Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

"Sumqayıt"ın rəqibi Türkiyə klubu ilə qarşılaşacaq

Xəbərlər
15 İyul 2024 21:49
550
"Sumqayıt"ın rəqibi Türkiyə klubu ilə qarşılaşacaq

"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi "Fehervar"ın hazırlıq mərhələsindəki son rəqibinin adına aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, Macarıstan təmsilçisi "Göztəpə" ilə qarşılaşacaq.

Oyun iyulun 17-də Sloveniyada baş tutacaq. Bu, "Fehervar"ın mövsümlərarası fasilədə 5-ci yoxlama oyunu olacaq. Komanda bundan əvvəl keçirdiyi 4 görüşdə qələbə qazanıb.

Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında ilk oyun iyulun 25-də Sumqayıtda, cavab matçı ayın 31-də Macarıstanda olacaq.

İdman.biz