Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Skip to main content

Elvin Alirzayev

Qafqaz University, Finance, Faculty Member
Kapitalizmdə mal və xidmət pulla satılır və hər kəs ehtiyacı olduğu malı alması üçün pul qazanmalıdır. Yetərli qədər pul qazanmayanlar, istehlak səbətini azaltmağa məcbur olurlar. Bizneslə məşğul olanların gəlirləri çox dalğalıdır. Bir... more
Kapitalizmdə mal və xidmət pulla satılır və hər kəs ehtiyacı olduğu malı alması üçün pul qazanmalıdır. Yetərli qədər pul qazanmayanlar, istehlak səbətini azaltmağa məcbur olurlar. Bizneslə məşğul olanların gəlirləri çox dalğalıdır. Bir gün çox, bir gün az, bir gün də heç nə qazanmırlar. Bunun əksinə, şirkətdə çalışanlar ayın sonunda müəyyənləşdirilmiş məbləğ pul alırlar. Biznesmen, əlinə pul gəlincə daha çox xərcləyir, az olanda da ancaq zəruri mallar alır. Maaş alan adamın isə, ayın sonu cibi dolur, mağazalar da dolub-daşır. Mağazalarda rəflərin boşalması, maaşa baxanın bir neçə həftə üçün alış-verişinin nəticəsidir. Deməli, gəlir hər zaman olmur və qənaətli xərcləmək lazımdır. Həmçinin gündəlik tələbat malları mütləq alınmalıdır. Bu səbəblə, səhərlərdə işləyənlərin kredit kartı var ki, onların, maaşı gözləmədən ay ərzində yetərli, lakin eyni miqdarda pulları olur. Rayon, kənd və qəsəbələrdə isə, istər biznes, istərsə də maaşlı çalışanlar üçün vəziyyət başqadır. Onlar, regionun müsbət ətraf mühitindən faydalanırlar. Qonşuluq, ənənə, həyətyanı sahə, qışa hazırlıq, birgə yaşama bunlardan bəziləridir. Eyni zamanda, burada əksəriyyət bir-birinin dost-tanışıdır və müştərisidir və ona görə də qiymətlər baha sayılmır. Lakin bu insanlar da, marketə ehtiyac duyurlar və kapitalizm artıq oralara da sirayət edib və hətta bəzi rayonlarda vəziyyət, şəhərlərdən daha çox şəhər yaşayışına bənzəyir. Hər bir halda, qonşunun açdığı " məhəllə mağazası " ndan alış-veriş edilir və buradàgələcəkdə ödəmə`forması çox məşhurdur. Başqa sözlə, müştəri mağazaya girir, istədiyi malı seçir və pul ödəmədən, adını qeyd edərək, götürüb gedir. Ay sonunda (ən yaxşı halda) isə bütün ödəmələr birdəfəlik edilir. Vergi sisteminə görə, biz sadəcə gəlirimizdən yox, xərcimizdən də vergi ödəməliyik. Yəni, malı alarkən ödədiyimiz pulun içərisində onun vergisi də vardır və satıcı da həm bizim ödədiyimiz vergini büdcəyə ödəyir, həm də bizim kimi öz gəlirinin bir hissəsindən vergi ödəyir. Bəs, bu şəkildə ödəməyə vergi nəzarəti necə olur/olmalıdır? Malı alarkən heç pul ödənişi olmadığından, satıcı niyə çeki vursun? Çünki çek, malın alındığından çox, pulun ödəndiyini göstərir. Ayın sonu pul bütövlükdə ödənildiyində isə, çekdə sadəcə ümumi məbləğ yazıla bilər, bu da kassadan istifadəni məhdudlaşdırır. Əksərən isə, təqvim ayı bitdikdən sonra ödənişlərin olması, və hamısının da yox, bir hissəsinin ödənilməsi işi daha da çətinləşdirir. Eyni zamanda, satıcı öz gəlir vergisini də vaxtında ödəyə bilmir. Bu və bənzər səbəblərdən, rayon, kənd və qəsəbələrdə rüblük hesabat dövründən sonrakı ayın 20-nədək, gəlir və satış vergisi olaraq, dövriyyədən cəmi 2% vergi ödəməsi tətbiq edilir. 2001-ci ildən tətbiq edilən sadələşdirilmiş vergi ödəyiciləri qrupu, 2016-cı ildən (12 aylıq) dövriyyənin 120 min manatdan 200 min manata qaldırılmasıyla artdı və böyük şirkətlərindən başqa regionlardakı əksər şirkətlər bu vergi ödəyicisi qrupundadır. Eyni zamanda, " ödəmə " dəftəri, çox yaxşı uçot növüdür. Bu üsul, vergi müfəttişlərinə, yoxlamalarda kömək edir.
Research Interests:
Research Interests:
Tədqiqatın məqsədi – Azərbaycan Respublikasında büdcə sisteminin 2000-2014-cü illərdə inkişafının meyarlarını təhlil etməkdən ibarətdir. Tədqiqatın metodologiyası – statistik-müqayisəli təhlil. Tədqiqatın nəticələri – vergi və büdcə... more
Tədqiqatın məqsədi – Azərbaycan Respublikasında büdcə sisteminin 2000-2014-cü illərdə inkişafının meyarlarını təhlil etməkdən ibarətdir.
Tədqiqatın metodologiyası – statistik-müqayisəli təhlil.
Tədqiqatın nəticələri – vergi və büdcə gəlirlərinin Azərbaycan iqtisadiyyatındakı önəmli mövqeyi və artım dinamikası müəyyən edilmişdir.
Bununla yanaşı,vergi yükünün artırılması və büdcə gəlirləri içində neft gəlirlərinin payını azaldılaraq, vergi gəlirlərinin artırılması yönündə təkliflər verilmişdir.
Tədqiqatın məhdudiyyətləri – Azərbaycan iqtisadiyyatında büdcə sisteminin dinamikasının ölçülməsi və buna təsir edən faktorların müəyyən edilməsi üçün daha geniş əsaslı ekonometrik təhlilə tələb vardır.
Tədqiqatın praktiki əhəmiyyəti – Azərbaycan iqtisadiyyatında büdcə sisteminə ümumi baxış üçün elmi mənbə kimi istifadə edilə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycan Respublikasında büdcə sisteminin inkişafının 2000-2014-cü illərdəki dinamikasının müəyyən edilməsi və vergi gəlirləri, büdcə gəlirləri və Ümumi Daxili Məhsul arasındakı qarşılıqlı əlaqənin ortaya qoyulmasıdır.

