabla
    Salam, sorğunuza uyğun olaraq, Vikipediya standartlarına uyğun görünməsi üçün dəyişikliklər etdim. Zəhmət olmasa baxarsız. James Abloh (müzakirə) 20:35, 5 iyun 2024 (UTC)Cavabla
  • X Bərpa olunmasın: Mövzunun internetdə əhatə dairəsi yoxdur. 2-3 "kimdir, nəçidir" başlıqlı linkdən başqa bir şey tapa bilmədim. Tərtibatda da problemlər var. CV-ya oxşayır məqalə. Bu məqalə kimi tərtib olunmalıdır. Mükafatlar məlumat kimi qeyd olunmalı, müvafiq bölmədə ad (şablon) olaraq qalmalıdır. Bunları məlumat üçün qeyd edirəm, zatən bərpasının əleyhinəyəm, şərtləri ödəmir. Əhatəli və ətraflı tərəfsiz mənbələr yoxdur, ilkin mənbələrdən istifadə olunub, onlar da etibarlı və əhəmiyyətlidir, amma tərəfsiz deyil. Hörmətlə, Gadirmüzakirə 22:15, 7 iyun 2024 (UTC)Cavabla
    @Gadir
    @Toghrul R şərhindən sonra məqalənin formatını düzəltdim və sizin təqdim etdiyiniz məqalə ilə tamamilə eyni formatdadır. Hər iki məqalədə həmin şəxsin müxtəlif illərdə etdikləri və bəzi əlavə məlumatlar da qeyd olunub. Məqalə ümumiyyətlə CV-yə oxşamır.
    Fərqli mükafatları bir-birinə bağlamağın mənası yoxdur, çünki onlar bir-birinə əlaqəsi yoxdur, buna görə də fərqli cərgələrdədirlər. James Abloh (müzakirə) 18:10, 8 iyun 2024 (UTC)Cavabla
    Fikirlərimi bildirmişəm. Sizin bu məqalənin bərpasında nəsə xüsusi bir marağınız yoxdur ki? Yaxud sözügedən şəxslə hər hansısa bir əlaqəniz varmı? Demək olar indiyə kimi bütün fəaliyyətiniz ancaq bu şəxslə əlaqəli olub. Hörmətlə, Gadirmüzakirə 12:18, 12 iyun 2024 (UTC)Cavabla
  • X Bərpa olunmasın: 3-cü dərəcəli dövlət müşaviri yüksək vəzifə olsa da, şəxsi tək başına ensiklopedik edə bilmir. Geri qalan vəzifələri və mükafatları da şəxsi birbaşa ensiklopedik edə biləcək faktlar deyillər. İkincidərəcəli mənbələrdə şəxs və fəaliyyəti əhəmiyyətli dərəcədə əhatə olunmayıb. — Sura Shukurlu (müzakirə) 11:51, 8 iyun 2024 (UTC)Cavabla
    @Sura Shukurlu 3-cü dərəcəli dövlət müşaviri olmaq vəzifə deyil və təbii ki, bu şəxsi ensiklopedik edən tək şey deyil. Məqaladə qeyd etdiyim kimi, bu şəxs bir çox tədbirlərin təşkilinə cavabdehdir, və dövlət işindən başqa, həm KVN-nin yaradıcılarından biridir, həm də Milli Məclisin futbol komandasının (Dream Team MM) kapitanıdır. James Abloh (müzakirə) 18:20, 8 iyun 2024 (UTC)Cavabla
  • Məqaləni təkmilləşdirdiyiniz üçün təşəkkürlər. Əlavə vikiləşdirmə işləri apardım. Düşünürəm ki, şəxsin tutduğu vəzifə (inzibati vəzifələrin birinci təsnifatına uyğun) və fəaliyyəti əhəmiyyətlidir . Ölkənin ali kateqoriya dövlət orqanında əhəmiyyətli şöbənin rəhbəridir. 2 dəfə Prezident tərəfindən təltif edilib, və 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib. Toghrul R (m) 07:51, 13 iyun 2024 (UTC)Cavabla
  • X Bərpa olunmasın: SNS səhifəsində qeyd etmişəm səbəbini. Grenzsoldat 21:04, 25 iyul 2024 (UTC)Cavabla

Aysu Murtuzayeva

[mənbəni redaktə et]

