Vikipediya:Yoxlanıla bilmə

Vikipediya, azad ensiklopediya
(Vikipediya:Yoxlanılabilərlik səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Qısa keçid yönləndirmə
  • Səsvermə müddəti: 10 mart — 25 mart 2021
  • Qüvvədədir: 25 mart 2021-ci ildən

Yoxlanıla bilmə — məqalədə olan məlumatı birbaşa təsdiqləyən etibarlı mənbələrin oxucu tərəfindən yoxlanılmasının mümkün olmasına verilən ad. Vikipediya orijinal tədqiqata yol vermir. Vikipediyanın məzmunu redaktorların inancları və ya təcrübələri ilə yox, əvvəl yayımlanan məlumatlarla müəyyən edilir. Bir şeyin doğruluğundan əmin olsanız da, onu əlavə etməzdən əvvəl yoxlanıla bilən olmalıdır. Etibarlı mənbələr bununla razılaşmırsa, neytral mövqe tutun və müxtəlif mənbələrin qeyd etdiklərini təqdim edərək hər tərəfə lazımi ağırlığı verin.

Vikipediyanın əsas hissəsindəki bütün materiallar – məqalələr, siyahılar, başlıqlar və s. yoxlanıla bilən olmalıdır. Yoxlanılması mümkün olmayan və ya etiraza səbəb olunacağı ehtimal edilən bütün sitatlar və materiallar üçün onu birbaşa dəstəkləyən istinad daxil etməlidir. Mənbəyə ehtiyacı olan, lakin mənbəyi olmayan hər hansı bir material silinə bilər. Zəhmət olmasa, yaşayan şəxslər haqqında mənbəyi olmayan və ya mənbəyi az olan mübahisəli materialları dərhal silin.

Yoxlanıla bilmə, orijinal tədqiqata yol verməmək və neytrallıq Vikipediyanın əsas məzmun siyasətləridir. Bu qaydalar məzmunu müəyyənləşdirmək üçün zəruridir, buna görə də redaktorlar hər üçünün əsas məqamlarını anlamalıdırlar. Həmçinin, məqalələr müəlliflik hüququ siyasətinə uyğun olmalıdır.

İstinadların verilməsinə görə məsuliyyət

Qısa keçid yönləndirmə

Vikipediyadakı bütün məzmun yoxlanıla bilən olmalıdır. Yoxlanıla bilmə qabiliyyətini nümayiş etdirmək məsuliyyəti material əlavə edən və ya bərpa edən redaktorun üzərinə düşür, materialı[1] birbaşa dəstəkləyən[2] etibarlı mənbəyə istinad tələb edir.

Yoxlanılmasının mümkün olmadığı və ya etiraza səbəb olacağı ehtimalı edilən bütün sitat və materialları etibarlı, nəşr edilmiş mənbəyə istinad edin. İstinad edilən mənbə məqalədə göstərildiyi kimi materialı açıq şəkildə dəstəkləməlidir. İdeal olaraq, mənbənin səhifə nömrəsini (və ya nömrələrini) verərək mənbəni açıq şəkildə göstərin, lakin bəzi hallarda bunun əvəzinə bir hissə və ya fəsil başlığı da uyğun ola bilər.

Onu birbaşa dəstəkləyən etibarlı mənbəyə istinad etməyən hər hansı bir material silinə bilər və etibarlı mənbə daxil edilmədən bərpa edilməməlidir. Etibarlı mənbəyə istinad etmədiyinə görə materialın ilkin olaraq nə qədər tez bir müddətdə silinəcəyi materialdan və məqalənin ümumi vəziyyətindən asılıdır. Bəzi hallarda, redaktorun istinad təqdim etməsinə vaxt vermədən materialı silirsinizsə, onlar buna etiraz edə bilər. Müvəqqəti addım olaraq {{Mənbəsiz}} teqini əlavə etməyi nəzərdən keçirin.[3] Materialı istinadı olmadığına görə etiketləyərkən və ya silərkən materialı birbaşa dəstəkləyəcək dərc edilmiş etibarlı mənbə tapmağın qeyri-mümkün olduğunu və bu səbəbdən materialın yoxlanılmasının mümkün olmayacağını düşünürsünüzsə, xahiş olunur, bunu qeyd edin.[4] Əksinə, materialın təsdiqlənə biləcəyini düşünürsünüzsə, onu silməzdən və ya etiketləməzdən əvvəl material üçün özünüz bir istinad əlavə edin.

