Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Məzmuna keç

Pittak

Pittak
Doğum tarixi e.ə. 650 illər
Doğum yeri Mitilini
Vəfat tarixi e.ə. 570 illər
Vəfat yeri Metapontum
Vikipediya məqaləsi

Mitilenli Pittak (qədim yunan dilində:Πιττακός)- (E.ə.651 — E.ə.569) — Qədim yunan filosofu, "Yeddi müdrik"dən biri.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıllıların əlaməti bədbəxtliyi qabaqcadan görmək, igidlik isə bədbəxtliyə qalib gəlməkdir.
  • Bağışlamaq qisas almaqdan yaxşıdır.
  • Əxlaqsızlıqdan qorxun
  • Ən yaxşı dövlət odur ki, orada pis adamlar vəzifə tutmasın, yaxşı adamlar vəzifədən imtina etsinlər.
  • Xeyirxah olmaq çətindir.
  • Hansı hakimiyyət güclüdür? — sualına Pittak qanunlarla yazılan hakimiyyət – cavabını vermişdir.
  • Hansı imkanları seçəcəyinizi bilməlisiniz.
  • Həqiqi zəfərlər qan tökülmədən qazanılan zəfərlərdir.
  • Hər şeyi qədəri ilə et, həddi aşma.[1]
  • Hər şeyin həddini bil.[2]
  • Hətta Tanrılar da zərurətə qarşı mübarizə apara bilməzlər.
  • İşsizlik cansıxıcılıq yaradır.
  • Müdriklərin işidir ki, bəla gəlməmişdən qabaq görmək, igidin işidir ki, bəla gələndə öhdəsindən gəlsin.
  • Nə etsən, yaxşı et.
  • Pittak səksən il ömür sürmüş, baş daşında isə bu sözlər yazılmışdır: "Ana öz oğlu üstə ağladığı kimi Lesbas da sənin üstə ağladı".
  • Zərurətlə tanrılar da mübahisə etmir.

İstinadlar

[redaktə]
  1. Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı,2016. səh.18
  2. "Hikmət xəzinəsindən incilər" Bakı, 2009.