Zəka (jurnal)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Bu məqalə Kitablar aləmində (jurnal) məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Zəka (jurnal)
Baş redaktor Səyadulla Kərimli
Növ Elmi-publisistik, ədəbi-bədii jurnal
Format A4
Təsis tarixi 1992
Qərargah Azərbaycan, Bakı şəhəri,
Dil Azərbaycan dili

Zəka – elmi-publisistik, ədəbi-bədii jurnaldır. Azərbaycan Respublikası Mətbuat Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə nəşri olub.

1992-ci ilə qədər "Kitablar aləmində" adı ilə nəşr olunub. Jurnala İsrafil Nəzərov, Sabir Tarverdiyev, Səyadulla Kərimli kimi Azərbaycanın tanınmış jurnalist-yazıçıları baş redaktorluq edib. 1992-ci ildən "Zəka" adı ilə buraxılıb. Bilavasitə, həmin jurnalın davamçısıdır. Lakin o öz sələfindən məxsusi məzmun və mündəricəsinə, işıqlandırdığı məsələlərin əhatə dairəsinə, aktuallığına, elmi sanbalına görə xeyli fərqlənmişdir. Jurnalda Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin qaranlıq, kölgəli səhifələrinin açılmasına kömək edə biləcək publisistik materiallara daha çox üstünlük verilmişdir. "Zəka" jurnalın bu müddət ərzində (1992-2006 və 2009 - cu illər) baş redaktoru yazıçı-publisist Səyadulla Kərimli olub.


  • 1."Kitablar aləmində" jurnalının 1965–1980-ci il nömrələri.
  • 2."Kitablar aləmində" jurnalının 1981–1992-ci il nömrələri.
  • 3. Səyadulla Kərimli."Qüvvələrimizi birləşdirsək…"(baş məqalə),"Zəka" jurnalı,1992, nömrə-1.
  • Səyadulla Kərimli,"Zəka" jurnalı,1992,nömrə-1.
  • "Zəka" jurnalının 1992-2000-ci il nömrələri.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]