Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
İstintaq Təcridxanasında Anar Məmmədlinin səhhəti pisləşib

İstintaq Təcridxanasında Anar Məmmədlinin səhhəti pisləşib

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan rəhbəri Anar Məmmədlinin səhhəti pisləşib. Bu barədə hüquqşünasın yaxınları 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşdükdən sonra bildiriblər.

Həbsindən əvvəl Məmmədli müntəzəm inhalyasiya tələb edən obstruktiv bronxitdən müalicə olunurdu. Həbsdən sonra təmiz havadan daimi məhrumiyyət şəraitində onun vəziyyəti pisləşməkdə davam edir. O, nəfəs darlığı və boğulmalardan əziyyət çəkir. 

İki il əvvəl Məmmədliyə fəqərəarası L4-L5 disklərinin və fəqərəarası L5-S1 disklərinin yırtığı diaqnozu qoyulub. İndi Məmmədli xüsusi ortopedik döşəkdə yatmaq imkanından məhrum olduğuna görə onun güclü ağrıları olur. 

Saxlanma şəraiti onun normal gündəlik gəzintilərinə, təmiz hava udmasına mane olur.

İstintaq Təcridxanasının rəhbərliyi onun üçün ortopedik döşəyi qəbul etmir, ondan istifadə ağrıları azaldardı.

Yaxınları müalicəsini davam etdirməsi üçün onun dərhal azad olunmasını zəruri hesab edirlər.

* Anar Məmmədli aprelin 30-da əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq (AR CM-in 206.3.2-ci mad.) ittihamı ilə həbs olunub. İlkin olaraq o, "Abzas Media-nın işi" üzrə cəlb olunmuşdu. Sonradan onun işi ayrıca icraata ayrılıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini və həbsdə olan digər jurnalistləri və fəalları dərhal azad etməyə çağırıb.

Xatırladaq ki, son bir neçə ay ərzində 17 fəala və jurnalistə qarşı cinayət işi açılıb, onlardan 15-i həbsdədir.

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti