Vikipediya:Sürətli silmə kriteriyaları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə

Qayda səsvermə nəticəsində qəbul edilmişdir.

  • Səsvermə müddəti: 20 iyul — 4 avqust 2021
  • Qüvvədədir: 4 avqust 2021-ci ildən

Sürətli silmə kriteriyaları (SSK) Vikipediya:Səhifə silmənin bir hissəsi olaraq inzibatçıların silinmə müzakirəsi aparmadan məqalələrin, faylların, kateqoriyaların və s. sürətli, birbaşa silinməsi hallarını müəyyən edən təlimatdır. Hər bir istifadəçi sürətli silmə üçün {{Sil}} şablonunu əlavə edə bilər, lakin sadəcə inzibatçılar məqalə və s. silə bilər.

Silinmiş səhifə sadəcə inzibatçılar tərəfindən bərpa oluna bilər. Sürətli silmə səhifələri və ya faylların (sürətli silmə kriteriyalarını ödəyən) silinməsi üçün aparılan silmə müzakirələrində itirilən zamanı minimuma endirmək üçün icra olunur.[a]

Səhifəyə sil şablonu əlavə etməzdən əvvəl, yəni onu silməyə namizəd göstərməzdən əvvəl bunun Vikiqaydalar çərçivəsində nə dərəcədə doğru olub-olmadığını müəyyənləşdirin. Qaralama halında olan məqalələrin, birləşdirilən və ya başqa yerə istiqamətləndirilən və s. kimi səhifə və faylların sayını azaltmaq istəyirsinizsə, kriteriyaları ödəmədiyi halda onları silinməyə namizəd göstərin. Əgər səhifə tarixçəsində olan bütün dəyişikliklər nəzərə alındıqda sürətli silinmə kriteriyalarını ödəyirsə, sürətli şəkildə silinməyə namizəd göstərilə bilər. Əgər bir səhifə silinməyə namizəd göstərilərsə, bu zaman hansı kriteriyaya görə namizədliyinin irəli sürüldüyü qəti surətdə açıqlanmalıdır. Belə olan halda, səhifənin yaradıcı və səhifədə əhəmiyyətli dəyişikliklər edən istifadəçilər məlumatlandırıla bilər. Əgər səhifə Vikipediyadan şəxsi gizlilik səbəbindən silinməlidirsə, bunun üçün inzibatçılar məlumatlandırılmalıdır. Şəxsi gizlilik deyildikdə, ayrı-ayrı fərdlərin şəxsi məlumatlarının paylaşılmasının istənilmədiyi hallar, azyaşlıların məlumatlarının, şəkillərinin Vikipediyada mövcud olmasından narahat olunan hallar nəzərdə tutulur.

Bir çox hallarda sürətli silinmə üçün "sil" şablonu əlavə olunarsa, səhifənin yaradıcısı sil şablonunu səhifədən çıxara bilməz. Səhifənin yaradıcısı (inzibatçılar xaric) əgər bununla razılaşmırsa, müzakirə səhifəsində etirazını bildirməlidir. Əgər səhifəni yaradan istifadəçidən başqa bir istifadəçi xoşniyyətliliklə sürətli silinmə şablonunu səhifədən çıxarırsa, deməli bu şablonun əlavəsi müzakirəyə açıq ola bilər. Belə olan halda, silinmə üçün başqa bir silinmə prosesi, yəni səhifənin silinməyə namizəd səhifələrə namizədliyinin təqdim edilməsi daha məqsədəuyğundur. Belə hallarda redaktə müharibəsi yolverilməzdir. Məqalənin yaradıcısı sadəcə bu kriteriyalarla: Ü6, Ü7, Ü8, Ü13, Ü14 və ya İS1 silinmə üçün {{sil}} şablonu əlavə olunubsa, şablonu çıxara bilər.

İnzibatçılar səhifə silərkən diqqətli olmalıdırlar. Əgər səhifənin ən son silinməyə namizəd səhifə olaraq müzakirəsində qalması üçün qərar alınıbsa, müəllif hüquqları pozuntusu və digər sürətli silmə kriteriyalarının ödəndiyi hallar istisna olmaqla, yeni müzakirə başladılmadan səhifə silinə bilməz. İstifadəçilər bəzən çoxsaylı düzəlişlər edərək səhifə yaradırlar. Bu hallarda inzibatçılar yenicə yaradılmış natamam səhifələrin silinməsindən çəkinməlidirlər.

Kriteriyalar üçün açıqlamalar

Abbreviaturlar (Ü12, M3 və s.) kriteriyalara istinad etmək üçün nəzərdə tutulub və bu qısaltmalar hər bölmədə qeyd olunub. Məsələn, "SSK Ü12" ümumi kriteriyalar bölməsinin on ikinci bəndində qeyd olunan kriteriya üçün istifadə olunur. Bu qısaltmalar vikipediya layihəsinə yeni qoşulan və bu səhifədən xəbəri olmayan istifadəçilərdə qarışıqlıq yarada bilər.

