Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
İngiltərədən vətəndaşlarına çağırış: O ölkəni tərk edin!
Mətn ölçüsü:
  • 100%

İngiltərədən vətəndaşlarına çağırış: O ölkəni tərk edin!

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Livanın baş naziri Necip Mikati ilə telefon danışığı aparıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Lammi sosial şəbəkə hesabından məlumat yayıb.

"Mikati ilə danışdım və Livanda artan gərginlik və mülki əhalinin itkiləri ilə bağlı dərin narahatlığımı bildirdim. Mavi xətt boyunca sabitliyin və təhlükəsizliyin bərpası üçün danışıqlar yolu ilə həllin zəruriliyini müzakirə etdik.

Livandakı Britaniya vətəndaşlarına mesajım ölkəni tərk etmələridir. Gərginlik yüksəkdir və vəziyyət sürətlə pisləşə bilər", - o deyib.

Billurə Yunus