Vikipediya:Kənd meydanı/Transliterasiya
Bu səhifə adların digər dillərdən transliterasiyası zamanı meydana çıxan problemləri müzakirə etmək üçündür. |
Arxiv |
---|
Lampwork
[mənbəni redaktə et]Lampa və ya alovla şüşəni əritməkdən ibarət olan şüşəişləmə sənəti olan lampwork bizim dildə dəqiq necə gedir? Belə baxdım, bəzi yerlərdə "lempvork" yazıblar. "Lampaişləmə" yazmaq istədim, amma belə söz tapmadım. Kobe Lampwork Glass Museum məqaləni yaratmaq istəyirəm, ad seçə bilmirəm. Şiroi Akuma 23:10, 7 avqust 2023 (UTC)
- Şüşə sənəti? — Bikar müzakirə 14:58, 18 avqust 2023 (UTC)
British Invasion
[mənbəni redaktə et]British Invasion - Britaniya musiqisinin və musiqi qruplarının dünyada məşhurluq qazanmağa başladığı bir dövr. Bu fenomenin başlanğıcı "the Beatles" qrupunun 1964-cü ildə yayımladığı "I Want to Hold Your Hand" sinqlının ABŞ-da uğuru və qrupun "The Ed Sullivan Show"-da uğurlu çıxışı hesab olunur. Ümumiyyətlə, 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Britaniyada pop və rok musiqisinin yükləşinə səbəb olmuş və dünyaya tanıdaraq musiqi tarixində fenomenə çevrilmişdir.
Bu mövzu barədə yazmaq istəyirəm. "British Invasion" ingiliscədə anlam olaraq "Britaniya işğalı" və ya "İngilis işğalı" anlamını verir. İngilis işğalıyla bağlı e-dərslikdə məlumat var amma bildiyiniz kimi, tarixi olaraq, yəni müharibələr, döyüşlər və s. Düzdür dəqiqləşdirmə səhifələriylə bu problem olmur, ancaq bu "işğal" kəlməsi mövzuya bir az kobud, barbar və politik aura qatır, fikrimcə. Sizcə başlıq necə olmalıdır? "Invasion" qarşılığı dilimizdə başqa cür necə ola bilər? Fikirləriniz mənim üçün önəmlidir.
Bu mövzu barədə ətraflı olaraq:
The British Invasion: From the Beatles to the Stones, The Sixties Belonged to Britain mənbə: Rolling Stone
British Invasion mənbə: Vikipediya
Британское вторжение mənbə: Vikipediya
British Invasion mənbə: Britannica
Hörmətlə, Article Of The Day (müzakirə) 21:41, 25 iyun 2024 (UTC)
- Elə ən yaxşı "Britaniya işğalı"dır. Kosmik Ozan utora! 21:52, 25 iyun 2024 (UTC)