Bakıda küləkli hava, regionlarda yağış gözlənilir
Bakıda küləkli hava, regionlarda yağış gözlənilir
Mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə müsbət 13+17, gündüz müsbət 21+26 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.
Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə müsbət 10+15, gündüz müsbət 18+23, dağlarda gecə müsbət 3+8, gündüz müsbət 10+15 dərəcə olacaq.
-
- Cəmiyyət
- 23 May 2024 14:32
-
- İqtisadiyyat
- 23 May 2024 14:59
Cəmiyyət
-
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
-
Bakının Xətai rayonunda bir gün ərzində su təchizatında fasilələr olacaq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, magistral su boru kəmərində təmir işləri ilə əlaqədar 23 sentyabr saat 12:00-dan 24 sentyabr 12:00-a qədər Xətai Rayonunun bəzi hissələrində su təchizatında fasilələr olacaq.
-
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.
-
Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağıntının olmayacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 22+25 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.
Rəy yaz