Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi
Janr Vokal müsabiqəsi
İstehsalçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Bülbül Fondu
Beynəlxalq Musiqi Xadimləri İttifaqı
İstehsalçı ölkə Azərbaycan Azərbaycan
Dil Azərbaycanca
İngiliscə
Rusca
Mövsüm sayı VII
Buraxılış sayı VII
İlk buraxılış 1997
Sonuncu buraxılış 2022
İstehsal
Çəkiliş yeri Azərbaycan Dövlət Filarmoniyası
Heydər Əliyev Sarayı
Gəncə Dövlət Filarmoniyası
Veriliş
Kanal Azərbaycan Televiziyası
Mədəniyyət TV
İctimai Televiziya
Lider TV
www.byulbyul.az

Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi - Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni və pedaqoq professor Bülbülün 100 illik yubileyi ərəfəsində, xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılan beynəlxalq musiqi müsabiqəsi.[1]

İlk dəfə 1997-ci ildə keçirilib.[1] İlk dəfə keçirilməsinə baxmayaraq, müsabiqəyə fərqli ölkələrdən 60-a yaxın iştirakçı toplanıb. İlk müsabiqənin münsiflər heyətinə Beynəlxalq Musiqi Xadimləri İttifaqının Sədri, SSRİ-in Xalq artisti, professor və akademik İrina Arxipova sədrlik edib. Müsabiqənin Təşkilat Komitəsinin sədri, həmin dövrdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri olan, xalq artisti, professor Polad Bülbüloğlu olmuşdur.

20 avqust 1997-ci ildə Azərbaycanın məşhur opera müğənnisi Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev sərəncam imzalayır. Sərəncama əsasən yubiley tədbirlərinin əsasənı Bülbülün adını daşıyan Beynəlxalq Müsabiqə təşkil edir və hazırlanması və keçirilməsi üçün Təşkilat Komitəsi yaradılır. Komitəyə sədr, həmin dövrdə baş nazirin müavini olan Elçin Əfəndiyev təyin edilir. Təşkilat komitəsinin üzvləri isə həmin ildə Azərbaycan Respublikasının xarici işlər naziri Həsən Həsənov, Bakı şəhər İcra hakimiyyətinin başçısı Rəfael Allahverdiyev, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu, Azərbaycan Respublikasının təhsil naziri Lidiya Rəsulova, Azərbaycan Respublikasının mətbuat və informasiya naziri Sirus Təbrizli, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin sədri Nizami Xudiyev, Azərbaycan Elmlər Akademiyasının prezidenti Fərəməz Maqsudov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Tofiq Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, xalq artistləri Zeynəb XanlarovaXuraman Qasımova təyin edilir.[1] Azərbaycan vokal sənəti tarixində keçirilən ilk beynəlxalq müsabiqə eyni zamanda təşkilat komitəsinə dövrünün dövlət xadimləri və görkəmli nümayəndələrinin cəlb edilməsi ilə də tarixə düşür.

19 noyabr 1997-ci il tarixində ilk dəfə I Beynəlxalq müsabiqəyə start verilir və müsabiqə həmin il dekabrın 1-nə qədər davam edir. İlk dəfə keçirilməsinə baxmayaraq müsabiqədə Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə, Özbəkistan, UkraynaCənubi Koreyadan 68 vokalçı iştirak edir. Müsabiqənin Təşkilat Komitəsinin sədri, həmin dövrdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri çalışan, xalq artisti Polad Bülbüloğlu olur.

Daha sonra müsabiqə 2000, 2005, 2007, 2010, 2012, 2018 və 2022-ci illərdə keçirilir.

Müsabiqənin şərtləri

[redaktə | mənbəni redaktə et]

Müsabiqə hər keçirildiyi il Azərbaycan Dövlət Filarmoniyasında keçirilir. Müsabiqəyə 18 yaşdan 35 yaşa (daxil olmaqla) qədər iştirakçılar buraxılır. Müsabiqədə yalnız opera müğənniləri, məzunlar, orta və ali musiqi təhsili müəssisələrinin tələbələri iştirak edə bilərlər. Seçmə mərhələsi iştirakçıların təqdim etdiyi video yazılar əsasında həyata keçirilir. Müsabiqənin I və II turunda çıxışlar fortepiano ilə müşayiət olunur. Bütün əsərlər yarış iştirakçıları tərəfindən digər turlarda təkrarlanmamaqla, mütləq əzbərdən və original dilində ifa olunur. Hər bir əsər yalnız bir dəfə ifa oluna bilər. Bütün ariyalar original dildə, original açarda olmalı və əzbərdən ifa olunmalıdır.

