Masazır qəsəbəəsində saxta spirtli içki istehsal edən sex aşkar edilib
Masazır qəsəbəəsində saxta spirtli içki istehsal edən sex aşkar edilib
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
Müəyyən olunub ki, Mikayıl Abbasov Abşeron rayonu Masazır qəsəbəsində sex yaradaraq adları çəkilən şəxslərlə birlikdə kustar üsulla spirtli içkilər hazırlayıb. Daha sonra bu şəxs paytaxt və bölgələrdə Azər Əsgərov, Rüstəm Qədirli və Ramin Mirzəxanovun vasitəsi ilə hazırladığı spirtli içkilərin topdan və pərakəndə satışını təşkil edib. Tədbirlərin davamı olaraq adı çəkilən sonuncu şəxslərin də saxlanılması təmin edilib.
Dəstə üzvlərinə məxsus sex, anbar və mağazalara baxış zamanı xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, yerli və xarici əmtəə nişanı etiketləri, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt aşkarlanıb.
Təyin edilən ekspertizalar zamanı spirtli içkilərin tərkibinin standartlara uyğun gəlmədiyi və insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı sübuta yetirilib.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Cəmiyyət
-
24 may axşamdan 26 may axşamadək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mayın 25-də günün birinci yarısında şimal küləyi arabir 15-20 metr/saniyəyədək güclənəcək, Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında deyilir.
-
Bakıda Azercell-in baş sponsorluğu ilə keçirilən “GSMA M360 Eurasia 2024” başa çatdı Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda təşkil etdiyi “GSMA M360 Eurasia” konfransı yekunlaşdı. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə baş tutan tədbir bu il də Bakıda telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini bir araya topladı.
-
Mayın 22-də İranın dini lideri Əli Xamenei Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edərkən iki ölkə arasında münasibətlərin gələcək inkişafından bəhs olunub. Ermənistan baş naziri İran prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak edirdi. Həmin görüş zamanı İranın dini lideri deyib ki, Ermənistan ilə əlaqələrinin genişləndirilməsinə diqqət edəcəklər: "Mərhum prezident Rəisi də Ermənistan ilə əlaqələrə önəm verirdi. Xüsusən də Ermənistan ilə sərhəd məsələsinə həssaslıqla yanaşırdı. Biz bu həssaslıqları nəzərə alaraq siyasətimizi davam etdirəcəyik".
-
Son günlərdə Sərhəd Qoşunlarının “Lənkəran” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.
Rəy yaz