Açar sözlər: vergi gəlirləri, vergi yükü, büdcə gəlirləri, qeyri-neft sektoru.
Research Interests:
The global financial crisis influenced the economy of the government, because of the speedy integration of Azerbaijan to the world economical system and wide economical relations with developed and developing countries. If we pay... more
The global financial crisis influenced the economy of the government, because of the speedy integration of Azerbaijan to the world economical system and wide economical relations with developed and developing countries. If we pay attention to the general economy of Azerbaijan, we can see the main reason of GDP growth, the inflation tempo’s coming down, decrease of the unemployment and increase of the tempos of other positive
economical developments is increase of oil prices and oil production. After the global crisis, decline in oil prices in the stocks has created some difficulties for government economy.In this article the influence of the global financial crisis on Azerbaijani Economy on the micro and macro levels, including oil and non‐oil sectors, agricultural sector, trade volume, state debt, state budget and direct investments have been analyzed.
Key words: Economy of Azerbaijan, the global financial crisis, the oil and non‐oil sector
Azerbaycanın bağımsızlık sonrası dünya ekonomi sistemine hızlı entegre olması ve birçok gelişmiş veya gelişmekte olan ülkelerle yakın ekonomik ilişkileri, küresel mali krizin ülke ekonomisinde belli izler bırakmasına neden olmuştur.... more
Azerbaycanın bağımsızlık sonrası dünya ekonomi sistemine hızlı entegre olması ve birçok gelişmiş veya gelişmekte olan ülkelerle yakın ekonomik ilişkileri, küresel mali krizin ülke ekonomisinde belli izler bırakmasına neden olmuştur. Azerbaycan ekonomisine baktığımızda, GSYİH daki artım, enflasyonun düşmesi, işsizliyin azalması ve diğer pozitif iktisadi faktörlerde yükselmenin esas sebeplerinden biri de petrol üretimi ve yükselen petrol fiyatlarına bağlı olduğundan, kriz sonrası global borsalarda, petrol fiyatlarının düşmesi ülke ekonomisi için bazı zorluklar çıkarmıştır.
Bu makalede Küresel Mali Krizin, Azerbaycan ekonomisine makro ve mikro düzeyde , petrol ve petrol dışı sektörüne, tarıma, ticaret hacmine, devlet borcuna, devlet bütçesine ve doğrudan yatırımlara olan etkileri üzerine araştırma yapılmıştır.
Research Interests:
İqtisadiyyat, qarşılıqlı əlaqələr və təzadlar üzərində qurulub.
Research Interests: