Ana səhifə
Naviqasiyaya keç
Axtarışa keç
Hamının redaktə edə biləcəyi azad ensiklopediya olanVikipediyaya xoş gəlmisiniz!
Hazırda Azərbaycanca Vikipediyada 199.252 məqalə mövcuddur. |
|
Hazırda Azərbaycan dilində 199.252 məqalə mövcuddur.
Həftənin seçilmiş məqaləsi
Dəniz samuru — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin "enhydra" cinsinə aid heyvan növü. Dəniz samurları dəniz mühitinə uyğunlaşan, üstəlik silahdan istifadə etməyi bacaran, primat olmayan nadir və unikal canlılardan biridir. Dəniz samurları Sakit okeanın Rusiya, Yaponiya, ABŞ və Kanada kimi ölkələrin sahil ərazilərində yayılmışlar. XVIII–XIX əsrlərdə dəniz samurları qiymətli xəzlərinə görə kütləvi ovlanmaya məruz qalmışdır. Nəticədə sayları olduqca azalmış və nəsli kəsilmək həddinə çatmışdır. Dəniz samurları SSRİ qırmızı kitabına daxil edilmişdir. Eynilə bu canlıların yayıldığı digər ölkələrdə də onlar qırmızı kitaba əlavə edilib. 2009-cu il məlumatına görə dünyanın hər yerində bu canlıların ovuna qadağa qoyulmuşdur. Onların ovlanmasına bircə Alyaskanın köklü əhalisi olan aleutlara icazə verilir. Buna səbəb isə bir istisna olaraq xalq sənayesi və qida rasionunun qorunmasıdır. |
Həftənin yaxşı məqaləsi
Anadolu bəylikləri — XI–XVI əsrlərdə Anadoluda bəy tərəfindən idarə olunan feodal dövlətlər. Türkman tayfalarının Anadoluya kütləvi köçü nəticəsində baş tutmuş Malazgird döyüşündən (1071) sonra Rum sultanlığı ilə birlikdə Şərqi Anadoluda ilk bəylik qrupu meydana gəlmişdir. Bəyliklərin ikinci qrupu Rum sultanlığının ucları kimi meydana çıxmışdır. Onlar monqollardan qaçaraq Mərkəzi Asiyadan Anadoluya gəlmiş tayfalar tərəfindən qurulmuşdur. Kösedağ döyüşündən (1243) sonra səlcuq sultanları Elxanilər dövlətinə tabe olmuşdurlar. Təxminən 1300–1308-ci illərdə Anadoluda yaranan vəziyyətə görə daxili münaqişələr nəticəsində süquta uğrayan Rum sultanlığı öz uc bəylərini nəzarətdə saxlamaq gücünə malik deyildi. Buna baxmayaraq, həmin bəylər Elxanilərə xərac ödəyirdi və bu dövrdə hələ müstəqillik əldə etməmişdilər. 1335-ci ildə elxan Əbu Səidin vəfatından sonra uc bəylərinin əksəriyyəti müstəqil hökmdar – bəy olmuşdurlar. Osmanlı bəyliyinin (sonradan Osmanlı imperiyası) hökmdarları dövlətləri genişlədikcə qonşu bəylikləri də işğal etmişdilər. 1608-ci ildə onlar sonuncu bəylik olan Ramazanoğulları bəyliyi osmanlılar tərəfindən ihlaq edilmişdir. |
Həftənin seçilmiş siyahısı
Qitələrarası kubok qazanan baş məşqçilərin siyahısı — 1960–2004-cü illərdə CONMEBOL və UEFA tərəfindən təşkil edilən və UEFA Çempionlar Liqası çempionu ilə Libertadores Kuboku çempionunun qarşılaşdığı Qitələrarası Kubokda çempion olan futbol komandalarının baş məşqçilərinin siyahısı. Qitələrarası kubok qazanan ilk komanda "Real Madrid", ilk baş məşqçi isə Miqel Munos olub. İlk 18 oyun cüt oyunlu sistemlə keçirilib. 1980-ci ildə baş məşqçisi Xuan Martin Muxika olan "Nasyonal" komandası, "Nottingem Forest" komandasını ilk tək oyunlu sistemlə keçirilən çempionatda məğlub edərək yeni sistemdəki ilk çempion oldu. Sonuncusu 2003-cü ildə keçirilən kubokun isə son çempionu olan "Porto" komandasının baş məşqçisi Viktor Fernandez idi. Argentinalı Karlos Byanki (şəkildə) 1994-cü ildə "Veles Sarsfild" komandasının, 2000 və 2003-cü illərdə "Boka Xuniors" komandasının baş məşqçisi ikən kuboku başı üzərinə qaldırdı və turnirdə 3 çempionluq qazanan ilk və tək baş məşqçi oldu. Dörd baş məşqçi bu kuboku bir dəfədən artıq qazanmaq uğuru əldə etsə də, dördü də bu uğuru eyni komanda ilə iki il ardıcıl çempion olmaqla əldə etmişdir. |
Xəbərlər
- İsrailin Livanın paytaxtı Beyruta hava hücumu nəticəsində Hizbullah lideri Həsən Nəsrullah (şəkildə) öldürülüb.
