Müzakirə:2010 Avroviziya Mahnı Müsabiqəsi

Vikipediya, azad ensiklopediya
Ən son rəy:14 il öncə, Eminn tərəfindən "Türkiyə - Əmrə Aydın" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Belə məqalələr yaratmağa ehtiyac yoxdur. Bu zamanı qabaqlamaq kimi bir şeydir. Turnirlər, müsabiqələrlə bağlı məqalələr həmin turnir və müsabiqə yaxınlaşan ərəfədə yaradılmalıdır. Yoxsa ki, Futbol üzrə Dünya Çempionatına dair da bu əsrin sonuna qədər məqalə yaratmaq (20-25 məqalə) və Braziliya, Almaniya, İtaliya futbol yığma komandalarını "İştirakı gözlənilən ölkələr" kateqoriyasına daxil etmək olar.--Sortilegus 13:00, 14 May 2009 (UTC)

Fikrinlə razı deyiləm. Çünki bu məqalə yalnız Azərbaycan vikipediyasında yaradılmayıb. Avroviziya ilə Futbol üzrə Dünya Çempionatının müqayisə edilməsi də o qədər də düzgün deyil. Çempionata hər ölkə vəsiqə qazana bilmir. Ancaq Avroviziyaya getməkdə məhdudiyyət yoxdur. O zaman səhv olar ki, məqalənin final bölməsinə ölkələrin iştirakı dəqiqləşməmiş əlavələr edilsin.--Emin 13:49, 14 May 2009 (UTC)

İlk beşlik

[mənbəni redaktə et]

Türk telekanallarının bir neçəsi ilk beş yer tutan ölkələrin 2010-da birbaşa finalda iştirak edəcəyini dedi.--Emin 10:21, 18 May 2009 (UTC)

İdarəçilərdən xahiş edirəm, məqaləni yenidən mühafizə etsinlər.--Eмϊn Mesaj 11:08, 20 Oktyabr 2009 (UTC)

Ardıcıl vandalizmə məruz qalsa yarımühafizə etmək olar.--Sortilegus 11:24, 20 Oktyabr 2009 (UTC)

Türkiyə - Əmrə Aydın

[mənbəni redaktə et]

Əmrə Aydının Türkiyəni təmsil edəcəyi barədə mənbələr var, amma anmonim istifadəçi bir neçə dəfə bu məlumatı silib. Redaktəni bir dəfə qaytardım. Amma başqa vikilərdə də olmadığı üçün ikinci dəfə qaytarmadım. İndi yenidən edim, yoxsa etməyim?--Eмϊn Mesaj 08:08, 25 Oktyabr 2009 (UTC)

Mən də başqa vikilərdə belə məlumata rast gəlməmişəm. Heç türk vikisinin özündə də bu haqda məlumat yoxdur. Yaxşısı budur məlumat tam dəqiqləşsin, sonra səhifəyə əlavə edək. --Sortilegus 09:13, 25 Oktyabr 2009 (UTC)

Türkiyə - Murat Boz

[mənbəni redaktə et]

Əmrə Aydının təmsil edəcəyi xəbərindən sonra, deyəsən, Murat Boz xəbəri də yalan çıxdı. Bu gün anonim istifadəçi sildiyini gördüm və redaktəni geri qaytardım. Amma, başqa vikilərdə də belə bir məlumat yoxdu. Ona görə yenidən sildim.--Eмϊn >> 08:03, 30 dekabr 2009 (UTC)Cavabla