Vikipediya:Kənd meydanı/Arxiv/May/2024

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İnzibatçı seçkisi

Salam, hörmətli icma! Sizi mənim inzibatçılıq statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, Gadirmüzakirə 16:29, 3 may 2024 (UTC)

Sign up for the language community meeting on May 31st, 16:00 UTC

Hello all,

The next language community meeting is scheduled in a few weeks - May 31st at 16:00 UTC. If you're interested, you can sign up on this wiki page.

This is a participant-driven meeting, where we share language-specific updates related to various projects, collectively discuss technical issues related to language wikis, and work together to find possible solutions. For example, in the last meeting, the topics included the machine translation service (MinT) and the languages and models it currently supports, localization efforts from the Kiwix team, and technical challenges with numerical sorting in files used on Bengali Wikisource.

Do you have any ideas for topics to share technical updates related to your project? Any problems that you would like to bring for discussion during the meeting? Do you need interpretation support from English to another language? Please reach out to me at ssethi(__AT__)wikimedia.org and add agenda items to the document here.

We look forward to your participation!

MediaWiki message delivery 21:22, 14 may 2024 (UTC)

Azərbaycanca Vikipediya 200.000 məqalə sayına çatdı

Salamlar. 20 ili aşmış tarixi ilə fəaliyyət göstərən Azərbaycanca Vikipediya an etibarı ilə 200.000 məqalə sayını ötüb keçdi. Bununla bağlı ötənlərdəki konsensusa bağlı olaraq loqo dəyişdirildi. Bir qədər sadə loqo olsa da, bu sayının içində də təəssüf ki, problemli səhifələr də az deyil. Ümid edirəm və inanıram ki, 250, 300 min və digər daha yüksək saylarda say baxımından olduğu kimi, məzmun baxımından da birlikdə çalışaraq daha da irəli gedib inkişaf edəcəyik. Gözəl diləklərimlə, daha nicelərə! Azərbaycanca Vikipediya və İcma adına xeyirli-uğurlu olsun! Hörmətlə, Gadirmüzakirə 09:40, 10 may 2024 (UTC)

Təbriklər. Turkmen müzakirə 09:49, 10 may 2024 (UTC)
Təbriklər! — Bikar müzakirə 09:52, 10 may 2024 (UTC)
İcmanı və bu olayı əlamətdar hesab edən hər kəsi təbrik edirəm. Botla məqalə yaratmaq ortaya çıxandan sonra vikilərdəki məqalə sayı öz əhəmiyyətini çoxdan itirib. 6 milyon məqaləsi olan cebuano vikisi olmaqsansa, yunan və ya ivritcə kimi bir vikipediya olmaq hər zaman daha gözəldir. Son zamanlar yeni-yeni qaydaların tərcümə edilməsi gözəl haldır. Ümüd edirəm ki, arbitaj komitəsi də yaradılacaq. Azvikinin 2009-cu ildəki halı gözümün önünə gəlir. Ana səhifədə xəbər bölməsi yox idi, həftənin yaxşı məqaləsi də yox idi. Ərəb əlifbalı və latın əlifbalı olmaqla 2 hissəyə bölünmüş Ana səhifəmiz vardı. Gün ərzində 100-150 redaktə olurdu və bəzən bu say yüzü belə keçmirdi. Ümumi məqalə sayının 29.000 olduğu dövrü də yadıma gəlir. O günlərə dönüb baxan da, keçilmiş inkişaf yolu danılmazdır. İnşallah, 2040-cu ildə 1 milyonluq həddi botsuz keçəcəyik və birgə qeyd edəcəyik. Yeganə arzum Vəfat etmiş vikipediyaçılar səhifəsi genişlənməsin və olduğu kimi qalsın. Qalsın ki, Azviki hər zaman irəli getsin. Bu yükü çiyinlərində daşıyan, bu sevdaya gönül vermiş həqiqi insanların sayı 100 nəfəri belə keçmir çünkü.— Baskervill 10:52, 10 may 2024 (UTC)
Təbrik edirəm. — NKO zi 12:16, 10 may 2024 (UTC)
Hər kəsi təbrik edirəm. Çox gözəl və yaddaqalan hadisədir. Allah qismət eləsin 300-400 mini görək inşallah. Hər zaman keyfiyyəti kəmiyyətdən üstün tutaq. Lakin unutmayaq ki, təəssüf ki, kəmiyyət də əhəmiyyətsiz deyil. samral müzakirə 16:00, 10 may 2024 (UTC)
Təbriklər! — Мурад 97 (müzakirə) 16:29, 10 may 2024 (UTC)
Təbrik edirəm! --Babək Akifoğlu (müzakirə) 17:09, 10 may 2024 (UTC)
Mən də təbriklərə qoşuluram, xeyirli uğurlu olsun. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 17:07, 10 may 2024 (UTC)
Təbrik edirəm.— Nicat49   müzakirə 17:38, 10 may 2024 (UTC)
Bir gün 300.000-ci məqaləni görmək ümidi ilə! Kosmik Ozan utora! 17:41, 10 may 2024 (UTC)
Bütün viki icmanı təbrik edirəm. 100, 150 və 200 min məqalə sayını bir çoxlarınızla birlikdə qeyd etdik. 250,300 min məqaləyə çatmaq ümidi ilə— namikilisu 03:32, 11 may 2024 (UTC)
təbriklər, 200k məqalə sayımıza gəlməyimizdə rol oynayan ömürlük bloklanmış, fəaliyyətini artıq dayandırmış və vəfat etmiş istifadəçilərdən tutmuş hər bir kəsə təşəkkürlər Atakhanli (müzakirə) 10:31, 11 may 2024 (UTC)
Əziyyəti olan hər kəsi təbrik edirəm. İnanıram ki növbəti illərdə daha keyfiyyətli daha maraqlı və araşdırma mövzulu məqalələrimizin sayı artacaq. Rəcəb Yaxşı (müzakirə) 06:22, 13 may 2024 (UTC)

Təbriklər. Mən hərbi xidmətə gedib gələnə qədər 300.000-i görək :) Moses :) 04:36, 11 may 2024 (UTC)

@Moses sağ-salamat. Çalış köhnə əsgərlərə baş qoşma :) Baskervill 07:15, 11 may 2024 (UTC)
Məsləhətiniz üçün çox sağolun :)) Moses :) 08:31, 11 may 2024 (UTC)
200 bininci maddenizi tebrik ederim --ToprakM 20:30, 11 may 2024 (UTC)
İcmanı təbrik edirəm. Ümid edirəm bir gün sadəcə oxunaqlı və keyfiyyətli məqalələrimizin sayı təkbaşına 200 000-ü keçər. — Sura Shukurlu (müzakirə) 19:02, 12 may 2024 (UTC)
Hər kəsi təbrik edirəm. Nemoralis (müzakirə) 22:47, 12 may 2024 (UTC)
Azərbaycan vikipediya sevərləri 200 mininci məqalə münasibəti ilə təbrik edirəm. Siz bunu bacardınız. Ancaq Azərbaycan dili arealı üçün bu say çox azdır. Daha çox tərəfdarlar toplayın, gəncləri cəlb edin, vikipediya ailəsini genişləndirin. — Bu imzasız yazı 188.253.213.113 (m) tərəfindən əlavə edilib; 18:02, 14 may 2024 (UTC)
Təbriklər. Ümid edirəm ki, artıq kəmiyyətə yox, keyfiyyətə köklənəcəyik! Dr.Wiki54 (müzakirə) 10:31, 18 may 2024 (UTC)
Hər bir istifadəçini səmimi qəlbdən təbrik edirəm. Bu uğurumuzun davamlı olması diləyi ilə. Az.vikidə zərrə qədər əziyyəti olan hər kəsə təşəkkürdən pay düşür. Uğurlar arzu edirəm.— A.Aida88 (müzakirə) 18:08, 24 may 2024 (UTC)
Təbrik edirəm bir gün olsun 300.000 üçün bura yazaq -- ☞QRAF☜   (✉ → ♕) 04:51, 25 may 2024 (UTC)

Feedback invited on Procedure for Sibling Project Lifecycle

You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Dear community members,

The Community Affairs Committee (CAC) of the Wikimedia Foundation Board of Trustees invites you to give feedback on a draft Procedure for Sibling Project Lifecycle. This draft Procedure outlines proposed steps and requirements for opening and closing Wikimedia Sibling Projects, and aims to ensure any newly approved projects are set up for success. This is separate from the procedures for opening or closing language versions of projects, which is handled by the Language Committee or closing projects policy.

You can find the details on this page, as well as the ways to give your feedback from today until the end of the day on June 23, 2024, anywhere on Earth.

You can also share information about this with the interested project communities you work with or support, and you can also help us translate the procedure into more languages, so people can join the discussions in their own language.

On behalf of the CAC,

RamzyM (WMF) 02:25, 22 may 2024 (UTC)

Qayda səsverməsi - 3

Salam. Burada Vikipediya:Cəsur ol qaydasının qəbulu ilə bağlı müzakirə başladılıb və iştirakınız xahiş olunur. Müddət rahat olsun deyə 25 gün təyin edilib, nəzər yetirib fikirlərinizi qeyd edə bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 01:14, 4 may 2024 (UTC)

@Gadir, AzVikidəki mövcud aktivlik həddini nəzərə alsaq 25 gün həddindən artıq çoxdur, 10-15 gün kifayətdir. samral müzakirə 18:27, 5 may 2024 (UTC)
@Samral, ola bilər, amma əmin deyiləm. 15 gün yetərli olar bəlkə də. Hörmətlə, Gadirmüzakirə 18:47, 5 may 2024 (UTC)
O zaman etab-etab olar, məsələn, 2 dənəsini 15 günlük edək, sonra 2 dənəsini. Belə-belə irəlləyək. Hörmətlə, Gadirmüzakirə 20:10, 5 may 2024 (UTC)
@Gadir, vallah mənasız bir vaxt itkisi olacaq. Ehtiyac yoxdur. Zatən heç biri mübahisəli məsələlər deyil. Sözü, iradı olan da elə 15 gün ərzində də deyər. Hansı ki heç inanmıram bu mövzular mübahisə obyektinə çevrilə. Axı bura AzVikidir, aktivlik həddi bəllidir. Nəzərə alaq. samral müzakirə 02:54, 6 may 2024 (UTC)
Anlayıram, mənim dediyim, daha sonra istifadəçilər qayda necə qəbul olunub deyə görəndə təəccüblənməsin. Ona görə hamı vaxt edib diqqətlə incələyə bilsin və fikir bildirə bilsin deyə belə müddət qoymuşam, aktivlik səbəbilə. Tələskənlik də olmasın, rahat-rahat qəbulu icra olunsun və daha sonra problemlər çıxmasın. Vaxt məsələsi müzakirə oluna bilər yenə də. Hazırda 1 həftə çox az olardı. Öncə burda da müzakirələr gedə bilərdi, onda da daha çox vaxt xərclənərdi amma, dediyiniz kimi. Ona görə də birbaşa səsvermə səhifəsində müzakirəyə çıxarmaq yaxşıdı. Nə varsa orada bildirilər, danışılar və düzələr, zatən digər təkmil vikilərin də təcrübələrinə əsasən hazırlanan qaydalardır. Qayda boşluqları var, təməl qaydaları nə qədər çox qəbul etsək yaxşıdı. Daha ciddi və uzun mütləq qaydalar da var ki, qəbulu zəruridir və onların qəbulu üçün bir az daha artıq müddət lazım olacaq (oxunmasını bir az çəkəcək). 2-3 səslə qəbul edilməsi birmənalı qarşılanmayacaq, hansı ki, yuxarıdakı son bir qaydada bu hal yaşandı, etiraz edildi. Müddət necə olsa da, səsvermələri sıra ilə, dənə-dənə etmək daha yaxşı olmazmı, eyni vaxtda hazırladıqca 3-4 səsvermə başladılıb eyni vaxtda və ya aralarında bir neçə gün fərq olaraq təyin edilsə qarışıqlıq yarada bilər və nəticə effektiv olmaya bilər. Hörmətlə, Gadirmüzakirə 07:09, 6 may 2024 (UTC)
@Samral, 25 günlük müddət 3 günə tamamlanır. 2 və 3 səs gəlib, belə də yekunlaşacaq deyəsən. İştirak olmaya da bilərdi, o zaman da təkrar səsvermə olacaqdı. Hörmətlə, Gadirmüzakirə 20:59, 25 may 2024 (UTC)