- Azərbaycan Milli Məclisinin VII çağırışı formalaşıb və məclisin ilk iclası keçirilib.
- Hizbullah üzvlərinin Livan və Suriyada istifadə etdikləri elektron cihazların partlaması nəticəsində azı 42 nəfər ölüb, minlərlə insan yaralanıb.
- Perunun sabiq prezidenti Alberto Fuximori 86 yaşında vəfat edib.
Aktual hadisələr: İsrail–Həmas müharibəsi • Rusiya–Ukrayna müharibəsi • Sudanda vətəndaş müharibəsi
Bilirsinizmi…
- 1932-ci ildə Xəzər dənizində məxfi məqsədlərlə tikilmiş Dağdizel zavodunun 8-ci sexini (şəkildə) "Dağıstanın Fort Boyardı" adlandırırlar.
- Yəhudiəsilli bəstəkar Yenö Zador 1939-cu ildə Nasist Almaniyasından ABŞ-yə qaçan zaman Atlantik okeanında "Xristofor Kolumb" operasını ərsəyə gətirmişdir.
- Dreyf edən buzlaqlara həsr olunmuş Oxot Ryu-hyo Muzeyinin kafesində Oxot dənizinin duzu ilə dadlandırılmış xüsusi dondurma çeşidi servis olunur.
- 2003-cü il İraq müharibəsi zamanı çoxlu sayda internet istifadəçisi yanlışlıqla Avstraliyanın Baqdad qəsəbəsinin rəsmi saytına müraciətlər ünvanlayırdı.
- Jan-Jak Russonun atasının əmisioğlu Səfəvi hökmdarı Şah Sultan Hüseynin saatsazı olmuşdur.
Tarixdə bu gün
29 sentyabr: Bakı Dövlət Universiteti təsis edildi, Yupiterin 12-ci peyki aşkar edildi.
1515 — Fransa və İsveçrə arasında əbədi sülh bağlandı.
1887 — Alman ixtiraçı Emil Berliner tərəfindən qramofon üçün ilk patent alındı.
1911 — İtaliya ilə Osmanlı İmperiyası arasında Liviya uğrunda müharibə başladı.
1916 — Con Rokfeller "Standart oil" şirkətinin əsasını qoydu.
1939 — Polşa əsgərləri geri çəkilmiş və Varşava almanlara təslim oldu.
1943 — Tokio məhkəməsi sovet kəşfiyyatçısı Rixard Zorge haqqında ölüm hökmü çıxardı.
1958 — Fransada Beşinci respublika quruldu.
1991 — Haitidə növbəti dövlət çevrilişi baş verdi.
Digər günlər: 26 sentyabr – 27 sentyabr – 28 sentyabr
Vikimedia Fondunun digər layihələri
- Vikilüğət Lüğət
- Vikisitat Sitatlar
- Vikikitab Azad dərsliklər və təlimat kitabları
- Vikimənbə Azad əsər kitabxanası
- Vikixəbər Azad xəbər mənbəyi
- Vikiversitet Tədris materialları
- Vikinövlər Bioloji növlərin sistematikası
- Mediaviki Viki proqram təminatının təkmilləşdirilməsi
- Vikidata Ortaq verilənlər bazası
- Vikianbar Ortaq media anbarı
- Vikisəyahət Azad səyahət təlimatçası
- Meta-Viki Vikimedia koordinasiya mərkəzi