Zimmilər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Zimmilər (ərəb. ذمي‎, ümumi halda أهل الذمة‎, translit. əhl əl-zimma; mənası – danışıq insanları) — ərəb ordusunda könüllü xidmət edən xristianlar.

Ərəb ordusunda

[redaktə | mənbəni redaktə et]

Ərəblər Azərbaycanda və Arranda möhkəmlənəndən sonra, öz hərbi səfərlərində yerli əhalidən, istər məvalilərdən, istər zimmilərdən döyüşçü kimi yararlanmağa başladılar, ancaq məvaliləri piyada qoşuna götürürdülər.[1].

Bu hərbi səfərlərdə zimmilərgörkəmli rol oynayaraq, əvvəllər yerli hərbi rəislərin komandanlığı altında əlahiddə döyüş vahidləri kimi əməliyatda iştirak edirdilər. Zimmi birləşmələri ərəblərlə birlikdə, müqavilə əsasında[2]. vuruşurdular və dövlətin hesabına dolanmırdılar. Onlar yalnız qənimətin bölüşdürülməsində iştirak edirdilər.

Ərəblər zimmi birləşmələrindən vuruşmaların ən ağır sahələrində istifadə edirdilər; şəraitdən asılı olaraq, ya ərəb qoşunlarını qoruyan, ya da düşmənin başlıca zərbəsini öz üzərinə götürürdülər. Zimmi qoşunlarından istifadə barədə məlumatı həm yerli, həm də ərəb müəlliflərinin əsərlərindən tapmaq olar.[3]. M.Kaqankatvatsi bildirir ki, 713\4-cü ildə Məsləmə ibn Əbdülmalik xəzərlərin təzyiqi altında Dərbənddən geri çəkiləndə,"bütün əmlakılə birlikdə öz qərargahını tərk etdi, hətta öz hərəmxanası da arxada buraxmışdı. Onun arxasını Aqvan patrisilərindən Aranşahik Vaçaqan müdafiə edirdi.[4].

  1. Təbəri, III, 1934,639; Əbd əl-Əziz əd-Duri. əl-Əsr əl-abbasiy əl-əvvəl, s.7.
  2. Bəlazuri, 200,439; Yəqubi, II, 381.
  3. Ziya Bünyadov, Azərbaycan 7-9-cu əsrlərdə. Bakı-1989, səh. 83
  4. История Агван, стр. 261\299; Gevond, səh. 28