Qayda səsverməsi - 4

Salam. Burada Vikipediya:Heç bir qaydaya məhəl qoymayın qaydalarının müzakirəsi gedir, qəbulu üçün iştirakınız vacibdir. Müddət 25 gündür, bu müddət ərzində nəzər yetirib fikir bildirməyiniz xahiş olunur. Hörmətlə, Gadirmüzakirə 11:09, 4 may 2024 (UTC)

Qayda səsverməsi - 5

Salam. Burada Vikipediya:IP blokundan azad olma qaydasının müzakirəsi başladılmışdır. Müddət 25 gündür. Hörmətlə, Gadirmüzakirə 06:12, 8 may 2024 (UTC)

Wikimedia CEE Meeting 2024

Salamlar,

27-29 sentyabr 2024-cü il tarixləri arasıda Vikimedia Türkiyə, Türkiyənin İstanbul şəhərində baş tutacaq olan Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşünü təşkil edəcək.

Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşü (Wikimedia CEE Meeting) Mərkəzi və Şərqi Avropa ölkələrində baş tutan və Vikimedia layihələri ətrafında cəmlənmiş, ilki 2012-ci ildə təşkil olunmuş illik konfransdır. Burada Vikimedia layihələri, digər vikilər, pulsuz/açıq mənbə proqram təminatı, pulsuz bilik, pulsuz məzmun və bu mövzulara aid sosial və texniki aspektlər haqqında təqdimatlar təqdim olunur.

10-15 may 2024-cü il tarixləri arasında Azərbaycan Vikimedia cəmiyyətinin üzvləri bu səhifədə öz namizədliyini təqdim edə bilərlər. 20 may 2024-cü il tarixində konfrans təşkilatçıları son qərarı elan edəcəklər.

Seçim prosesi və nümayəndələrlə bağlı qərarlar tamamilə konfransın təşkilatçılarından asılı olacaq. Konfransa iki nümayəndə seçiləcək.

Hörmətlə, — Mehman (WMGE) (müzakirə) 21:07, 9 may 2024 (UTC)

Müraciətlər üçün ayrılmış zaman sona çatdır. 20 may 2024-cü il tarixində konfrans təşkilatçıları son qərarı bu səhifədə elan edəcəklər. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:40, 16 may 2024 (UTC)
Son qərar seçim səhifəsində elan edildi. – Mehman (WMGE) (müzakirə) 10:30, 25 may 2024 (UTC)
@Patriot Kor və @Firuzanı təbrik edirəm. İcmanı yüksək səviyyədə təmsil edəcəklərinə inanıram. — Baskervill 11:00, 25 may 2024 (UTC)
Mən də təbrik edirəm, uğurlar diləyirəm. Hörmətlə, Gadirmüzakirə 11:07, 25 may 2024 (UTC)
Seçilənləri təbrik edirəm, xüsusilə də @Firuza üçün gözəl təcrübə olacağından əminəm, ilk CEE tədbiri olacaq. Kosmik Ozan utora! 12:41, 25 may 2024 (UTC)
Təbriklər və uğurlar. :) Turkmen müzakirə 12:45, 25 may 2024 (UTC)
@Firuza xanımı mən də təbrik edirəm. Azsaylı, nadir doğru seçimlərdəndir.
@Mehman (WMGE) bəy, məni niyə seçmədiz ki? Mən də gedib gəzərdim İstanbulu. İstanbulun gəzməli, görməli yerlərində q əşəng şəkillər çəkdirib paylaşardım vatsapda filan. Telefon da təzə almışam, kamerası da super çəkir. Həmişə gedib gəzib şəkil çəkdirənlərdən nəyim əskikdi ki? samral müzakirə 20:33, 25 may 2024 (UTC)
Üzülməyə dəyməz, gələn dəfə də siz seçilərsiz :)) Hörmətlə, Gadirmüzakirə 20:52, 25 may 2024 (UTC)
Hesab edirəm ki, seçilmiş şəxsləri sorğulamaq yox, onları təbrik etmək lazımdır. Digər tərəfdən kim özü iştirak etmək istəyirsə biletini alıb gedə bilər. Dünyanın müxtəlif yerlərində yaşayanların xərci isə daha çox çıxacaq. Yuxarıda yazılmış şəkil çəkdirmək barədəki rəy seçilmiş şəxslərə qarşı sayğısızlıqdır sadəcə. Oxucularda elə bir fikir yaradır ki, sanki vikipediyaçılar ora şəkil çəkdirməyə gedirlər. Bəlkə də, kimlərsə yerli və xarici tədbirlərdə gününü mafia oynamaqla, publarda yola verib, ancaq bunu qətiyyən seçilmiş iki namizədə şamil etmək olmaz. Patriot Korun vikipediyaya verdiyi önəm və ciddiyyətə əsasən bunu rahatlıqla deyə bilərəm. — Baskervill 23:03, 25 may 2024 (UTC)
Samral, zəhmət olmasa, vikipediyanın daxilində rişxəndli və istehzalı ifadələrdən uzaq olaq. Başa düşürəm ki, qərarlardan narazılıq ola bilər, amma buna etiraz etməyin başqa formaları var və verilən qərarlara hörmətlə yanaşılmalıdır. Kosmik Ozan utora! 05:05, 26 may 2024 (UTC)
Təbrik edən və fəaliyyətimizi dəyərləndirən hər bir istifadəçiyə təşəkkür edirəm. @Baskervill sizə də ayrıca təşəkkür edirəm ki, vikipediyaya olan münasibətimi fərqli dəyərləndirirsiz. AzViki icması üçün xeyirli qərar olacağına inanıram. Hər kəsə uğurlar. Patriot (müzakirə) 07:30, 27 may 2024 (UTC)
  • Şərh Şərh: seçilmiş şəxslərə qarşı heç bir etirazım yoxdur, amma fikrimcə belə tədbirlərdə iştirakda növbəlik prinsipləri qorunmalıdır. Mən keçən il bu tədbirdə olmuşam, hesab edirəm ki, bu ildə yeni şəxslər xüsusən də namizədliyini irəli sürmüş iki inzibatcı (Türkmən və Nemoralis) getsə idi daha ədalətli olardı. Çünki hər ikisi kifayət qədər fəaldır və Azvikinin ümumi işinə töhvə verə bilərdilər. Digər Vikilər kimi seçimi özümüz etməliyik, kənardan heç kəs etməməlidir. Çünki bizdən yaxşı heç kəs Azvikidəki vəziyyəti bizdən yaxşı bilə bilməz. — Tarixi Nadir (müzakirə) 06:19, 26 may 2024 (UTC)
    @En Merker CEE lahiyəsini Azviki təşkil etmir axı, seçimi də biz edək. Maraqlıdır, hansı vikilərdə seçimi özləri edirlər ? Bununla bağlı bir nümunə varmı ? Vikimedia Fondu tərəfindən təşki edilən konfranslarda adətən qrantlar üzrə ayrıca komitə olur və həmin komitə tərəfindən kimin tam, kiminsə qismən təqaüd alacağı müəyyənləşdirilir. Vikimaniya, Berlin Konfransı, Şimali Amerika Viki Konfransı, CEE bunlara misal göstərilə bilər.— Kholat Syakhl (müzakirə) 15:10, 29 may 2024 (UTC)
    İcazənizlə bir məsələ haqqında da qeyd etmək istərdim. Mən başa düşürəm ki, əgər vikipediyaçıların bu tipli tədbirlərə qatılmasının yolu sözügedən səyahət qrantlarından keçir. Sadəcə Azərbaycanda müxtəlif dövlət və özəl təşkilatlar var ki, həmin qrantların maliyyələşdirilməsində sizə köməklik edə bilərlər. Bəzən, ən ağıla gəlməyən yerdən yardımlar gələ bilir. Bir yoldaş elə bir yerdən qrant əldə etmişdi ki, kimə desən inanmazdı. Məni ən çox narahat edən bu il Vikimaniyada Azvikini heç kimin təmsil etməməsi ilə bağlı ehtimaldır. Belə başa düşürəm ki, icma bu İtaliyadakı Vikimaniyadan sonra II dəfə ən möhtəbər tədbirdə nümayəndəsiz qalacaq.. Çox üzücüdür.. Kholat Syakhl (müzakirə) 06:13, 30 may 2024 (UTC)
  • @Kholat Syakhl buyurub burada m:Wikimedia CEE Meeting 2024 seçim qaydaları ilə tanış ola bilərsiniz. Nümayəndə seçim qaydalarına görə Konfransa nümayəndələri Yerli User qruplar seçir. — Tarixi Nadir (müzakirə) 10:37, 30 may 2024 (UTC)
    @En Merker doğrudur, buna qədər belə olub. Bu dəfə isə hamı üçün komitə özü qərar verib. Azvikiyə məxsus durum deyil yəni. Kholat Syakhl (müzakirə) 09:32, 31 may 2024 (UTC)
Hər iki namizədi təbrik edirəm və uğurlar arzu edirəm. — namikilisu 09:52, 31 may 2024 (UTC)

Maşın tərcümələri

Salam. Bildiyimiz kimi, bu məsələ hazırda azvikinin aktual və ən ciddi problemləri arasında yer alanlardandır. Bununla bağlı qəbul edilmiş qaydamız olsa yaxşı olar. Təəssüf ki, proseslər də nisbətən yavaş gedir. Belə bir yazı tərtib etdim. Müzakirənin davamı olaraq fikirləriniz maraqlıdır. @Sura Shukurlu, @Bikar, @Atakhanli, @Baskervill, @Redivy, @Nemoralis, @Solavirum, @Rəcəb Yaxşı, @Eldarado, @Nicat49, @Sofia. Hörmətlə, Gadirmüzakirə 10:24, 18 may 2024 (UTC)

məncə, yenə danışacayıq qalacaq. qətiyyəli adminlər çıxıb ciddi tədbir görməlidir. edənlər, səsini çıxaranlar 2-3 inzibatçıdan artığı deyil deyə, qarşı tərəf “qərəz” damğası vura bilir rahatlıqla. qısaca, əməliyyatlara digər inzibatçılar da qoşulmalı və qətiyyətli addım atmalıdır. yoxsa 3-4 aya 300 min məqaləyə çatacayıq :) Atakhanli (müzakirə) 18:35, 18 may 2024 (UTC)
Əziyyət çəkib yazmısan, qəbul eliyək lap, heç bir dəyişiklik olmuyacaq onsuz — Bikar müzakirə 18:44, 18 may 2024 (UTC)

