Təhsilverənlərdən öz təhsil müəssisələrinin imicini "korlamamağı" tələb edirlər
Təhsilverənlərdən öz təhsil müəssisələrinin imicini "korlamamağı" tələb edirlər
Təhsilverənlər qanunçuluq, vicdanlı davranış, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad prinsiplərinə riayət etməlidirlər. Bu barədə mayın 15-də Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda deyilir.
Qərarda təhsilverənlərin sosial mediada davranış qaydaları da əksini tapıb.
Belə ki, 2.3.2. bənddə deyilir ki, təhsilverən öz fəaliyyətilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir.
4.3-cü bənddə qeyd olunur ki, təhsilverən sosial media hesablarında özünün və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.
Əvvəlki “Təhsilverənlərin etik davranış Qaydaları”nda bu məsələlər öz əksini tapmamışdı.
-
- Cəmiyyət
- 23 May 2024 18:06
Siyasət
-
REAL (Real Alternativ) partiyasının sədri və keçmiş siyasi məhbus İlqar Məmmədov özü və partiyası seçkilərdə uğur qazanmasa, siyasətdən gedəcəyinə dair vədini yerinə yetirdi. 2024-cü ilin 7 fevralında keçiriləcək prezident seçkilərindən əvvəl REAL iştirakla bağlı qərar verməmişdi və 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində partiya Milli Məclisdə yalnız bir əvvəlki deputatla qaldı. Əvvəlki parlament və prezident seçkilərində REAL ya seçki kampaniyasına buraxılmamışdı, ya da Mərkəzi Seçki Komissiyası digər namizədlərin qalib gəldiyini elan etmişdi. Buna əsaslanaraq, İ. Məmmədov dünən siyasətdən getdiyini elan edən bir bəyanat yaydı.
-
22 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.
-
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
-
Sentyabrın 21-də Azərbaycan Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiq edib.
Rəy yaz