40°30′06″ şm. e. 49°53′28″ ş. u.HGYO

Yanardağ

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yanardağ
Yerləşməsi
40°30′06″ şm. e. 49°53′28″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Yanardağ xəritədə
Yanardağ
Yanardağ
Yanardağ (Azərbaycan)
Yanardağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

YanardağBakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsi.[1]

Bakı şəhər mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Yanardağ Təbiət Qoruğu yenidənqurmadan sonra

Ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi — bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində, yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlmişdir. Bəzən Yanardağda alovun hündürlüyü 10–15 metrə çatır. Buradakı yanma prosesinin tarixin hələ qədim dövrlərindən getməsi ilə bağlı məlumatlar həm ərazidə aparılan geoloji tədqiqatlar, həm də verilən tarixi mənbələr vasitəsi ilə öz təsdiqini tapmışdır ki, bu yanmaların da tarixinin hələ eradan əvvəlki dövrlərdən başlandığı görülməkdədir.

Yanardağın əks istiqamətində yanan üç təpə olub. İndi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib. Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaqların, hətta yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən biri və demək olar ki, birincisi bizanslı Paniyalı Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən "sualtı qayadan qalxan od"dan söz açaraq yazır. "Kaspi dəniz sahillərində sualtı qayalar mövcuddur ki, buradan gecə-gündüz od çıxır. Odun şöləsi ay işığında daha füsünkar görsənərək ətraf sahil torpaqları öz işığında görünən edir". Bundan başqa, buradakı yanan torpaqlarla bağlı əl-Məsudinin "Muruc əz-zəhəb və məavhin-əl cavhar", əl-Farisi əl-İstəxrinin "Kitab əl-masalik vəl-mamalik" ("Yollar və məmləkətlər haqqında kitab"), əl-Müqəddəsinin "Əhsən ət-təqasim fi mərifət əl-əqalim" ("İqlimlərim öyrənilməsi üçün ən yaxşı bölgü"), Əbu Həmid əl-Əndəlusi əl-Qərnatinin "Tuhfət əl-əlbab və nuxbat əl-əcab" ("Ağıllara töhfə və möcüzələrin seçilməsi"), Yaqut İbn Abdullah ər-Rumi əl-Həməvinin (1179–1229) "Mucəm əl-Büldən" ("Ölkələrin lüğəti"), Əbu Duləf əl-Yənbuinin "Risalələr", X əsrə aid "Hudud əl-Aləm" adlı müəllifi məlum olmayan əsərdə, Məhəmməd ibn Nədcib Bekrananın XIII əsrə aid "Cahan-namə" əsərində, XIII əsrə aid müəllifi bəlli olmayan coğrafiyaçının kitabında, XIV əsr tarixçisi Həmdullah Qəzvininin "Nüzhət əl-Qulub" əsərində, XV əsrdə yaşayan coğrafiyaşünas ibn-Əyasin məlumatlarında və s.-də təsadüf olunmaqdadır.

"Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu

[redaktə | mənbəni redaktə et]
Abidə göstərən yazı

Azərbaycan Respublikası Prezidentinin 02 may 2007-ci il tarixli sərəncamı ilə "Yanar dağ"ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir.[2] Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Yanardağ". 2012-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-05.
  2. ""Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu". 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-05.