Müsabiqə 3 əsas turdan ibarətdir:

İştirakçılar opera, kantata və ya oratoriyadan (iştirakçının seçimi əsasında) ariya oxumalıdırlar.

Bu turda iştirakçılar müxtəlif operadan aria (iştirakçının seçimi əsasında) oxumalıdırlar. Daha sonra Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərindən birini ifa etməlidirlər:

  1. Üzeyir Hacıbəyov, "Sənsiz" (Nizami Gəncəvinin sözlərinə)
  2. Üzeyir Hacıbəyov, "Sevgili canan" (Nizami Gəncəvinin sözlərinə)
  3. Asəf Zeynallı, "Ölkəm" (Cəfər Cabbarlının sözlərinə)
  4. Fikrət Əmirov, "Ulduz" (Məmməd Rahimin sözlərinə)

İştirakçının səs tipindən asılı olaraq müxtəlif tonallıqlarda ifaya icazə verilir. İfalar mütləq Azərbaycan dilində olmalıdır.

Müsabiqənin son turu III turdur və iştirakçı simofonik orkestr ilə müşayiət olunur. Bundan öncə isə iştirakçı, dünya opera repertuarından hər hansı biri olmaqla, 3 fərqli ariyanı hazırlamalı və göndərməlidir. Münsiflər heyəti ifa üçün təklif olunan siyahıdan 2 ariya seçir və iştirkaçını 3-cü tura qəbul edir.

Hazırkı mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • Qran-Pri və 10 000$ pul mükafatı: 1997-
  • I yer və 7 500$ pul mükafatı: 2005-
  • II yer və 5 000$ pul mükafatı (2 iştirakçıya): 2005-
  • III yer və 3 000$ pul mükafatı (3 iştirakçıya): 2005-
  • «Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifası üçün»: 2018-
  • «Ən yaxşı tenor»: 1997-
  • «Müsabiqənin ən yaxşı konsertmeysteri» və «300 $ məbləğində pul mükafatı» (5 iştirakçıya): 1997-

Ləğv edilmiş mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • I yer və 5 000$ pul mükafatı: 1997
  • I yer və 2 500$ pul mükafatı (2 iştirakçıya): 2000
  • II yer və 3 000$ pul mükafatı (2 iştirakçıya): 1997
  • II yer və 1 500$ pul mükafatı (2 iştirakçıya): 2000
  • III yer və 2 000$ pul mükafatı (3 iştirakçıya): 1997
  • III yer və 1 000$ pul mükafatı (3 iştirakçıya): 2000
  • IV yer və 1 500$ pul mükafatı (2 iştirakçıya): 1997
  • IV yer və 1 000$ pul mükafatı (2 iştirakçıya): 2000
  • Diplom və 1 000$ pul mükafatı (3 iştirakçıya): 1997
  • «Bülbül repertuarından ən yaxşı romans ifasına görə»: 1997
  • «Bülbül repertuarından ən yaxşı romans ifasına görə» xüsusi priz: 2000
  • «Bülbül repertuarından ən yaxşı romans ifasına görə» və 150$ pul mükafatı: 2000
  • «Ən yaxşı xalq mahnısı ifasına görə»: 1997-2000
  • «Ən gənc iştirakçı»: 1997-2000
  • «Artistliyə və ustalığa görə»: 1997
  • «Artistliyə görə»: 2000
  • «Qərbi Avropa bəstəkar romanslarının ən yaxşı ifasına görə»: 1997
  • «500 $ məbləğində pul mükafatı» (3 iştirakçıya): 1997
  • «Ümid» diplomu və İ.K.Arxipova adına Fondun pul mükafatı: 2000
  • «Milli bəstəkarın ariyasının ən yaxşı ifasına görə» diplom və qiymətli hədiyyə: 2000
  • «Xalq mahnısının ən yaxşı ifasına görə» və 150$ pul mükafatı: 2000

Müsabiqənin mükafatlandırma mərasimləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 "Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (PDF). İstifadə tarixi: 20 avqust 1997-ci il.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]