Vladimir Şamanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vladimir Şamanov
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1957(1957-02-15)[1][2][…] (67 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya
Xidmət illəri 1978-ci ildən
Rütbəsi general-polkovnik (2012)
Komandanlıq edib
Döyüşlər
Təltifləri Rusiya Federasiyasının Qəhrəmanı "Qızıl Ulduz" medalı
IV dərəcəli "Müqəddəs Georgi" ordeni "Aleksandr Nevski" ordeni "Cəsarət" ordeni "Hərbi xidmətə görə" ordeni III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni "İgidliyə görə" medalı Jubilee Medal "300 Years of the Russian Navy" "Hərbi xidmətdə fərqlənməyə görə" medalı II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı "Moskvanın 850 illik xatirəsinə" medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı Medal for distinguished military service, 1st class medal for distinguished military service "Müdafiə nazirliyinin 200 illiyi" medalı "Krımın qaytarılmasına görə" medalı "Hərbi xidmətə görə" ordeni Admiral Kuznetsov Medal
Soviet Guards Badge Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimir Anatolyeviç Şamanov (15 fevral 1957[1][2][…], Barnaul[1][3]) — rusiyalı siyasətçi. Rusiya Silahlı Qüvvələrinin general-polkovniki. 2016-cı ildən VII və VIII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatıdır. Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı, İctimai və Dini Birliklər Məsələləri Komitəsi sədrinin müavini. Texnika elmləri doktoru.[6]

15 fevral 1957-ci ildə Barnaulda anadan olub. O, uşaqlığını Özbəkistanda, Sırdərya vilayətinin Mirzəçul rayonunun Qaqarin şəhərində keçirib.[7]

Hərbi karyerası

[redaktə | mənbəni redaktə et]

1974–1976-cı illərdə — Daşkənd Ali Tank Komandanlıq Məktəbinin 12-ci rotasının kursatnı olub.[8]

1978-ci ildə Lenin Komsomolu adına Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini, 1989-cu ildə M. V. Frunze adına Hərbi Akademiyasını, 1998-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

1992-ci ildə Qarabağ münaqişəsində Azərbaycan tərəfində vuruşub. Azərbaycan qoşunlarının Goranboy əməliyyatında iştirak edib.[9]

14 mart 2006-cı ildən 9 noyabr 2007-ci ilə qədər — Rusiya Federasiyası Müdafiə Nazirinin müşaviri.

2008-ci ilin avqustunda o, Kodori dərəsində əməliyyat zamanı gürcü qoşunlarını məğlub edən Abxaziyadakı rus hərbi qrupuna rəhbərlik edib.[10][11]

2014-cü il mayın 12-dən Şamanov Rusiya hava-desant qüvvələrinin Krımda yerləşdirilməsinə görə Aİ ölkələrinin sanksiyaları altındadır.[12][13] 26 may 2014-cü ildə o, Monteneqro, İslandiya, Norveç, Albaniya və Lixtenşteynin sanksiya siyahısına daxil edilib.[14]

24 fevral 2022-ci ildə o, "Donetsk və Luqanskdakı qondarma respublikaların müstəqilliyinin tanınmasına səs verdiyinə görə" Kanadanın "rejim tərəfdaşları" sanksiya siyahısına daxil edilib.[15][16]

2022-ci il sentyabrın 30-da Rusiyanın Ukraynaya müdaxiləsi fonunda o, "saxta referendumlara" və "Ukrayna ərazilərinin Rusiya işğalçı qüvvələri tərəfindən ilhaqına" cavab olaraq ABŞ-nin sanksiyalar siyahısına əlavə edilib.[17]

Eyni səbəblərə görə Böyük Britaniya, İsveçrə, Avstraliya, Ukrayna və Yeni Zelandiyanın sanksiya siyahısındadır.[18][19]

  1. 1 2 3 4 http://mercury.ethz.ch/serviceengine/Files/ISN/87737/ipublicationdocument_singledocument/bad96e19-1f4f-494e-aced-333d0713a857/en/07_nov.pdf.
  2. 1 2 http://wikileaks.org/gifiles/attach/59/59908_Russia%20090526.doc.
  3. 1 2 http://www.tandfonline.com/doi/full/10.1080/13518046.2010.503145.
  4. 1 2 http://www.telegraph.co.uk/news/worldnews/middleeast/syria/9753454/Syria-US-reporter-suffered-mock-executions-for-five-days-before-escaping.html.
  5. 1 2 http://news.bbc.co.uk/2/hi/europe/527524.stm.
  6. "Официальный Интернет-сайт Государственной Думы". 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.
  7. Я — ШАМАНОВ Arxivləşdirilib 2009-04-24 at the Wayback Machine, "Новая газета" № 42, 19.06.2000
  8. "Выпускники генералы". www.rvvdku-vi.ru. 2021-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  9. "ПОЛИТ.РУ \ АНАЛИТИКА \ Как нам заправляют арапа". web.archive.org. 2009-06-06. Archived from the original on 2009-06-06. İstifadə tarixi: 2024-06-14.
  10. Российскую группировку в Абхазии возглавил Владимир Шаманов[ölü keçid]
  11. Генерал Владимир Шаманов возглавил российскую группировку в Абхазии
  12. "Володин и Шаманов - в новом списке санкций ЕС". BBC News Русская служба (rus). 2014-05-12. 2024-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-02.
  13. "COUNCIL IMPLEMENTING REGULATION (EU) 2020/398". Official Journal of the European Union.
  14. "Пять стран присоединились к санкциям ЕС против России". BBC News Русская служба (rus). 2014-05-26. 2024-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-01.
  15. Global Affairs Canada. "Sanctions – Russian invasion of Ukraine". GAC. 2022-02-04. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  16. "Канада вводит новые санкции против россиян и украинских сепаратистов". Delfi RU (rus). 22 июня 2014. 2024-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-02.
  17. Русская служба The Moscow Times. "США ввели санкции против всех российских сенаторов, Набиуллиной и членов семей чиновников". Русская служба The Moscow Times (rus). 2022-09-30. 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.
  18. "ШАМАНОВ Владимир Анатольевич - биография, досье, активы". Война и санкции (rus). 2023-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-20.
  19. "Шаманов Владимир Анатольевич". Rupep (rus). 2024-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-02.