Azərbaycanlı peşəkar futbolçudur. Hazırda Yüksək Qızlar Liqasında çıxış edir. Hansı ki, Azərbaycanın ən böyük peşəkar qadın liqasıdır. Həmçinin futbolçu U19 Milllisində də çıxış edir. Bu səbəblə futbolçunun ensklopedik olduəunu düşünürəm. Asif Məmmədov (müzakirə) 19:37, 15 may 2024 (UTC)Cavabla

@Asif Məmmədov, qaralamada bərpa etdim. Lütfən əlavələriniz və düzəlişləriniz olacaqsa edin ki, daha rahat fikir bildirilə bilinsin və müzakirə getsin. Hörmətlə, Gadirmüzakirə 07:44, 19 may 2024 (UTC)Cavabla

Hə Bərpa olunsun: Salam əziz yazıçılar. İstədim fikrimi tam toplayım, qısaca izah edim. Mənim fikrimcə məqalə ensklopedikdir. Futbolçu Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edir, Azərbaycanı U19 yaş qrupu üzrə UEFA rəhbərliyi altında rəsmi çempionatlarda təmsil edir. Bu sezon Azərbaycan Yüksək Qızlar Liqasında "Neftçi" forması ilə çempionluq yaşayıb. Həmçinin, növbəti sezon "Neftçi" forması ilə "UEFA Qadınlar Çempionlar Liqası" turnirində də iştirak edəcək. Sadaladığım bütün bu amillər, futbolçunun kifayət qədər peşəkar olduğunu, məqaləsinin Wikipediyada yer almasının çox önəmli olduğunu sübutudur deyə düşünürəm. Çox sağolun. Asif Məmmədov (müzakirə) 10:17, 19 iyun 2024 (UTC)Cavabla

@Grenzsoldat @Nicat49 lütfən fikir bildirə bilərsiniz? Atakhanli (müzakirə) 21:34, 10 avqust 2024 (UTC)Cavabla

Salam. Təəssüf ki, bizdə hələ də futbolçuların ensiklopedik əhəmiyyətlilik kriteriyaları rəsmi olaraq qəbul edilməyib. Düşünürəm ki, FİFA üzvü olan istənilən Futbol Federasiyasının ən yüksək səviyyəli liqasında azı bir oyunda çıxış etmiş istənilən futbolçunu ensiklopedik hesab etmək olar. Rusca vikidə bənzər məqalələr "n" qədərdir. Bərpa olunmasının lehinəyəm. Hörmətlə.--Nicat49   müzakirə 23:31, 10 avqust 2024 (UTC)Cavabla

Babək Hüseynov

[mənbəni redaktə et]

Salam, hər vaxtınız xeyir olsun.

Babək Hüseynov Kunq-fu sanda üzrə 14 qat Respublika, 8 qat Dünya və Avropa çempionu, Dünya Kubokunun qalibi, Asiya çempionatının qalibi, Azərbaycan Respublikasının Əməkdar İdman Ustası və Azərbaycan Respublikasının Əməkdar Məşqçiyəm. Hal-hazırda Uşu Sanda Federasiyasında fəaliyyət göstərirəm. Bu səbəblə mənim materialımın və məlumatlarımın ensklopedik olduğumu düşünürəm. Bu məqaləni qaralama halında hazırlamışam. Məqalənin bərpa olunmasını istəyirəm. Xahiş edirəm bu məqalənin bərpa olunması yönündəfikirlərinizi bildirin.

https://az.wikipedia.org/wiki/U%C5%9Fu_Sanda - Bu vikipediyada da göründüyü kimi tanınmış bir idmançıyam.

İstinadlar; https://www.mediainfo.az/news/interview/29070.html https://obastan.com/wiki/Bab%C9%99k_H%C3%BCseynov https://olimpnews.az/post/7532/perspektivli-yeniyetme-idmanchi-7532 https://olimpnews.az/post/9056/%C2%ABqara-bebir%C2%BB-novbeti-defe-dunya-chempionu-oldu-9056 https://azertag.az/xeber/azerbaycan_idmanchisi_kunq_fu_sanda_uzre_dunya_kubokunda_kemere_sahib_olmusdur-477818 https://azertag.az/xeber/azerbaycan_idmanchilari_kunq_fu_uzre_dunya_chempionatinda_heyretamiz_netice_gostermisler-378982 https://azertag.az/en/xeber/azerbaijan_athletes_succeed_in_world_kung_fu_championship-567010 https://en.trend.az/azerbaijan/society/2041165.html


