Apellyasiya Məhkəməsi Nərgiz Absalamovanı ev dustaqlığına buraxmaqdan imtina edib
Apellyasiya Məhkəməsi Nərgiz Absalamovanı ev dustaqlığına buraxmaqdan imtina edib
Mayın 22-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Nərgiz Absalamovanın ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayətini təmin etməyib.
Şikayət Xətai Rayon Məhkəməsinin qərarından verilib. Belə ki, mayın 15-də məhkəmə 1 dekabr 2023-cü ildə "Abzas Media işi" üzrə həbs edilmiş Absalamovanın barəsində qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti təmin etmıyib.
Bundan əvvəl vəkil Rövşanə Rəhimova bildirib ki, Absalamovanın barəsində Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddələri pozulub.
* Xatırladaq ki, 20 noyabr 2023-cü ildən “Abzas Media”nın altı jurnalisti və media işçisi "valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs edilib. Onlar ittihamları rədd ediblər və cinayət işini korrupsiya faktlarının araşdırılması ilə əlaqələndiriblər. Belə ki, həmin faktlar “Abzas Media”da dərc olunub.
KİV-in müdafiəsi üzrə beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə təzyiqləri dayandırmağa çağırıblar.
Siyasət
-
REAL (Real Alternativ) partiyasının sədri və keçmiş siyasi məhbus İlqar Məmmədov özü və partiyası seçkilərdə uğur qazanmasa, siyasətdən gedəcəyinə dair vədini yerinə yetirdi. 2024-cü ilin 7 fevralında keçiriləcək prezident seçkilərindən əvvəl REAL iştirakla bağlı qərar verməmişdi və 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində partiya Milli Məclisdə yalnız bir əvvəlki deputatla qaldı. Əvvəlki parlament və prezident seçkilərində REAL ya seçki kampaniyasına buraxılmamışdı, ya da Mərkəzi Seçki Komissiyası digər namizədlərin qalib gəldiyini elan etmişdi. Buna əsaslanaraq, İ. Məmmədov dünən siyasətdən getdiyini elan edən bir bəyanat yaydı.
-
22 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.
-
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
-
Sentyabrın 21-də Azərbaycan Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiq edib.
Rəy yaz