Salam. Yaxşı yazılıb, səsverməyə çıxarmaq olar. Bunun əsasında davamlı şəkildə maşın tərcümələrini olduğu kimi copy+paste edən və xəbərdarlıqlara məhəl qoymayan istifadəçilərə qarşı tədbir görmək olar.— Nicat49   müzakirə 19:54, 18 may 2024 (UTC)

Qaydalar əlbəttə ki, olsun. Lakin qaydalar olmasa belə, kimsə maşın tərcüməsi edir və tam redaktə etmədən olduğu kimi copy-paste edirsə, əvvəlcə xəbərdarlıq, ardınca qısa, sonra da uzunmüddətli blok tətbiq edilsin. Qarşı tərəf istəyir bunun adını qərəz qoysun, istərsə də başqa bir şey. Qaydalar əməl olunmaq üçündür. Qayda pozan hər kəsdə də bir adət var, deyəndə ki, qayda pozursan, başlayırlar şüvənlik salmağa ki, ay qərəz, ay mənim eşşəyimin başı qızıldandı, onu öldürürsüz, məni gözüvüz götürmür. Kimsən axı sən? Ya mən kiməm? Bəlkə kimsə əvəzolunmazdı, xəbərimiz yoxdu? Nəinki Vikipediyada, ümumiyyətlə bu dünyada əvəzolunmaz heç kim yoxdu. Və kimsə də eşşəyinin başını qızıldan bilməməlidir. Hamımız burda insanlara xidmət üçün burdayıq. Xidmətçiyik yəni. Minnətçi yox. Minnət vurmağa, naz etməyə, lovğalanmağa haqqımız yoxdur, ola da bilməz. Təkəbbürlülük etməyə heç haqqımız yoxdur. Biri inzibatçılıq etmir, nalayiq davranır, etimada çıxarırsan, özünü Robin Qud edir az qala. Biri bürokrat adına layiq fəaliyyət göstərə bilmir, etimada çıxarırsan, başlayır dembil-molodoy söhbəti etməyə: “Siz yox idiz, mən var idim. Mən olmasam AzViki məhv olacaq, nə bilim Dünya dağılacaq.” Heç nə də olmayacaq. Kimlər-kimlər nəinki AzVikidən, ümumiyyətlə bu dünyadan gedib. Nə olub? Nəsə olub? Dünya daha sürətli fırlanmağa başlayıb? Ya iqlim kəllə-mayallaq olub? Göydən yerə ensin bəziləri. Və hamımız bir nəfər kimi qaydalara əməl edək. İçi özüm qarışıq. samral müzakirə 02:05, 19 may 2024 (UTC)
Mən hesab edirəm ki, kütləvi formada maşın tərcüməsindən istifadə edən və onlara edilən xəbərdarlıqlara məhəl qoymayan həmkarlar 3 ay müddətinə bloklanmalıdır. Əgər yenə də onların fəaliyyətində müsbət mənada bir dəyişiklik baş verməsə o zaman qeyri-müəyyən müddətə və yaxud uzun müddətli bloklanmaları icra edilə bilər. Belə başa düşürəm ki, bu tipli fəaliyyətlə konkret şəxslər məşğul olur və həmin həmkarlar icmanın kiçik bir hissəsini təşkil edir. — Baskervill 12:48, 19 may 2024 (UTC)
Təklif edilən qaydanın özünün mətni hətta maşın tərcüməsinə bənzəyir axı. Məna səhvləri var. Belə necə tətbiq ediləcək? Maşın tərcüməsi edən istifadəçiyə, elə maşın tərcüməsinə bənzəyən qayda ilə cavab vermək nə dərəcədə doğrudur? Turkmen müzakirə 22:45, 19 may 2024 (UTC)
Özüm yazmışam. Nümunə göstərə bilərsiz? Hörmətlə, Gadirmüzakirə 22:59, 19 may 2024 (UTC)
@Gadir, girişdəki şablon məsələn. "Qısaca bu səhifə deyir" olmamalıdır, "Səhifənin qısa məzmunu olmalıdır".
"Maşın tərcümə ilə töhfə vermək niyyətindəsinizsə, lütfən bunu doğru şəkildə edin". Bu cümlədə isə "maşın tərcüməsi" yazılmalıdır.
"Bu alətlərdən istifadə ilə vaxtınıza qənaət etməklə yanaşı, gərək birbaşa maşın tərcüməsi ilə səhifə yaradıb, həmçinin çox kiçik düzəlişlər (orfoqrafik, texniki və vizual kimi) edib onu tərk etməyəsiniz". Bu cümlədə vergüldən əvvəlki məzmununla vergüldən sonrakı məzmunun əlaqəsi yoxdur. Niyə bir cümlə daxilindədirki? Hələki bu qismə baxdım. Turkmen müzakirə 04:51, 20 may 2024 (UTC)
Birinci iradınız şablonla bağlıdır, şablondan düzəliş etmək mümkündür, amma belə də problem görmürəm. "Maşın tərcüməsi" sözünün necə düzgün yazıldığınıza gəldiksə isə, mənbə təqdim edə bilərsiz? İkisini də istifadə etmək olar: "maşın tərcümə", "maşın tərcüməsi. İlkin hazırlanıb, müəyyən düzəlişlər edilməsi mümkündür və maraqlı olan hər kəsə açıqdır. Dediklərinizi nəzərə alıb preambuladakı məzmuna indi düzəliş verirəm. Hörmətlə, Gadirmüzakirə 11:01, 20 may 2024 (UTC)

Salamlar. Bir az düşündüm və deyirəm ki, qayda olaraq qəbul etsək də, etməsək də onsuz da beş əsas prinsipin birinci prinsipinə əsasən bu qaydaları pozan istifadəçilərə qarşı müvafiq xəbərdarlıqları etmək və inzibati addımları atmaq mümkündür. Bunu da esse kimi təqdim edə bilərik. Sura Shukurlu, siz də müsbət düşünürsünüzsə, bu problemlə mübarizə aparan inzibatçı və qaydaların hazırlanması üzrə təcrübəsi olan istifadəçi kimi səhifəyə daha da təkmilləşməsi üçün əlavələrinizi edə bilərsiniz. Hörmətlə, Gadirmüzakirə 22:27, 28 may 2024 (UTC)

"İnzibatçı elanı" şablonu

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam. İstifadəçi səhifələrində istifadə olunan belə bir şablon: {{İ-elanı}} yaratdım və razılıq olarsa, bundan sonrakı seçkilərdə istifadəçilər istifadəçi səhifələrində bundan istifadə etsinlər. Əgər bu qəbul olunarsa, gələcəkdə müvafiq seçkilər (bürokrat, təftişçi və s. kimi) üçün də oxşar şablonlar yaradılıb istifadə oluna bilər.


  1. + Lehinə: Hörmətlə, Gadirmüzakirə 16:12, 19 may 2024 (UTC)
  2. + Lehinə: azviki o qədər geniş deyil ki, aktiv olan istifadəçilərin xəbəri olmasın,baxmayaraq ki, bu şablon bir müddət sonra unudulacağ, yenə də olsun. — Bikar müzakirə 16:24, 19 may 2024 (UTC)
  3. + Lehinə: – Qeyd olunan yazılarla razıyam. Niyə də olmasın.👍 Vusalsuvarov1996 (müzakirə) 17:22, 19 may 2024 (UTC)
  4. + Lehinə:Nicat49   müzakirə 17:31, 19 may 2024 (UTC)
  5. + Lehinə: yaxşı fikirdir, çünki tək-tək ismarıc göndərmək bloklanmağa səbəb olur. Elə yaxşısı budur. Moses :) 18:54, 19 may 2024 (UTC)
  6. + Lehinə: Gadir, sadəcə "göz atmaq" yerinə "göz gəzdirmək" və "lütfən" yerinə ", zəhmət olmasa," ifadəsi yazılsa, həm dilimizə yatımlı olar, həm də göz oxşayar. - Dr.Wiki54 (müzakirə) 19:11, 19 may 2024 (UTC)
    − Əleyhinə: Təəssüf ki, şablon Azərbaycan dilində deyil. Durğu işarəsi və məna səhvləri problemi var. Bu halda tətbiq edilməsi doğru olmaz.— Turkmen müzakirə 22:33, 19 may 2024 (UTC)
    Problemlər həll edildi, təşəkkür.— Turkmen müzakirə 07:09, 21 may 2024 (UTC)
  7. + Lehinə:samral müzakirə 20:15, 25 may 2024 (UTC)
  8. + Lehinə:eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:39, 26 may 2024 (UTC)

Şərhlər

Bikar, əslində həm də dəvət göndərmək seçimi yerinə bu daha yaxşıdır deyə təklif verdim. Hörmətlə, Gadirmüzakirə 16:47, 19 may 2024 (UTC)

İstifadə etmək istəyən etsin də razılıq nəyə görə alınır anlamadım) Nemoralis (müzakirə) 20:36, 19 may 2024 (UTC)
Konsensus gərəkdiyini düşündüm, sonra problemlər də olmasın deyə razılıq əldə olunmasında fayda var dedim. Hörmətlə, Gadirmüzakirə 20:38, 19 may 2024 (UTC)
əslində konsensusla olması yaxşıdır bir yandan. sonradan istifadə olunanda səs ovu, dəvət və s. kimi problemlər olmasın. qaydalara da qeyd kimi əlavə oluna bilər ki, bu şablondan istifadəyə icma razılığı ilə icazə verilir tipli. amma istifadə etmək məcburi deyil Atakhanli (müzakirə) 22:02, 19 may 2024 (UTC)
Səs ovu sayıla bilməz axı, kütləvi şəkildə seçilmiş istifadəçilərə mesaj göndərilmir. Namizəd öz istifadəçi səhifəsinə yerləşdirir, istəyən səs verir, istəyən yox Nemoralis (müzakirə) 11:57, 20 may 2024 (UTC)
İndiyə kimi bizdə belə bir təcrübə istifadə olunub? Ona görə irəlidə problem olmasın deyə öncə konsensus olsun, məncə. Hörmətlə, Gadirmüzakirə 12:06, 20 may 2024 (UTC)
Düşünmürəm ki, şablonlardan istifadə üçün konsensusa ehtiyac olsun. Kosmik Ozan utora! 01:39, 20 may 2024 (UTC)

@Turkmen, harda səhvlər var anlamadım. Qeyd edə bilərsiz? Hörmətlə, Gadirmüzakirə 23:00, 19 may 2024 (UTC)

@Gadir, "və ya"dan əvvəl vergül qoyulmalıdır. Orada işlənən "getmək" ifadəsinin mövzu ilə əlaqəsi yoxdur. Onun yerinə "keçid edin, baş çəkin, və ya göz atın" işlənə bilər. "Zəhmət olmasa" ifadəsindən sonra vergülə ehtiyac yoxdur. Turkmen müzakirə 04:32, 20 may 2024 (UTC)
Ciddi problem deyil, həll etmək olar, sözləri daha uyğun gördüyünüz sözlərlə əvəz edə bilərsiniz, problem yoxdur. Sadəcə düzəliş etmək yerinə buna görə qarşı olmağı anlamadım. İndiki situasiyada cümlə quruluşuna görə "zəhmət olmasa"dan əvvəl də vergül olmalıdır, nəinki sonra. Cümlənin formasını dəyişmək də olar. "və ya" ilə bağlı fikrinizlə razıyam, orada səhvliklə unudulub. Hörmətlə, Gadirmüzakirə 10:55, 20 may 2024 (UTC)
@Gadir, artıq təkrar-təkrar olursa deməli ciddi problemdir. Bundan əvvəl qaydaların tərcüməsi zamanı da eyni səhvlər var idi. Lütfən diqqətli olun. Həmçinin qeyd etdiyiniz "zəhmət olmasa" ifadəsindən sonra cümlənin axışı davam edirsə və dayanma olmursa, vergülə ehtiyac yoxdur. Turkmen müzakirə 11:55, 20 may 2024 (UTC)
Nəzərə alaram, mexaniki olaraq olur. Yəni hər birimizdə olur belə hallar. Maksimum diqqətli olacam. Hörmətlə, Gadirmüzakirə 12:04, 20 may 2024 (UTC)
✅Y Düzəliş olundu. Təkrar diqqət yetirin lütfən. Hörmətlə, Gadirmüzakirə 12:10, 20 may 2024 (UTC)
Bu yalnız namizəd olan istifadəçinin səhifəsində öz istəyinə əsasən yerləşdiriləcək, doğru anladım? Əgər kütləvi şəkildə hər kəsin müzakirə səhifəsində dəvət kimi qeyd ediləcəkəsə qarşıyam. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:07, 21 may 2024 (UTC)
Bəli, düz anladız. Namizəd istəyə bağlı olaraq öz istifadəçi və müzakirə səhifəsinə yerləşdirə bilər. Hörmətlə, Gadirmüzakirə 07:49, 21 may 2024 (UTC)

✔ Qəbul edildiTurkmen müzakirə 08:00, 27 may 2024 (UTC)

SSK: Ü13

Salam. Mümkündürsə, kriteriya ilə bağlı düzəliş üçün buradakı müzakirədə iştirak edin. Hörmətlə, Gadirmüzakirə 10:03, 21 may 2024 (UTC)

Mürəkkəbçiçəklilər

Salam. Bizim vikipediyada 2-3 biologiya mütəxəssisi redaktorumuz vardı, amma kimlər olduğunu unutduğum üçün mövzunu kənd meydanına əlavə etmək qərarına gəldim. Digər vikipediyaları da araşdırandan sonra belə qərara gəldim ki, bitkilərin "Mürəkkəbçiçəklilər" fəsiləsi ləğv olunub; oradakı bitkilər Çayırçiçəyikimilər (lat. Asteraceae) fəsiləsinə köçürülüb. Əsas bitkinin cinsinin adı Çayırçiçəyi (lat. Aster), fəsiləsi Çayırçiçəyikimilər (lat. Asteraceae), dəstəsi isə ????? (lat. Asterales). Dəstənin adı bizdə Astraçiçəklilər gedir ki, bu da yəqin səhvdir. "Çayırçiçəklilər" olmalıdırmı görəsən? Bu bir az qarışıq məsələdir, bizim vikidəki bitkilərin böyük əksəriyyəti də bu fəsiləyə aid olan bitkilərdir. Kimin dəqiq məlumatı varsa yazsın zəhmət olmasa. Məsələ mən yazdığım kimi olsa, gərək xeyli məqalə və kateqoriyada botlarla dəyişikliklər edək. Sortilegus (müzakirə) 09:22, 24 may 2024 (UTC)

Qeyd edim ki, Mürəkkəbçiçəklilərin adı latınca "Compósitae" gedir.— Sortilegus (müzakirə) 09:25, 24 may 2024 (UTC)
Fəsilə, növ, cins, dəstə və s. bunların Azərbaycan dilindəki adları üçün əsas mənbə hansıdır? Kosmik Ozan utora! 09:41, 24 may 2024 (UTC)
White Demon əsas 4-5 mənbədi. Vago əsasən "Azərbaycanın dərman bitkiləri və fitoterapiya" (1998) və "Ali bitkilərin sistematikası" (2009) kitablarına istinad edib, Dendrologiya İnstitutunun əməkdaşları isə "Azərbaycanın ağac və kolları" (1961), "Azərbaycanın nadir ağac və kol bitkiləri" (2014) və səhv etmirəmsə 3 cildlik olan "Azərbaycan dendroflorası" (2016) kitablarına. Amma o kitablarda adlandırma ilə bağlı ciddi fikirayrılıqları yoxdur. Bir bu "mürəkkəbçiçəklilər" məsələsi qaranlıq qalır. Məsələn, ruslar "Çayırçiçəyikimilər" və ya "Mürəkkəbçiçəklilər" yazıblar (А́стровые (лат. Asteráceae), или Сложноцве́тные (лат. Compósitae)), amma ad olaraq birincini seçiblər. İnterviki olaraq da "mürəkkəbçiçəklilər" vikidatada → boşduSortilegus (müzakirə) 12:51, 24 may 2024 (UTC)
Bir biologiya müəllimi deyirəm, "mürkkəbçiçəklilər" anlayışı necə ləğv olundu? Kimi onu ləğv etdi? Bu dədəsinin bağçası deyil ki, bağlasın, ləğv etsin.Bunun ləğvi haqqında bir elmi izah olmalı. Mən özümü qanandan mürəkəbçiçəklilər olmuş.— namikilisu 15:54, 25 may 2024 (UTC)
Namikilisu, mənim də məktəbdən "mürəkkəbçiçəklilər" yadımda qalıb. Amma indi intervikilərə baxıram hamısında fəsilə "Çayırçiçəyikimilər" adlanır (yəni → Asteraceae). Türk dilində "Papatyagiller". Botanikanı bilən redaktorlarımız bir şey yazsa yaxşı olar. Çünki dəyişiklik varsa Kateqoriya:Mürəkkəbçiçəklilər bütünlüklə yeni kateqoriyaya köçürülməlidir. Orada da 1000-ə qədər məqalə, 400-dən çox kateqorya var.— Sortilegus (müzakirə) 00:03, 26 may 2024 (UTC)

Yaşayış məntəqələrində "Şəhidləri" alt başlığı

Salam. Yaşayış mənqələri ilə bağlı məqalələrdə belə bir alt başlıq var və orada şəhidlər qeyd olunub. Daha sonra bunu kütləvi təmizləmək lazım olacaq. Bilmək istərdim ki, bu barədə nə düşünürsünüz? Danışmadan müdaxilə etmək istəmədim. Hörmətlə, Gadirmüzakirə 13:48, 26 may 2024 (UTC)

Birmənalı qaydada o hissələr çıxarılmalıdır. Grenzsoldat 14:34, 26 may 2024 (UTC)
Onların məqaləsi olmasa belə saxlanılması yaxşı olardı. Onsuz da kəndlər üzrə elə də çox deyil. Uzağı 5-6 nəfər olacaq. Araz Yaquboglu (müzakirə) 04:27, 27 may 2024 (UTC)
@Araz Yaquboglu Fikri ilə tamamilə razıyam -- ☞QRAF☜   (✉ → ♕) 05:17, 27 may 2024 (UTC)
Həqiqətən tanınanları Görkəmli şəxslər başlığında vermək olar. Ayrıca "Şəhidlər" başlığına ehtiyac yoxdur. Nemoralis (müzakirə) 12:06, 27 may 2024 (UTC)

Başlığı görkəmli şəxslər etmək olar, amma siyahıdakı şəxsləri silmək düzgün olmaz. çünki oradakı həm şəhidlər və görkəmli şəxslərin adına küçə, məktəb və s. var. — Xeyal (müzakirə) 14:31, 27 may 2024 (UTC)

@Gadir, @Nemoralis mən ümumiyyətlə "görkəmli" ifadəsinin neytrallığı pozduğunu düşünürəm. Tanınmış şəxsləri ifadəsi belə poza bilər fikrimcə, amma nisbətən daha neytraldır. Mübariz İbrahimov, Ülvi Bünyadzadə və s. kimi xaric hər şəhidin adı yazılmamalıdır. Dr.Wiki54 (müzakirə) 12:15, 28 may 2024 (UTC)
Hər iki fikirlə də razıyam. Hörmətlə, Gadirmüzakirə 12:23, 28 may 2024 (UTC)

20 Yanvar şəhidləri

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salam, idarəçilər və istifadəçilər (həmçinin burada olan söhbətləri digər yerlərə daşıyanlar :d). Məlum məsələdir 20 Yanvar şəhidləri ilə bağlı burada məqalələr var (150-dən çox bir qədər). Məqalələrin hamısı eyni stildə - Qulu Kəngərlinin əsərindən copy paste üsulu ilə hazırlanıb. Misal üçün bu məqalələr - Sabir Abbasov, Zöhrab Abbasov, Fuad Babayev və s. Uzun-uzadı nəyisə qaydalarla izah etməyəcəm (zatən icma bu mövzuda qaydalara uyğun qərarların qəbul edilməsini bacarmır :d). VP:ŞEƏ qaydalarını ödəmir bu məqalələr bir sözlə. Məndə nə deyirəm. Bəndəniz belə bir siyahı hazırlayıb - Qara Yanvar faciəsinin qurbanlarının siyahısı. Bu siyahı elə Qulu Kəngərlinin əsərində olan məlumatları özündə ehtiva edir. Amma normal qayda da. Misal üçün bu məqaləyə baxın - İlqar Kərimov. Necə gəldi copy ediblər. Cümlələrə baxın - O müdhiş gecə işdən çıxıb arxayın-arxayın evə gedirdi. Və ya bu cümlə - İlahi, görən o gecə körpələrin gözünə yuxu gedibmi? Yəni belə. Görürsünüz də necə q/e cümlələr var. İndi mən nə deyirəm. Deyirəm səliqəli siyahı hazır edim, elə bu Qulu müəllimin əsəri əsasında. Amma day qaydalara cavab verən, tərəfli sözlərin olmadığı bir siyahı. Qəşəng bir siyahı olsun, lap sonra statusda alsın. Digər dillərdə də özüdə bu siyahı var - ingilis və rus dillərində. Bu 150 məqalə arasında q/e olan 4-5 məqalə də olmalıdır. Onlarda saxlanılsın. Misal üçün İlham və Fəridz, Ülvi Bünyadzadə, Larisa Məmmədova və s. Nə deyirsiniz bu məsələdə? :d Grenzsoldat 13:52, 26 may 2024 (UTC)

 Cavab: siyahı halına salmaqdansa q/e cümlələrdir yazdığın sözləri cıxarıb səliqəyə salsan daha məqsədəuyğun olmazmı ? --Hörmətlə: ☞QRAF☜   (✉ → ♕) 05:14, 27 may 2024 (UTC)
Q/E cümlələri çıxandan sonra belə geriyə bu qalır - filan ildə doğulub, filan yerdə işləyirdi, gecə filan yerdə güllələndi. vəsalam. Bunların eynisi siyahıda verilsə həm oxucu nöqteyi nəzərdən yaxşı olar, milal üçün insanlar zatən Google'da Zöhrab Abbasovu axtarmır. Götürüb Qara Yanvar facisəi qurbanları yazacaq və həmin dolğun siyahını oxuyacaq. Grenzsoldat 08:26, 27 may 2024 (UTC)
 Cavab: Sayları azdır onsuz da saxlanılsa da olar. Məqalələrə əl gəzdirilsə bəsdir. Amma işdi əgər hər kəs silinsin desə şəhidlər arasında elələri var ki çox tanınırlar. Haqlarında filmlər çəkilib, musiqilər, şeirlər yazılıb. Ülvi Bünyadzadə, İlham və Fərizə eləcə də Larisa və digərləri haqqında məqalələr mütləq qalmalıdır. Rəcəb Yaxşı (müzakirə) 07:31, 27 may 2024 (UTC)
Bəli. Onu yuxarıda qeyd etmişəm. Onların məqalələri saxlanılacaq. Məqalələrə əl gəzdirilmədən söhbət getmir. Məqalələrdə məlumatlar ancaq belədir - filan ildə anadna olub, filan yerdə işləyirdi, həmin gecə XI Qızıl Ordu meydanında güllələndi, filan yerdə dəfn olundu vəsalam. Grenzsoldat 08:25, 27 may 2024 (UTC)
 Cavab: Bu elə bir hadisədir ki, qurban sayı çox deyil və ölkə tarixində xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, q/e cümlələr çıxarılmaqla məqalələr saxlanıla bilər. Amma siyahı da yaxşı təklifdir. Patriot (müzakirə) 07:34, 27 may 2024 (UTC)
Yəni çox deyil dediyimdə, əlbətdə ki, insan tələfatı üçün çoxdur. Məqalə olaraq nəzərdə tutdum. Patriot (müzakirə) 07:35, 27 may 2024 (UTC)
Sayın az olmasa, açıq aydın Q/E olan məqalələrin saxlanması üçün əsas deyil axı. Yuxarıda da yazdım. Həmdə oxucular üçün yaxşı olacaq belə. Milal üçün insanlar zatən Google'da Zöhrab Abbasovu axtarmır. Götürüb Qara Yanvar faciəsi qurbanları yazacaq və həmin dolğun siyahını oxuyacaqlar. Siz diqqət edərsiz siyahıya gələn baxış saylarına. Grenzsoldat 08:28, 27 may 2024 (UTC)
Siyahının yaxşı bir təklif olduğunu qey etmişəm. Patriot (müzakirə) 08:41, 27 may 2024 (UTC)
 Cavab: Bir neçəsi var ki, ensiklopedikdir. Məsələn, İlham və Fərizə. Ensiklopedik olan bir neçəsindən başqa digər 20 Yanvar şəhidləri ensiklopedik deyil və silinməsinin tərəfdarıyam. Kosmik Ozan utora! 10:47, 27 may 2024 (UTC)
Bəli. Yuxarıda da qeyd etmişəm. İlham və Fərizə, Ülvi Bünyadzadə və Larisa Məmmədova barədə olan məqalələr misal üçün. Hətta diqqət eləsəz, siyahını (Qara Yanvar faciəsinin qurbanlarının siyahısı) hazırlayan zaman həmin məqalələri qeyd etmişəm. Keçid vermişəm yəni. Grenzsoldat 10:52, 27 may 2024 (UTC)
 Cavab: Məsələnin mahiyyətini bir kənara qoyaraq, demək istəyirəm ki, bu siyahı ilə bu siyahı mahiyyət etibarilə eynidir. — NKO zi 08:57, 27 may 2024 (UTC)
Sonda siyahıların birləşdirilməsi ilə bağlı da yəqin danışıq olacaq. Hətta daha bir məqalə var - "Azadlıq uğrunda mübariz" fəxri adı verilmiş şəxslərin siyahısı. Grenzsoldat 10:56, 27 may 2024 (UTC)
 Cavab: Məncə də təfərrüatlı, istinadlı bir siyahı daha yaxşı fikirdir. samral müzakirə 10:44, 27 may 2024 (UTC)
Çox sağolun dəstəyiniz üçün. Grenzsoldat 10:56, 27 may 2024 (UTC)

Şərh Şərh: Salam. Hesab edirəm ki, bu məsələdə artıq haradansa başlamaq lazım idi. İcmada tərəddüd sezirəm, başadüşüləndir, amma sevindirici haldır ki, dəstək var. Ensiklopedik olanlar istisna siyahıda məlumat kifayətdir, heç yönləndirmə də lazım deyil. Maraqlı olan rahatlıqla açıb oradan oxuya bilər. Hazırkı başlıq da daha adekvatdır. Sadəcə bir sualım var. 20 Yanvar qurbanları ilə fəxri ad alanlara ayrı-ayrı siyahı daha doğru olardı. Bunu belə düşünün: "Vətən müharibəsi iştirakçısı" medalı alan hər kəs üçün ayrı, məsələn, məqaləsi varsa da (sadəcə nümunədir), iştirakçılar üçün də ayrıca bir məqalə, necə deyərlər, söz konusu. Ona görə də ayrı-ayrı siyahılar olsa, yaxşıdı. Hər birindən digərinə yönləndirərik. Hörmətlə, Gadirmüzakirə 11:59, 27 may 2024 (UTC)

Ülvi Bünyadzadə kimi çox məşhur olanlar xaric qalanları siyahıda verilməlidir. Heç bir ensiklopedik tələbi ödəmirlər. Misal üçün Əliyusif Qocamanov. Gecə güllə səsi eşidib, çıxıb çölə, yaralanıb və vəfat edib. Bu şəxsə niyə məqalə olmalıdır? Vikipediya milli ensiklopediya deyil. Nemoralis (müzakirə) 12:06, 27 may 2024 (UTC)
Fayllar da silinməlidir. Bu qədər faylın istifadəsi ədalətli istifadə hesab oluna bilməz. Hörmətlə, Gadirmüzakirə 12:14, 27 may 2024 (UTC)
Fayllar məsələsində razıyam. Nemoralisin qeyd etdiyi məqamla da razıyam. Belə görürəm qəti formada əleyhinə çıxan yoxdur bu siyahı ideyasının. Konsensus necə əldə olunur? Çox da bilmirəm bu məsələləri. İdarəçilər daha yaxşı bilər. Konsensus qəbul olunsa xəbər edin, siyahı üzərində işləri intensivləşdirim. Grenzsoldat 12:33, 27 may 2024 (UTC)
Fərqli iki siyahı barədə nə düşünürsünüz? Hörmətlə, Gadirmüzakirə 12:36, 27 may 2024 (UTC)
Sözün düzü mənim üçün elədə fərqi yoxdur. Qalmasında problem də yoxdur. Qısaca belədir - "Azadlıq uğrunda mübariz" adını o vaxtı Ayaz Mütəllibov vermişdi. 20 Yanvar şəhidi adını isə Heydər Əliyev. Yəni belə fərqi yoxdur. Qalmasında nəsə ciddi səhv görmürəm. Grenzsoldat 12:38, 27 may 2024 (UTC)
Dostlar. Misal üçün bu məqaləyə baxın - Elçin İmanov (20 Yanvar şəhidi). Grenzsoldat 12:46, 27 may 2024 (UTC)
Bunu belə düşünün da: bir döyüşdə iştirak edənlər üçün siyahı bir məqalə olur və o döyüşdə iştirak edənlərin aldığı bir mükafat. Elə olur hamısına o eyni mükafat düşmür, onda ayrı-ayrı siyahı lazımdır elə bunun üçün. Hər iki fəxri ad üçün də ayrı siyahılar olsa, yaxşıdı. Faktiki o adı alıblar. Siyahıda olmayanları ora daxil etmək düz gəlməyəcək. Onlar qurbanlarla bağlı siyahıda olmalıdır. Əlaqəlidirlər deyə hər birindən digər birinə "Həmçinin bax" alt başlığı altında keçidlər verərik. Vahid siyahı daxilində alt başlıq kimi də olar, amma qarışıqlıq olacaq deyə düşünürəm. Ən yaxşısı təklif etdiyim kimidir, məncə. Hörmətlə, Gadirmüzakirə 12:50, 27 may 2024 (UTC)
Bəli razıyam. Ən optimal variant budur. Grenzsoldat 12:55, 27 may 2024 (UTC)
Uğurlar. Ümid edirəm, ləngiməz və sürət kəsmədən davamlı proses olar. Hörmətlə, Gadirmüzakirə 13:23, 27 may 2024 (UTC)
150 şəhiddən 60-ı barədə məlumatlar siyahıda verilib. Dünən həvəsim olmadı çalışmağa. Düşündüm sonda nəticəsiz qalacaq proses. Amma indi görürəm alınır iş. Çox güman sabah bitir. Grenzsoldat 13:30, 27 may 2024 (UTC)
@Gadir, 150 şəhid məqaləsinin 90-ı barədə siyahıda verilib. Geriyə 50-60 məqalə qalıb. Çox güman sabah bitirəcəm. Silinmə prosesi necə olacaq? Haradan başlayacaq? Bir-bir şablon qoymağa ehtiyac yaranacaq? Bu barədə ətraflı məlumat olar? Grenzsoldat 15:04, 27 may 2024 (UTC)
Müzakirə səhifəmdə cavabladım. Hörmətlə, Gadirmüzakirə 19:17, 27 may 2024 (UTC)

✅Y Konsensusa əsasən müvafiq məqalələrin və faylların silinməsinə qərar verilmiş və silinmişdir. Hörmətlə, Gadirmüzakirə 09:16, 28 may 2024 (UTC)

Gadir 26 mayda başladılmış müzakirənin 28 mayda yekunlaşdırılması sizcə nə dərəcədə doğrudur ? 2 gün davam etmiş müzakirəni mən doğru və məqbul hesab etmirəm. Bəlkə başqa həmkarlarda girib nəsə yazacaqdılar.— Kholat Syakhl (müzakirə) 15:12, 29 may 2024 (UTC)

Salam. Buradan da gördüyünüz kimi, səhifəyə son 30 gündə 5k-ya yaxın baxış olub, bu müddət ərzində də fikir bildirənlər bildirib, öncəki müzakirədə mövqeyini açıq-aşkar ifadə edənlər də çox güman müzakirəni görüblər, amma etiraz etmədikləri üçün yazmayıblar. Etiraz üçün heç bir məntiqli səbəb yoxdur. Etiraz edənlərin arqumentləri "heç yeri dar eləmir", "problem yaranacaq"ı keçmir. Siyahı təklifi üçün konsensus var və müvafiq addımlar artıq atılıb. Ən əsası sözügedən məqalələr və fayllar barədə qaydalara uyğun olaraq müvafiq tədbirlər görülüb: VP:HƏRBÇİVP:ƏİM ödənilmir. Qara Yanvar faciəsinin qurbanlarının siyahısı səhifəsində hər biri haqqında doğru şəkildə məlumat verilib. Səhifələrdə ifrat mübaliğəli, tərəfli ifadələr və s. vardı. Vikipediya milli platforma yaxud vətənpərvərlik yeri deyil, ensiklopediyadır. Onun üçün də Vikipediyanın gələcəyi və təkmilləşməsi naminə lazımi addımları atmaq lazımdır. Bu mövzuda deyəcəklərim bu qədər. Hörmətlə, Gadirmüzakirə 15:27, 29 may 2024 (UTC)
@Gadir mən demirəm ki, siz nəyisə səhv etmisiz. Sadəcə 26 mayda başlamış müzakirəni 28 mayda yekunlaşdırmağın doğru olmadığını ifadə etmişəm. 2 gün ərzində bir başlığa bu qədər şərh yazılıbsa, hesab edirəm ki, 5-6 gün ərzində də həmkarlardan kimsə nələrsə yaza bilərdi. Ümumiyyətlə çalışın, gələcəkdə hər hansısa bir başlığı ən azından 1 həftə ərzində yekunlaşdırmadan saxlayın. SNS-də belə sözügedən qayda mövcuddur. Məsələn, həmin tarixlərdə mən qarşılıqlı əlaqə bloku məsələsinə görə 3 günlük bloklanmışdım və başlığa şərh yazmaq hüququm texniki olaraq məhdudlaşdırılmışdı. İşdə, yolda, səyahətdə olan həmkarlar ola bilər və ona görə də bir az səbirli formada davranmaq lazımdır. Gələcəkdə nəzərə alacağınıza ümüd edirəm. Kholat Syakhl (müzakirə) 06:11, 30 may 2024 (UTC)
Burada səsvermə aparmırıq ki, 7 gün təyin edək. 7-15-25 gün qaydası səsvermələrə aiddir. Qaydalar ödənilmədiyi üçün lazımı işlər nəticədə görülməlidi idi və görülüb. Bundan əvvəl də bu istiqamətdə işlər gedirdi və gedir. Buna baxmayaraq müddətlə bağlı iradınızı gələcəkdə mütləq nəzərə alacam. Hörmətlə, Gadirmüzakirə 11:15, 30 may 2024 (UTC)
Məncə də tez yekunlaşdırılıb. Ən azı 1 həftə gözləmək lazım idi. Bəlkə kimsə nəsə bildirəcəkdi? Nemoralis (müzakirə) 23:42, 29 may 2024 (UTC)
Mən də Kholat Syakl və Nemoralisə qatılıram. Üstəlik də istənilən halda adların istiqamətləndirmə olaraq qalması lazımdır. — NKO zi 05:36, 30 may 2024 (UTC)