Mənbəsiz və ya zəif mənbəli material yaşayan insanların və ya mövcud qrupların nüfuzuna xələl gətirə biləcəksə, bunu dərhal silin və konsensus əldə edilənə qədər onu bərpa etməyin.

Etibarlı mənbələr

Qısa keçid yönləndirmə

Etibarlı mənbə nədir

"Mənbə" sözü Vikipediyada istinad verilərkən üç oxşar mənada istifadə edilir:

Bunların hər üçü də etibarlılığa təsir göstərir.

Məqalələri "faktçekinq"[5] və dəqiqliyi ilə tanınan etibarlı, müstəqil, dərc edilmiş mənbələrə əsaslandırın. Materialın mənbəsi dərc edilmiş olmalıdır, yəni, "hər hansı bir şəkildə ictimaiyyətə təqdim olunmuş" olmalıdır.[6] Yayımlanmamış materiallar etibarlı hesab olunmur. Məqalədə təqdim olunan materialı birbaşa dəstəkləyən və irəli sürülən iddialara uyğun gələn mənbələrdən istifadə edin. Hər hansı bir mənbənin materiala uyğun olub-olmaması kontekstdən asılıdır. Ən yaxşı mənbələr faktları, hüquqi məsələləri, dəlilləri və arqumentlərin oxucu tərəfindən yoxlanılması və ya təhlil edilməsi üçün yararlı, peşəkar bir quruluşa malikdir. Bu məsələlərə nə qədər çox diqqət yetirilirsə, mənbə o qədər etibarlıdır. Yaşayan insanlar və ya dərmanlarla əlaqəli məzmuna mənbə təqdim edərkən xüsusilə diqqətli olun.

Mövcud olduğu təqdirdə, akademik və peşəkarlar tərəfindən nəzərdən keçirilmiş publikasiyalar ümumiyyətlə tarix, tibb və elm kimi mövzularda ən etibarlı mənbələrdir.

Redaktorlar akademik olmayan etibarlı mənbələrdən də material istifadə edə bilərlər, xüsusən də istinad edilən mənbə mötərəbər publikasiyadırsa. Digər etibarlı mənbələrə aşağıdakılar daxildir:

Redaktorlar eyni meyarlara uyğun gələn elektron medidan də istifadə edə bilərlər.

Qəzet və jurnal bloqları

Qısa keçid yönləndirmə

Bəzi qəzet, jurnal və digər xəbər təşkilatları bloq dedikləri onlayn köşələrə ev sahibliyi edir. Yazıçılar peşəkar olduqları təqdirdə bunların məqbul mənbələr hesab edilməsi mümkündür, lakin bloqlar xəbər təşkilatının normal faktçekinq prosesinə tabe olmadıqlarından onlardan ehtiyatla istifadə edin.[7] Hansısa xəbər təşkilatı hansısa bloqda bir fikir yayımlayırsa, ifadəni yazıçıya aid edin, məsələn, "Həsən Həsənov yazır ki," və ya "Məmməd Məmmədova görə,". Heç vaxt oxucuların bloqlara yazdıqları şərhlərdən mənbə kimi istifadə etməyin. Etibarlı mənbə hesab edilməyən şəxsi və ya qrup bloqları üçün aşağıdakı "§Müəllif tərəfindən yayımlanan mənbələr" bölməsinə baxın.

Adətən etibarlı olmayan mənbələr

Şübhəli mənbələr

Qısa keçid yönləndirmə