Video materiallar: https://www.youtube.com/watch?v=lMunGXM0g2g&ab_channel=AkifAhmadzada

https://www.youtube.com/watch?v=m90Cuiem3G8&ab_channel=AkifAhmadzada

https://www.youtube.com/watch?v=tyZKCc8RoNY&ab_channel=AkifAhmadzada

https://www.youtube.com/watch?v=IGCVlvQJnfs&ab_channel=AkifAhmadzada


Facebook hesabı: https://www.facebook.com/PhanterB/


Ümid edirəm ki, bunlar sübuta yetərlidir. Hüseynov Babək (müzakirə) 12:37, 10 iyun 2024 (UTC)Cavabla

  • Hə Bərpa olunsun: məqalənin qaralama versiyasından da göründüyü kimi idmançı ensiklopedikdir. Bunu göstərilən mənbələrdən də görmək olur. --Araz Yaquboglu (müzakirə) 08:47, 28 iyun 2024 (UTC)Cavabla
  • X Bərpa olunmasın: Şəxsin 2018-ci ilə qədər 8 dəfə dünya çempionu olduğu iddia edilir, amma 2019-cu ilə olan məlumata görə Azərbaycanın kunq-fu idman növü üzrə sadəcə bir qızıl medalı var. Ümumiyyətlə, qeyd edilən çempionatlar heç biri kunq-fu üzrə rəsmi dünya çempionatı deyil, bunu keçirildiyi ölkə və ildən görmək mümkündür. Məqalədə çempionat üçün qeyd edilən illərdə ya ümumiyyətlə dünya çempionatı olmayıb, ya da olsa da başqa ölkə və şəhərdə olub. Məqalədə qeyd edilənə və göstərilən mənbələrə əsasən də şəxsin fəaliyyəti olaraq sadəcə bu çempionluqlar qeyd edilib ki, bunlar da, sözsüz, qeyri-rəsmi turnirlər kimi şəxsi ensiklopedik etmir. --Sura Shukurlu (müzakirə) 20:58, 25 iyul 2024 (UTC)Cavabla
  • X Bərpa olunmasın: yenə "8 qat dünya və avropa çempionu" tipli məqalələr. SNS-də bu məqalələrin təftişi zamanı sübutlarla məqalələrin başdan ayağa səhv olduğunu sübut eləmişəm. Grenzsoldat 21:04, 25 iyul 2024 (UTC)Cavabla

Səlvi Kılıçdaroğlu

[mənbəni redaktə et]

Məqalə bir il öncə buradakı qərar ilə silinib. İki dildə (entr) məqaləsi var, təbii ki, bu, bərpası üçün arqument deyil. Şəxsin jurnalist fəaliyyəti var və mətbuatda yetəri qədər əhatə olunub. Məqalə də normal vəziyyətdədir. Əslində birmənalı ensiklopedik hesab edirəm, VP:AİLƏ də ödənilir (sırf qohumluq əlaqəsinə sahibdir deyə ensiklopedik sayılmır, əhatə olunub), amma SNS ilə silindiyi üçün bura təqdim etmədən yaratmanın xoş olmayacağını və önəmli olduğunu bilirəm. Bərpasını təklif edirəm. Hörmətlə, Gadirmüzakirə 23:51, 11 iyun 2024 (UTC)Cavabla

Həmfikirəm. Türk və Azərbaycan siyasətində nadir hallarda xanımlar ensiklopedik olur. Səlvi xanım xüsusi ilə 2023-cü ildə "birinci leydi" olaraq dəyərləndirildiyi üçün fəaliyyəti mediada geniş işıqlandırılmışdı. Bərpa edilsin. Dr.Wiki54 (müzakirə) 08:54, 5 avqust 2024 (UTC)Cavabla
Hə Bərpa olunsun: Siyasi mövzuda yetəri qədər kriteryalara cavab verən məqalə olduğu üçün. Redivy (müzakirə) 12:12, 10 avqust 2024 (UTC)Cavabla

Qəhrəman Süleymanlı

[mənbəni redaktə et]