Arxivləşdirmələr

Salam. Bu mövzuda fikirlərinizi öyrənmək istərdim. Arxivləşdirmə icra edən bir qrup istifadəçilər müzakirənin açıldığı tarixə görə edir, bir qrup istifadəçi də yekunlaşdırma tarixinə görə. İndi standart olaraq birini etməliyik. Mənim təklifim, açıldığı aya görə edilməsidir. Sürətli fikirlər gələrsə, SNS-də saxlanılan məqalələrin müzakirə səhifələrinə düzgün yönləndirməsi adına qeydi ona görə buraxardım. Hörmətlə, Gadirmüzakirə 23:19, 26 may 2024 (UTC)

Müzakirənin başlama tarixinə görə olsa düzgün olar. Araz Yaquboglu (müzakirə) 04:25, 27 may 2024 (UTC)
Təbii ki, açıldığı tarixə görə. Digər vikilərdə də bu praktikadır. Yekunlaşdırıldığı tarixə görə niyə etməliyik? Kosmik Ozan utora! 04:56, 27 may 2024 (UTC)
Fikrimcə müzakirənin başlandığı tarixə görə olmalıdır. Patriot (müzakirə) 07:53, 27 may 2024 (UTC)
Böyük vikilər başda olmaqla əksəriyyət necə edirsə, biz də o cür edək. samral müzakirə 10:45, 27 may 2024 (UTC)
@Eminn, @Grenzsoldat, @Sura Shukurlu, bundan sonrakı sözügedən fəaliyyətlərinizdə nəzərə almağınızı xahiş edirəm. Hörmətlə, Gadirmüzakirə 12:00, 27 may 2024 (UTC)

Azərbaycanca Vikipediyanın yeni qaydaları rəsmi prinsip olaraq qəbul olundu

Hamıya salamlar. Uşaqların mühafizəsi, Vikipediya:Cəsur olVikipediya:Heç bir qaydaya məhəl qoymayın qaydaları bu gündən etibarən Azərbaycanca Vikipediyanın rəsmi prinsipləri kimi qəbul olundu. Vikipediya:Səsvermə/IP blokundan azad olma qaydası isə ətraflı tərtib edildiyinə baxmayaraq, daha geniş müzakirə olunması lazım olduğu bildirildiyi üçün qəbul olunmamışdır. Müzakirə səsvermələr 25 günlük ən uzun müddətə təşkil edilmiş, amma yetəri qədər iştirak olmamışdır. Təəssüf ki, bu sahədə aktivlik və maraq kifayət qədər olmadığı üçün növbəti qayda növbəti dəfə az səs ilə qəbul olundu. Başa düşürəm, səs vermək məcburi deyil və vaxt lazımdır. 25 gün uzun müddətdir, amma yenə də o səbəbdən nəzərə alıb öncə müzakirə açıb sonra səsvermələr başladılacaq. Bəlkə bu dəfə daha uzun olacaq, amma nəticəyönümlü olacaq, ümid edirəm. Hər kəs vaxt edib iştirak edib fikir bildirə biləcək. Azərbaycanca Vikipediya adına xeyirli olsun deyirəm. Hörmətlə, Gadirmüzakirə 23:31, 28 may 2024 (UTC)

IP blokundan azad olma qaydaları ilə bağlı müzakirə

Salam. Qaydanın müzakirəsini, mümkün düzəliş və əlavələrin olunmasını müzakirələrinizə təqdim edirəm. Qeyd edim ki, qayda ətraflı tərtib edilib, sadəcə Azərbaycanca Vikipediyanın şərtlərinə uyğun müvafiq düzəliş və əlavələrlə bağlı təkliflərinizə və fikirlərinizə açıqdır. Daha sonra qəbulu üçün təkrar səsvermə başladılacaq. Hörmətlə, Gadirmüzakirə 23:41, 28 may 2024 (UTC)

Bu qaydaya görə bizdə bu hüquq üçün lokal təftişçi olmalıdır. Metada belə şeyləri soruşmaq olmayacaq, çünki ora sadəcə iki hesabın müqayisəsi müraciətləri üçündür. Mövcud olmayan Arbitraj komitəsindən bəhs olunur. Ombudsman komissiyasına "narahatlığını bildirmək üçün" ilk öncə narahat olacağın lokal təftişçi olmalıdır. İnzibatçı təlimatı bölməsində təftişçi blokundan bəhs olunur amma bizdə belə bir blok növü təftişçi seçilənə qədər olmayacaq. Blokun açılması üçün şablon-mətndə təftişçiyə müraciət etməklə bağlı cümlə var. Hansı təftişçiyə? Və nə üçün təftişçi yox çekyuzer yazılıb? Dilimizdə belə söz var? Ümumiyyətlə qaydanın mətni yenidən yazılmalıdır, cümlələr çox qəlizdir, nəsə anlamaq mümkün deyil demək olar ki. Misal üçün "qeyri-dağıdıcı töhfə keçmişi" daha ümumişlək sözlərlə yenidən yazıla bilər. Nemoralis (müzakirə) 23:41, 29 may 2024 (UTC)
Onda belə anlaşılır ki, təftişçi seçənə kimi bunun qəbulu getdi? Hörmətlə, Gadirmüzakirə 11:37, 30 may 2024 (UTC)

Vikisitat - 5000

Bu gün Azərbaycanca Vikisitatda məqalələrin sayı 5000 oldu. Qeyd edim ki, AzVikisitat bütün vikisitatların siyahısında 16-cı sıradadır. Maraqlı layihədir. Hərdən ora da töhfələr verin. Araz Yaquboglu (müzakirə) 10:04, 29 may 2024 (UTC)

Təbrik edirəm. Layihə aktiv olmasa da, qəşəng, sevdiyim layihədir. Hərdən ara-sıra töhfələr verirəm, amma təəssüf ki, layihə bərbad haldadır, hansı səhifəyə baxıram, eləcə sitatlar var, mənbə görə bilmirəm çox vaxt. Hörmətlə, Gadirmüzakirə 10:07, 29 may 2024 (UTC)

İnterfeys inzibatçıları


  • Səsvermə başlatdım, müddət 15 gündür. Lütfən hər kəs fikrini bildirsin ki, yekunlaşdırmaq rahat olsun. — Turkmen müzakirə 07:13, 21 may 2024 (UTC)
    Məncə, tələsdiz. Müzakirə yenidir, sadəcə müzakirə bir müddət davam etsə, yaxşı olardı. Həmçinin yuxarıda təklif/iradlar da bildirilib. Hörmətlə, Gadirmüzakirə 13:00, 21 may 2024 (UTC)
    @Gadir, yuxarıda iradlar var idi, iradın olması təbiidir. Mükəmməl heçnə yoxdur əlbəttə. Lakin təklifin bəndlərlərlə, əhatəli araşdırılmış və sonra təklif edilmiş versiyasını görmədim. Müzakirə və səsvermə üçün 4+15 gün yaxşıdır məncə. Ümumi 20 günə yaxın bir qayda üçün müzakirə/səsvermə aparmaq elə də az deyil. Turkmen müzakirə 06:21, 22 may 2024 (UTC)

azwikipedia.org - Araşdırma

Hərkəsə salam,

Bir neçə gündür ki, saxta Azərbaycanca Vikipediya saytı olan azwikipedia.org (bu linkə daxil olanda avtomatik orijinal Vikipediyaya yönləndiriləcəksiniz) ilə bağlı açıq mənbə kəşfiyyatı aparırdım. Araşdırma nəticəsində tapdığım faktları icma ilə bölüşürəm:

İlk dəfə keçən ilin dekabrında @Bikar tərəfindən aşkar edilib. WHOIS qeydlərində ad serverlərinin jino.ru ünvanında olduğu və 11 aprel 2022-ci ildə yaradıldığı görünür. Bu ilin aprelində isə yenidən ödəniş edilərək domen aktiv saxlanıb. Bikarın açdığı müzakirə zamanı saytda sadəcə 2 səhifə, İlyas HəsənovSamirə Yusifqızı mövcud idi. Bu iki səhifəni birləşdirən tək şey SNS ilə silinmələridir: Xüsusi:DaimiKeçid/7562177#İlyas HəsənovXüsusi:DaimiKeçid/7562180#Samirə Yusifqızı.

İndi isə daha bir səhifə, Eldar Xəlilov peyda olub. Bəli, bu məqalə də SNS qərarı ilə silinib. Görünən odur ki, SNS-də silinən məqalələrin müəllifləri ilə əlaqə yaradırlar və məqalə bu feyk saytda yaradılır. Nə üçün? Google-da ilk sırada görünməsi üçün! Samirə Yusifqızı məqaləsinin SNS məqaləsinə göz gəzdirdikdə müzakirədə @AzeWEB (@Bakhshizada istifadəçisinin kukla hesabı) istifadəçisini gördüm. Bu istifadəçilərlə bağlı inzibatçı müzakirəsini oxumuşdum, profilin sahibinin veb developer olduğunu bilirdim.

Saytla bağlı daha ətraflı məlumat əldə etmək üçün nmap skanı başlatdım və nəticədə saytın yerləşdiyi serverin IP ünvanını əldə etdim, server Rusiyada yerləşirdi. Bakhshizada-dan şübhələndiyim üçün onun saytlarından bəzilərində də (azertimes.az, wns.az) nmap skanı başlatdım və nəticə nə oldu? Hər iki saytda eyni serverdə yerləşir. Bunu gördükdən sonra Bakhshizada-nin bütün saytlarında skan başlatdım və hamısının yerləşdiyi server ünvanı eyni çıxdı. Nmap istifadə edə bilməyib nəticəni görmək istəyənlər urlscan.io istifadə edə bilər. Qısa şəkildə, bu sayt Bakhshizada istifadəçisinə məxsusdur və digər saytları ilə birlikdə eyni serverə yerləşdirib.

Anladığım qədərilə İstifadəçi:Bakhshizada yaratdığı məqalələr silinəndən və kukla hesabı ilə birlikdə bloklanandan sonra belə bir sayt açmaq qərarına gəlib və (yəqin ki) pul qarşılığında saxta Vikipediya səhifələri yaradıb(r). Bu istifadəçi də Vikipediyanı biznesə çevirmək istəyənlərin daha bir nümunəsi olaraq tarixdə qalacaq.

