Yalançı investor vətəndaşların 228 min manatını mənimsəyib
Yalançı investor vətəndaşların 228 min manatını mənimsəyib
Sosial şəbəkədə qazanc əldə etmək adıyla vətəndaşları aldadaraq onların maddi vəsaitini və əmlakını talayan 24 yaşlı Cavid Mustafayev İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
O, “Instagram”da “investa_emine_qazanc” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici, heç bir iqtisadi əsasları olmayan vədlər verib. Bu yolla 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib.
Məhkəmənin qərarı ilə Cavid Mustafayevin barəsində həbs qətimkan tədbiri seçilib və araşdırmalar davam etdirilir. Daxili İşlər Nazirliyi fırıldaqçının digər qurbanlarını polisə müraciət etməyə çağırır.
-
- Cəmiyyət
- 14 İyun 2024 11:52
Cəmiyyət
-
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunur. Həmin gün 44 günlük İkinci Qarabağ müharibəsi başlayıb. Azərbaycan hökuməti həmin savaşda və ötənilki birgünlük hərbi əməliyyatlar nəticəsində ölkənin ərazi bütövlüyünün təmin edildiyini açıqlayıb.
-
Şənbə günü, sentyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti olacaq, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 28-i gündüzədək bəzi rayonlarda qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvanda, Kiçik və Böyük Qafqaz dağlarında, həmçinin mərkəzi aran zonasında yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
-
Bu gün, sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh danışıqları ilə bağlı görüşü gözlənilir. Görüş ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə baş tutmalıdır. Dövlət katibi BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində Nyu-York mehmanxanasında nazirləri bir araya gətirməlidir. Bu, E.Blinkenin onlarla üç ayda ABŞ ərazisində ikinci üçtərəfli görüşü olacaq. Üç diplomat sonuncu dəfə bu il iyulun 10-da Vaşinqtonda keçirilən NATO sammiti zamanı bir araya gəliblər.
Xaricdən gələn təhlükələrə qarşı necə mübarizə aparmalı?- Əhməd Əlili Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 10:29
- 754
Rəy yaz