Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Məzmuna keç

böhtan

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı böhtan böhtanlar
Yiyəlik halı böhtanın böhtanların
Yönlük halı böhtana böhtanlara
Təsirlik halı böhtanı böhtanları
Yerlik halı böhtanda böhtanlarda
Çıxışlıq halı böhtandan böhtanlardan
  • azərbaycanca: böhtan

Mənalar :[1]https://web.archive.org/web/20160314083752/https://azerdict.com/izahli-luget/b%C3%B6htan

    1. [ər.] Birini ləkələmək üçün nahaqdan ona pis bir şey isnad etmə; iftira, şər. Həqqa ki, deyil bu nüktə böhtan; İsbatinə vardır əldə bürhan. Məsihi. [Heydər bəy:] Naçalnik, tamam danışdığı sözlər böhtandır. M.F.Axundzadə. Uryadnik bir-iki dəfə onu şapalaqladı, yenə də Ağabala böhtana qol qoymadı. Şamilov. _ Böhtan atmaq – birinə olmayan bir işi və ya sözü isnad vermək; iftira demək, ləkə vurmaq. Böhtan demək (etmək) – bax böhtan atmaq. [Vəzir:] Məgər heç utanmırsan ki, mənim üzümə qarşı arvadıma böhtan deyirsən? M.F.Axundzadə. Böhtana düşmək – nahaqdan şərə düşmək, iftiraya məruz qalmaq. Böhtana düşən odsuz yanar. (Ata. sözü). Məsum kişi ağır bir böhtana düşmüşdü. Mir Cəlal.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]