Qeyd edim ki, hal-hazırda saytın tam xəritəsini çıxartmağa çalışıram. Saytda spesifik səhifələr xaric bütün keçidlər original Vikipediyaya yönləndirdiyi üçün saytda axtarış aparmaq imkansızdır. Həmçinin saytı müvafiq olaraq Vikimedia Fondunun WMF Trademark Abuse e-poçt ünvanına bildirmişəm və böyük ehtimalla tezliklə hüquqi prosedurlar başladılacaq. Bu araşdırmanın daha detallı nüsxəsini eyni ünvana göndərmişəm. Nemoralis (müzakirə) 23:30, 29 may 2024 (UTC)

@Nemoralis araşdırmanız üçün təşəkkür edirəm. Bu dərəcədə dələduzluq haqqında netflixdə film çəkmək olar. Pul qazanmaq naminə getmədikləri şey yoxdur. Kholat Syakhl (müzakirə) 06:07, 30 may 2024 (UTC)
Salam həmkarlar, mən əslində bu saytın tərk olunmuş olduğunu düşünürdüm. Bir müddət əvvəl yeni məqalələr axtardım amma tapmadım (Eldar Xəlilov məqaləsinin əlavəsindən qabaq olub.) İndi saytın işləmədiyini nəzərə alsaq, burdakı müzakirələrimiz də gözdən qaçmır. İşləmir deyəndə birbaşa əsl vikinin ana səhifəsinə yönləndirir. Bir müddətdən sonra yəqin ki, əvvəlki vəziyyətinə qayıdacaq. Burası qalır Trademark Abuse-un əlində. — Bikar müzakirə 06:56, 30 may 2024 (UTC)
Belə hallar qarşı tərəfi də aldatmaq, dələduzluqdur. Əminəm ki, Azərbaycan qanunvericiliyindən bunun qarşılığı var. Kosmik Ozan utora! 07:12, 30 may 2024 (UTC)
İndi fikir verirəm ki, saytda yerləşdirdiyi səhifələri silib, artıq onlar da bura yönləndirir. Yuxarıda əlavə etdiyim linkləri Internet Archive-da tapa bilərsiniz: [1] Nemoralis (müzakirə) 20:44, 30 may 2024 (UTC)

Salam. Maraqlı olanları TwitterABŞ məqalələrinin adının dəyişdirilməsi ilə bağlı müzakirələrdə iştirak etməyə çağırıram. Hörmətlə, Gadirmüzakirə 11:47, 30 may 2024 (UTC)

X məsələsində razıyam. Artıq dəyişməyin vaxtı gəlib. ABŞ məsələsində də razıyam, həmçinin SSRİ məqaləsinin də adı dəyişdirilməlidir. Kosmik Ozan utora! 16:13, 30 may 2024 (UTC)
ABŞ ilə bağlı müzakirə xeyli vaxtdır ki var, amma fikir bildirən azdır. Bu, sonra problem olmaz ki? Twitter məsələsi, məncə, ətraflı müzakirə olunsa, yaxşıdı, digər ikisi ilə birmənalı olaraq razılaşsam da, orada fikrimcə, daha geniş arqumentlər lazımdır. Əlaqəli müzakirələr müvafiq səhifələrdə aparılarsa, doğru olar. Hörmətlə, Gadirmüzakirə 16:22, 30 may 2024 (UTC)
@White Demon, Avropa İttifaqı "AB" yaxud "Aİ", Avropa Şurası Parlament Assambleyası "AŞPA" və Birləşmiş Millətlər Təşkilatı da "BMT" olmalıdır? Hörmətlə, Gadirmüzakirə 20:34, 30 may 2024 (UTC)
Mustafa Kamal Atatürk məqaləsi də "Atatürk" adlandırıla bilər (digər dillərdə necə olmasının aidiyyəti yoxdur, söhbət azərbaycancadan gedir). Hörmətlə, Gadirmüzakirə 20:06, 31 may 2024 (UTC)
BMT ola bilər, o biriləri ilə razı deyiləm. Atatürklə də razı deyiləm. Kosmik Ozan utora! 06:31, 1 iyun 2024 (UTC)
Atatürk ilə niyə razı deyilsiz? Atatürkün dini inancı da elə o adla verilib. Hörmətlə, Gadirmüzakirə 10:58, 1 iyun 2024 (UTC)
Elə isə səhv verilib. Bu məntiqlə gərək Albert Eynşteyn məqaləsini Eynşteyn, Adolf Hitler məqaləsini Hitler, Volfqanq Amadey Motsart məqaləsini Motsart, İosif Stalin məqaləsini Stalin, Vladimir Lenin məqaləsini Lenin, Hayao Miyazaki məqaləsini Miyazaki, Rəcəb Tayip Ərdoğan məqaləsini Ərdoğan edək. Kosmik Ozan utora! 11:17, 1 iyun 2024 (UTC)
Düzdü, yönləndirmə funksiyası iş görür, amma bəzən istisnalar olur da. Hörmətlə, Gadirmüzakirə 11:36, 1 iyun 2024 (UTC)
Məsələn, Napoleon. Hörmətlə, Gadirmüzakirə 12:31, 1 iyun 2024 (UTC)
Twitter-i məncə də X üzrə dəyişməliyik Atakhanli (müzakirə) 08:19, 2 iyun 2024 (UTC)
Mən hələ X olması üçün tez olduğunu düşünürəm. — Bikar müzakirə 08:27, 2 iyun 2024 (UTC)
Tvitter məqaləsi X olmalı, Tvitter üçün isə yeni məqalə yaradılmalıdır fikrimcə. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:34, 4 iyun 2024 (UTC)
✅Y ABŞ və əlaqəli məqalələr həll edildi. Qarşınıza çıxan əlaqəli məqalələr (istisna hallardan başqa) düzəltməyinizi və eyni zamanda yaradacağınız səhifələri xüsusi hal yoxdursa (mənbə, işləklik və s.), bu formada adlandırmağı unutmayın. Digərlərini müzakirə edə bilərik, davam edir. Hörmətlə, Gadirmüzakirə 11:55, 6 iyun 2024 (UTC)
@Toghrul R, White Demon-un təklif etdiyi "SSRİ" addəyişməsi barədə siz nə düşünürsünüz? Hörmətlə, Gadirmüzakirə 12:58, 13 iyun 2024 (UTC)

Vikipediya:Şikayət səhifəsinin işə düşməsi

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Salamlar. Təklif edirəm ki, mübahisələrin həlli üçün Vikipediya:Şikayət səhifəsini işlədək. Səhifə üzərində lazımi işləri apardım və qalır sadəcə konsensus. Belə ki, inzibatçı səlahiyyətlərindən sui-istifadə edən inzibatçılar üçün də Vikipediya:Şikayət/İnzibatçı səhifəsi açıq olacaqdır. Əsas səhifədə mübahisələrin həlli, fəaliyyət, müəyyən redaktələr, ümumi davranış, istifadəçilərlə bağlı problemlər, məsələlər müzakirə ediləcək (bura inzibatçılar da daxil), ortaq həll yolu tapılmağa çalışılacaq. Sual çıxa bilər ki, VP:İnzibatçılara müraciət səhifəsi var. Var, amma bu səhifənin məqsədi ümumi məsələlər üçündür, blok tələb etmə, inzibatçılara müraciət üçündür yəni sırf. Bu səhifə isə elə deyil. Həmçinin Vikipediya:İnzibatçı müzakirəsi səhifəsinin də ləğvini təklif edirəm, bu səhifə heç bir işə yaramır, heç bir mahiyyəti yoxdur. İnzibatçı olmaq hansısa üstünlük daşımır, inzibatçılar ortaq qərar çıxarıb istifadəçilərin blok müddətini təyin edə bilməzlər (müəyyən qərəz də ola bilər, nəticədə insandırlar onlar da). Sözügedən səhifələrdə ümumi müzakirələr əsasında vəziyyət həll edilməzsə, müzakirəyə əsasən müəyyən müddətə bloklar təyin edilə bilər (istisna hallar xaric, bura ciddi pozuntu və uzlaşamamaq daxildir).


  1. + Lehinə: Hörmətlə, Gadirmüzakirə 00:03, 31 may 2024 (UTC)
  2. + Lehinə:Kholat Syakhl (müzakirə) 04:26, 2 iyun 2024 (UTC)
  3. + Lehinə: lazımlı layihədir. — Tarixi Nadir (müzakirə) 11:50, 3 iyun 2024 (UTC)
  4. + Lehinə: Rahtlıq yaradacaq təklifdir. Redivy (müzakirə) 12:49, 3 iyun 2024 (UTC)
  5. − Əleyhinə: məncə boşuna açılacaq olan artıq bir səhifədir. Hazırki səhifələrlə bu cür məsələlər həll olunur və ya oluna bilir. Səhifənin adından başqa nə üstünlüyü olacaq ki? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:27, 4 iyun 2024 (UTC)
  6. − Əleyhinə: VP:İBSQ-yə görə "zəruri" hal yarandıqda inzibatçının etimad səsverməsinin başladılması üçün inzibatçıların "ortaq qərar"ı lazım olur. Əgər Vikipediya:İnzibatçı müzakirəsi səhifəsi ləğv edilsə, bu qərar necə alınacaq? Bu qarışıqlığa səbəb olacaq.— Turkmen müzakirə 05:28, 4 iyun 2024 (UTC)
  7. + Lehinə: heç bir dəyişiklik olacağını düşünməsəm də sınaqdan keçirək. — Bikar müzakirə 14:46, 7 iyun 2024 (UTC)
  8. + Lehinə: yoxlamaq olar. — Xeyal (müzakirə) 15:36, 7 iyun 2024 (UTC)

