Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Məzmuna keç

Sükut



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Elə bir zaman gələcək ki, camaat on hissəyə sahib olacaq, doqquz hissə xalqdan çəkiləcək, bir hissəsi isə sükut içində olacaq. İmam Rza
  • Əgər cahil bir adam sənə qarşı nadanlıq edirsə, mənalı bir sükut ona əla cavabdır. Məhəmməd Hadi
  • Əgər sussan danışmağın daha işıqlıq olar.Çünkü sükutda həm səssizliyin işığı, həm də danışmağın faydası gizlidir. Şəms Təbrizi
  • Qəlbim tutqun bir sükut içində mətbəx çəyirtkəsinin cırıltısını eşidir. Bu səsin boz alatoranlığıdır. Rabindranat Taqor
  • Mömin salamat olmaq üçün sükut edir və faydalanmaq üçün danışır.[1] İmam Səccad
  • Nə qədər acı olur-olsun, insan bir məcburiyyəti qəbul edəndən sonra içinə sükut və təvəkkül gəlir. Reşat Nuri Güntekin
  • Sən məni gündüzün izdihamlı zəvvarlığından axşamın tənhalığına gətirdin. Bunun mənası nədir? Gecənin sükutu içində bunu anlamaq istəyirəm... Rabindranat Taqor
  • Sükut çox vaxt çox sözdən gözəl olur. Alman atalar sözləri
  • Sükut çox yaxşıdır pis danışmaqdan,
    Sükutdan olmayıb heç kəs peşiman. Nizami Gəncəvi
  • Sükut da bir növ danışmaq sənətidir. Uilyam Hezlitt
  • Sükut hikmət qapılarından biridir. Sükut məhəbbət gətirər, sükut insana hər bir xeyrin və yaxşılığın yolunu göstərər. İmam Rza
  • Sükut təfəkkürün bağı, fərasətin əlaməti və ağlın meyvəsidir. Əli

İstinadlar

[redaktə]
  1. əl-Kafi, c.2, səh.231, hədis 3