Bir il öncə məqalə buradakı qərarla silinib. Məqaləni təkmilləşdirib 1 ay öncə yenidən yaratdım (Müzakirə nəticəsində silinən məqalənin müzakirə nəticəsinə əsasən bərpa edildiyini bilmirdim). Və yenidən müzakirənizi təklif edirəm. Zəhmət olmazsa fikir bildirin. Rufet-87 (müzakirə) 06:20, 18 iyun 2024 (UTC)Cavabla

Emporium

[mənbəni redaktə et]

Salam, artiq bir nece zamandı ki Port Baku Mall'da yerlesen "Emporium" ucun wikipedia sehifesi yaratmaga calisiram, lakin 2 defe silinib. 2ci defe sehvlerimi duzeldib dahada ensiklopedik tonla yazmisdim ve her bir cumle ucun istinadlar elave etmişdim. Istinadlarin etibarli oldugundan eminem ve sehifenin esassız silindiyini dusunurem. Kommersiyal oldugundan da razi deyilem cunki Port Baku Towers ve Bakidaki bir cox ticaret merkezlerinin wikipediyasi var. Zehmet olmasa bu movzuda komeklik ederiz ve ya neyi deyismeli oldugum üzre yonlendirerdiz. Fikirleriniz onemlidir, teşekkür edirem.


TEXT:


Emporium 2005-ci ildə yaradılmış lüks multibrend məhsulların satışını həyata keçirən mağazadır. Ümumi sahəsi 12500 kv.m olan iki mağazadan ibarət Emporium həm kişilər, həm qadınlar, həm də uşaqlar üçün kolleksiyalar təqdim edir. O, Azərbaycan Respublikası, Bakı şəhərinin mərkəzindəki Port Baku Towers-də yerləşən alış-veriş məkanıdır. Emporium, dizayner brendləri də daxil olmaqla 400-dən çox brendi təmsil edir; Tom Ford, Elie Saab, Celine, Miu Miu, Balenciaga, Balmain və digərləri.


Tarixi

Multibrend məhsulların satışını həyata keçirən lüks mağaza olan Emporium 2005-ci ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yaradılmışdır. Emporium qadın bölməsi univermağın 3 mərtəbəsini əhatə edir və geyim, ayaqqabı, aksesuar, ətriyyat və kosmetika, alt paltar, toy geyimləri, ev əşyaları, səyahət malları və uşaq geyimləri təklif edir. Emporium men - kişi geyimləri, ayaqqabıları, ətirləri və alt paltarları satan 3 mərtəbəli multibrend mağazasıdır. Mağaza Port Baku Mall-da yerləşir. 2014-cü ildə Emporium öz təkliflərini genişləndirərək yalnız kişi modasına və aksesuarlarına yönəlmiş xüsusi mağaza olan Emporium Men-i açdı. Mağazanın dizaynı və estetik konsepsiyası Yaponiyanın interyer dizayn şirkəti olan Grade tərəfindən işlənib hazırlanıb.


ISTINADLAR:

https://www.nytimes.com/2012/08/15/t-magazine/big-in-baku.html

https://www.businessoffashion.com/people/vugar-aliyev/

https://www.arredanegozi.it/2015/03/emporium-baku/

https://architizer.com/projects/emporium-men/

https://www.arredanegozi.it/2016/05/retail-design-emporium-men-baku/

https://retaildesignblog.net/2012/12/10/emporium-concept-store-by-garde-baku-azerbaijan/

https://retaildesignblog.net/2016/03/16/emporium-men-store-by-garde-italy-baku-azerbaijan/

https://portbakumall.az/brands/emp-orium

https://www.garde-intl.com/cms_img/2012/05/Garde-Emporium-ad.pdf Ramanihaj (müzakirə) 08:46, 5 avqust 2024 (UTC)Cavabla

@Ramanihaj, zəhmət olmasa, Vikipediyanın nə olmadığına diqqət yetirin, bu arqumentasiya ilə müraciətiniz mümkün görünmür. Hörmətlə, Gadirmüzakirə 12:20, 5 avqust 2024 (UTC)Cavabla
@Ramanihaj Bu tip PR xarakterli məlumatlar ilə məqalə olmaz çenki qaydalara ziddir. Siz mağazanın tarixi,önəmli faktorları və ensklopedik dəyərlərinə aid məlumat toplusu qurun daha sonra bizlə bölüşün, müəyyən düzəlişlər etdikdən sonra səsimizin mövqeyini bildirək. Redivy (müzakirə) 12:16, 10 avqust 2024 (UTC)Cavabla