Şərhlər

  • Şərh Şərh: Bizim icma üçün nə qədər effektli olub olmayacağını düşünürəm. Təklif olaraq yaxşıdır. Amma düşünürəm ki, şikayət və təkliflər üçün daha çox əlçatanlıq yaratmaq lazımdır. Əgər bu şikayət səhifəsini interfeysdə yerləşdirəcəyiksə yəni daha tez görünməsini təmin edə biləcəyiksə razıyam. Hazırda ən əl çatan və fikirlərin paylaşılıb müzakirə edildiyi yer Kənd Meydanıdır. Ən azı kənd meydanı qədər göz önündə tutdurmaq lazımdır. İnzibatçılar üçün olan müzakirə səhifəsinin ləğvinin isə əleyhinəyəm. Ona görə ki, hər nə qədər sıradan istifadəçilər də olsalar, onlar səlahiyyətlilər hesab olunurlar. Öz aralarında hər hansı bir müzakirə apara və onu sonradan açıq müzakirəyə çıxara bilərlər. Sadəcə qayda tərtib etmək olar ki, inzibatçılar sırf özləri razılaşıblar deyə hər hansı qərarı qəbul edə bilməsinlər. Qəbul etmək istədikləri qərarı icmaya təqdim edib ümumi fikirləri alsınlar. Bunlar mənim subyektiv fikirlərimdir. Hörmətlə, — Patriot (müzakirə) 20:10, 31 may 2024 (UTC)
    Salam. Yararlığını qəbul edib sınamaqla öyrənə bilərik və şübhəsiz İMZ-dən yaxşı olacaq. Yoxsa İMZ-də müzakirə ilə səhifələrin mühafizəsi, istifadəçiləri bloklama və s. belə imtiyazlara qarşıyam. Odur ki, ləğvini dəstəkləyirəm, müzakirələr açıq getməlidir, elə daha sağlam addımlar atılacağına inanıram. Digər fikrinizə gəlincə isə, əksinə, bu səhifə menyuda olmasa yaxşıdır, ki, vikidən müəyyən qədər anlayan və müəyyən təcrübəsi olan istifadəçilər bu səhifəni bilib əsaslı müraciətlər təqdim etsinlər. Yoxsa yeni kim gəldi girib məşğul edəcək. Bir də KM ümumi müraciət və müzakirə məkanıdır. Bu səhifələrdə isə istifadəçilərlə bağlı mövzular müzakirə olunacaq. Hörmətlə, Gadirmüzakirə 20:52, 31 may 2024 (UTC)
    Ayrı səhifə olsune şikayətlər üçün, amma indiki vəziyyətdə deyə bilmərik ki, kənd meydanı şikayətlərdən daşır, digər müzakirələr gözdən qaçır. Burdakı müraciətlərə baxılmıyandan sonra ayrıca şikayət səhifəsinə heç baxan olmuyacaq. — Bikar müzakirə 21:28, 31 may 2024 (UTC)
    Təbii ki, istəyərik ki, heç vaxt münaqişələr və mübahisələr olmasın, amma həyatda olduğu kimi burda da bu kimi hallar qaçılmazdır. Təki boş qala elə. :) Səhifənin əsas məqsədi bloklamak yox, məsələyə həll yolu tapmaq və vəziyyəti həll etmək funksiyası daşıyacaq. Burada yoxdur, var, ya da olacaq, hazır səhifəmiz olsun, ora əlavə olunsun, orada danışılsın. Burada (girişdə də qeyd edilib) sual, xəbərləşmə, texniki, idarəetmə və digər oxşar mövzular danışılır. Bu məsələlər həmişə İMZ-də müzakirə olunub, orada da həll yolu kimi bloklanmaq, blok müddəti danışılıb, amma bu səhifə olsa, hesab edirəm danışılıb aydınlıq gətirmək mümkün olacaq, faydalı olacaq. Lüzumu halında bloklar tətbiq oluna bilər təkcə. Ciddi və davamlı pozuntu halları və istifadəçinin ortaq yola gəlməməsi və boyun qaçırması və s. Hörmətlə, Gadirmüzakirə 21:33, 31 may 2024 (UTC)
Vikipediya:İnzibatçı müzakirəsi səhifəsinin ləğv edilməsi yaxşı fikirdir. Vikipediya:Şikayət səhifəsinin isə effektiv olacağını zənn etmirəm. Yenə də, yoxlamaq olar. — Kholat Syakhl (müzakirə) 19:02, 1 iyun 2024 (UTC)
Elə isə təklifin lehinə səs verə bilərsiniz :) Hörmətlə, Gadirmüzakirə 02:46, 2 iyun 2024 (UTC)
Şikayətlər üçün ayrıca səhifənin olması və həmin səhifənin daim aktiv formada işlədilməsi yaxşı hal ola bilər. Ən optimal variant isə arbitaj komitəsinin yaradılması və icmanın ən etibarlı imzalarının ortada qərarverici xüsisiyyət kimi fəaliyyət göstərməsi olardı məncə. İnzibatçı müzakirəsi səhifəsinin ləğv edilməsi təklifi də çox yerində bir fikirdir. Kholat Syakhl (müzakirə) 04:28, 2 iyun 2024 (UTC)
Arbitaja hələ çox var. Qaydalarımız tam hazır deyil, hazırkı aktivliklə də çox çətin olar. Gələcəkdə mümkündür. Hörmətlə, Gadirmüzakirə 04:32, 2 iyun 2024 (UTC)

Turkmen, əslində, ora müzakirə üçündür, amma ağlımda idi, sizin üçün tək problem odursa, müvafiq düzəlişləri həmin qaydaya edərik, nəticəyə uyğun olaraq. Hörmətlə, Gadirmüzakirə 06:07, 4 iyun 2024 (UTC)

@Gadir, bəs bunu əvvəlcədən bildirmək lazımdır axı, siz bilirsiniz amma bilməyənlər var. İkincisi necə ediləcək düzəliş ? Bunu paralel şəkildə etmək lazım idi. Turkmen müzakirə 08:32, 4 iyun 2024 (UTC)
@Turkmen, bilirsiniz bu nəyə oxşadı? Vikipediya:Sürətli silmə kriteriyaları qəbul ediləndə Vikipediya:Səhifə silmə kriteriyaları qüvvədən düşdüyü kimi, bunda da eyni haldır. Mənə onu xatırlatdı. Düzdü, qeyd edilsə, daha yaxşı olardı, amma nəticə dəyişmir. Əsas konsensusdur, o olsa, müvafiq düzəlişləri edəcəyəm. Sizin iradınız sadəcə VP:Ş/İ ilə bağlıdır, belə görürəm. İnzibatçı da istifadəçidir də. VP:İM-də ya da orada başlıq açıb danışıq başlatmaq olar. VP:İMZ-yi təkcə buna görə ayaqda saxlamaq lazım deyil. Bərabərlik yaratmaq lazımdır, "inzibatçı" önəm baxımından hansısa üst qrup deyil. Bir də o səhifə mütləq bloklama funksiyası daşımayacaq, mübahisələrin həllinə xidmət edəcək. Ümumiyyətlə, hər nə qədər səsvermədə lehinə səs vermiş olsam da, gələcəkdə bu punkt qaldırılmalıdır, məncə. 4 aydan bir bir inzibatçıya hücum etmək mümkün olmayacaq ki, sizcə? Sadəcə bu səhifədə ümumi və əsaslandırılmış arqumentlərlə danışılıb elə səsvermə başlatmaq lazımdır. Səs yox, əsaslı arqument. Yəqin ki, buna etiraz edən olmaz. Hörmətlə, Gadirmüzakirə 08:48, 4 iyun 2024 (UTC)
@Patriot Kor, @Bikar, @Grenzsoldat, @Solavirum, @White Demon, @Atakhanli, @Sura Shukurlu, @Xeyal, və digər istifadəçilər, sizləri təklif üçün mövqe bildirməyə dəvət edirəm. Səhifəni işə salıb istifadə etməyə başlarsaq, istifadəçi adı, fəaliyyətləri, kütləvi pozucu fəaliyyət, kiçik redaktələr, maşın tərcümə, şübhəli hallar və s. bu səhifədə müzakirə olunacaq. Görülən kimi, belə problemləri az yaşamırıq, müvafiq səhifə vacibdir və mütləq ki, işə yarayacaq. Kənd meydanı isə Vikipediyanın inkişafı yolunda təklif və yeniliklərin müzakirə ediləcəyi məkan olaraq statusunu qoruyub saxlayacaq. Yaxın vaxtda yeni gələn istifadəçilər və digər mövzularda müzakirə və müraciətlər üçün də səhifələr hazırlamağı və müzakirələrinizə təqdim etməyi düşünürəm. Kənd meydanındakı müzakirələr maksimum şəkildə azalaraq layihə üçün olacaq, digər mövzular müvafiq əlaqəli səhifələrdə müzakirə ediləcək. Hörmətlə, Gadirmüzakirə 14:42, 7 iyun 2024 (UTC)

✅Y Müzakirə nəticəsində Vikipediya:ŞikayətVikipediya:Şikayət/İnzibatçı səhifələrinin təkrar istifadəsinə, VP:İMZ səhifəsinin isə ləğvinə qərar verilmişdir. Hörmətlə, Gadirmüzakirə 13:26, 9 iyun 2024 (UTC)

  • məncə, yekulaşdırmağa tələsmisiniz bəy. əvvala belə önəmli mövzular tez yekulaşdırılmamalıdır. əminəm icmanın çoxunun heç bəlkə də xəbəri yoxdur. misal heç mənim xəbərim olmayıb. digər yandan 2 önəmli şəxs öz arqumenti ilə əleyhinə olub. heç konsensus da yoxdur. Atakhanli (müzakirə) 07:27, 10 iyun 2024 (UTC)
    Tələm-tələsik, hamının fikrini gözləmədən yekunlaşdırılıb, hələ-hələ 2 tutarlı əleyhinə ola-ola necə olubsa konsensus əldə olunub. Müzakirə hissəsində yazılan şərhlərin cavablandırılması belə gözlənilməyib. Nemoralis (müzakirə) 11:20, 10 iyun 2024 (UTC)
    Salamlar. Konkret narazı olduğunuz məqamlar nədir, bildirə bilərsiniz? Təklifi vermişəm və üzərindən ən az 1 həftə keçib, hətta iştirak zəif olduğu üçün istifadəçiləri iştirak etmələri üçün də teqləmişəm. Atakhanli, sizi də teqləmişəm, lakin iştirak etməmisiniz. 2 əleyhinədən birində bildirilən iradla bağlı cavab yazmışam və həll edilib. Konsensus olduğunu da görüb dünən yekunlaşdırmışam, ümumi aktivlik vəziyyəti ilə yetərlidir. Səhifələrin mühafizəsində də eyni vəziyyətdə qərar çıxmışdı. Ortada problem olmadığını düşünürəm, varsa, zəhmət olmasa qeyd edin, müzakirə edək. Hörmətlə, Gadirmüzakirə 11:34, 10 iyun 2024 (UTC)
    "Müzakirə edək" deyirsiniz ancaq müzakirəni artıq necəsə konsensus əldə edib yekunlaşdırmısınız. Mən razı deyiləm bu qərarla, gəlib fikrimi bildərəcəkdim. Niyə tez yekunlaşdırırsınız? Nemoralis (müzakirə) 20:52, 14 iyun 2024 (UTC)
    Konkret iradınız nəyədir (müzakirənin yekunlaşdırılmasından başqa)? Hörmətlə, Gadirmüzakirə 20:59, 14 iyun 2024 (UTC)
    Müzakirəni artıq yekunlaşdırıb dəyişiklikləri etdiyiniz üçün artıq bir dəyəri qalmır mənim yazdıqlarımın. Müzakirəni bərpa edib etdiyiniz dəyişiklikləri geri qaytarın, ondan sonra yazacam. Bu sizin ilk tələm-tələsik yekunlaşdırmanız deyil. [2] Nemoralis (müzakirə) 03:19, 19 iyun 2024 (UTC)
    Bəli, qeyd etdiyiniz mövzunu yekunlaşdırmaqda tələsmişəm. Lakin bu mövzuda elə düşünmürəm, müzakirə 10 gün açıq qalıb, (digər oxşar müzakirələrə, səsvermələrə də baxsaz, görərsiniz ki, normal müddət və iştirak var.) 2-3 ay açıq qalmalı deyil hər halda, şiddətli qarşı çıxılmayıb, "arqumentə" də cavab verilib ona uyğun düzəlişlər edilib. Məsələn, bu müzakirə də 12 gün davam edib və bu müddət ərzində bu müzakirə ilə eyni sayda mövqe bildirilib, sonda yekunlaşdırılıb qəbul edilib, indi onu da ləğv edək? Həmçinin necə ki, prinsiplərin mühafizəsi ilə bağlı icma qərarı yoxdursa, İMZ ilə də olduğunu heç kim göstərməyib, varsa, lütfən qeyd edin. Həm o səhifəni açıq qoyub hamının yaza bilməsi ilə indiki vəziyyətin fərqi nədir ki? Tək fərq adı olur. :) Bir də sırf blokların müzakirə edilməsi və zamanla bir sıra vacib qərarların alınması var, ki, bu da heç-heç doğru deyil. Hörmətlə, Gadirmüzakirə 17:11, 19 iyun 2024 (UTC)