Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
“Kapitalbank” daha 30 milyon dollarlıq istiqraz yerləşdirib

“Kapitalbank” daha 30 milyon dollarlıq istiqraz yerləşdirib

“Bakı Fond Birjası”nda (BFB) “Kapitalbank”ın AZ2010005158 ISIN kodlu, 30 milyon ABŞ dolları dəyərində, 7 il tədavül müddətli yeni faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə BFB məlumat yayıb.

Məlumatda deyilir ki, nominal dəyəri 100 dollardan 300 min ədəd istiqraza 32 investor 30 milyon dollarlıq sifariş təqdim edib. Beləliklə, bütün istiqrazlar yerləşdirilib.

Qiymətli kağızlara illik 7% gəlirlilik vəd olunub. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital” investisiya şirkətidir.

Rəy yaz

Maliyyə

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti