Yusif Etassami

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yusif Etassami
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Aştiyan
Vəfat tarixi
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı İran
Fəaliyyəti Jurnalistika
Siyasət
Yazıçılıq
Atası Pərvin Etassami
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yusif Etassami və ya Yusif Etessam-ül-mülk (1874, Aştiyan, Mərkəzi ostanı1938) - azərbaycanlı jurnalist, dövlət xadimi, naşir, tərcüməçiyazıçı.

Yusif Etassami 1874-cü ildə Cənubi Azərbaycanın maliyyə mərkəzlərindən biri olan Aştiyan şəhərində anadan olmuşdur. 1938-ci ildə vəfat etmişdir.

Yusif Etassaminin atası məşhur şair Pərvin Etassamidir, böyük qardaşı memar və rəssam Əbülhəsən Etassamidir.[1]

İlk mətbəəni yaradan Yusif Etassami 1910-cu ildə "Bahar jurnalının əsasını qoymuşdur. "Bahar" jurnalı 1910-1911 və 1921-1922-ci illərdə aylıq buraxılmışdır. 24 səhifədən ibarət olmuşdur. Jurnalın ön sözündə də yazıdlığı kimi jurnalın məqsədi "müxtəlif elmi məqalələrin toplandığı forum düzəltmək, burada insanların ədəbi, etik, tarixi və incəsənət maraqlarına cavab verəcək qiymətli materiallar paylaşmaq olmuşdur.

Jurnalda nəşr etdirilən materialların əksəriyyəti Yusif Etassami tərəfindən yazılır və ya tərcümə edilirdi. Jurnalda qərb sivilizasiyasının tərənnüm əsas yer tuturdu.

Edvard Qrenvill Brauna görə Bahar jurnalı "çox müasir və avropalı" olmuşdur.[2] İranika Ensiklopediyasında Heşmat Müəyyad jurnalı "liberal və humanistik" qiymətləndirmişdir.[3]

Tərcüməçi kimi

[redaktə | mənbəni redaktə et]

Yusifin həmçinin, 4 cildlik tərcümə əsərləri vardır. Tərcümə əsərlərinə Qasım Əminin "Təhrir əl-Mara", Viktor Hüqonun "Les Misérables", Fridrix Şillerin "Qəbalə und Liebe" əsərini misal göstərmək olar.

Yusif Etassami 1890-cı illərdə İrandakı ilk dəfə mətbəəni yaratmıdşır.

Siyasətçi kimi

[redaktə | mənbəni redaktə et]

1909-1912-ci illərdə İran parlamentinin üzvü olmuşdur. Həmçinin müxtəlif vaxtlarda Təhsil nazirliyində çalışmış və Kraliyyət və Məclis kitabxanalarının rəhbəri kimi çalışmışdır.

  1. Dehkhoda, Ali-Akbar Dehkhoda. Biographical note. In Poems of Parvin Etessami. Tehran. 1977. səh. 342.
  2. Edward G. Browne. A literary history of Persia. IV. Cambridge University Press.
  3. Heshmat Moayyad. "Bahar" (İngiliscə). 2021-10-27 tarixində arxivləşdirilib.