Tövsiyə olunur ki, bir səhifəni sürətli silinməyə namizəd göstərərkən müvafiq səhifənin yaradıcılarını və ya əhəmiyyətli ölçüdə redaktə edənləri, faylları yükləyənləri xəbərdar edəsiniz.

Bir səhifəni sürətli silməyə namizəd göstərməzdən əvvəl diqqətli şəkildə həmin səhifənin tarixçəsini nəzərdən keçirin, çünki bəzən sadəcə bir istifadəçinin spesifik redaktəsi silinmə üçün səbəb ola bilər. Beləliklə, keçmiş versiyanı bərpa etməklə bu problemi aradan qaldıra bilərsiniz.

Xüsusi qaydada etiketlənməsi lazım olan səhifələr

Bəzi səhifələr normal hallarda sürətli silinməsi üçün namizəd göstərilə bilmir:

  • Redaktə edə bilmədiyiniz səhifələr (məs.: mühafizə səbəbi ilə) və ya JSON; belə hallarda sürətli sil şablonunu səhifələrin müzakirə səhifəsində açıqlama ilə birlikdə əlavə edin.
  • Şablon səhifələri: şablonu "noinclude" teqi ilə birlikdə əlavə edin. Belə: <noinclude>{{sil}}</noinclude>
  • Modul səhifələri (sənədləşdirmə (/doc) səhifələri istisna): şablonu Modul:Module wikitext ilə birgə əlavə edin. Belə: require('Module:Module wikitext')._addText('{{sil}}')
  • CSS və ya JavaScript səhifələri: şablonu belə əlavə edin:: /* {{sil}} */

Müzakirə nəticəsində silinməyən səhifələr

Müzakirə nəticəsində silinməyən səhifələr aşağıdakı kriteriyalara görə silinə bilər:

  • Ü5 — bloklanmış istifadəçi tərəfindən yaradılma
  • Ü6 — texniki silmə
  • Ü8 — mövcud olmayan, silinmiş səhifədən asılı səhifələr (alt səhifələr)
  • Ü9 — fondun tələbi
  • Ü12 — birmənalı şəkildə müəllif hüquqları pozuntusu
  • Ü13 – 6 aydan çox istifadəçilər tərəfindən redaktə olunmayan və müzakirə nəticəsində silinmiş səhifələrin qaralama səhifələri
  • M2 — başqa Vikimedia layihələrindən idxal olunan xaricidilli səhifə
  • M4 — vikilər arası keçid edilmiş səhifələr
  • F8 — Vikianbarda eyni faylın mövcudluğu
  • F9 — aşkar müəllif hüquqları pozuntusu
  • İS1 — istifadəçinin istəyi əsasında öz şəxsi istifadəçi fəzasında olan səhifəsinin silinməsi

Bu kriteriyalar yalnız mübahisə olmadığı hallarda istifadə edilə bilər, əgər mübahisəli vəziyyət mövcuddursa, silmə müzakirəsi başladılmalıdır. Bununla belə, məqalənin əvvəlki bütün versiyalarında yeni aşkar edilmiş müəllif hüquqları pozuntuları üçün Ü12 kriteriyası tətbiq olunmalıdır. Ü5 kriteriyası yuxarıda göstərilən kriteriyaların ödəndiyi hallarda da istifadə edilə bilər.

Kriteriyalar siyahısı

Ümumi

Qısa keçid yönləndirmə

Bu kriteriyalar hər növ səhifəyə (məqalə, istiqamətəndirmə, istifadəçi səhifələri, fayllar və s.) aid edilir. Xüsusi hallarda bəzi səhifə növləri istisna edilə bilər. Buna görə də kriteriyaları tətbiq etməzdən əvvəl hər bir kriteriya haqqında məlumatla ətraflı tanış olun.

Ü1. Heç bir məna ifadə etməyən

Qısa keçid yönləndirmə

Bu kriteriya heç bir məna ifadə etməyən məzmuna və ya tarixçəyə malik səhifələrə şamil edilir. Bu kriteriya qənaətbəxş olmayan yazı formatını, absurd nəzəriyyələri, xəyali materialları, Azərbaycan dilində olmayan materialları, pis tərcümə olunmuş materialları, maşın tərcümələrini və vandalizmi əhatə etmir. Həmçinin bu kriteriya istifadəçi səhifələrinə və istifadəçi müzakirəsi səhifələrinə tətbiq edilmir. Qısaca məzmun anlaşılandırsa, "Ü1" tətbiq olunmur.


Ü2. Test səhifələri

Qısa keçid yönləndirmə

Bu kriteriya Vikipediya funksiyalarını yoxlamaq üçün yaradılan səhifələrə tətbiq olunur. Bu alt səhifələrə də tətbiq oluna bilər (Məs: yoxlama üçün yaradılan istifadəçi qaralama səhifələri). Lakin bu kriteriya birbaşa olaraq istifadəçi qaralama səhifələrinə və istifadəçi səhifələrinə tətbiq olunmur. Həmçinin bu kriteriya oxşar və ya eyni məzmuna malik şablonlardan birinin silinməsi üçün istifadə oluna bilməz.

Ü3. Birmənalı şəkildə vandalizm və saxtakarlıq halları

Qısa keçid yönləndirmə