BBC Russian
Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Mədəniyyət

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdü

10:59 - 24 / 04 / 2024
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdü

Azərbaycanı Avroviziya-2024 mahnı müsabiqəsində təmsil edəcək FAHREE və İlkin Dövlətov İsveç səfirinin qonaqları olub.

1news.az xəbər verir ki, bu il müsabiqəyə ev sahibliyi edəcək İsveç Krallığının Azərbaycandakı səfiri cənab Tobias Lorentzson təmsilçilərimiz ilə görüşüb, onlara dəstək olduqlarını bildirib və müsabiqədə uğurlar arzulayıb. Səfirliyin ticarət və mədəniyyət məsələləri üzrə müşaviri Sirus Rüstəmovun da iştirak etdiyi görüş Azərbaycanın tarixində vacib rol oynamış isveçli Nobel ailəsinin iqamətgahında, qeyri-rəsmi formatda baş tutub. İfaçıların bu barədə təəssüratları onların Instagram səhifələrində və nümayəndə heyətinin rəsmi hesabında paylaşılıb. Təmsilçilərimiz səfirlə həmsöhbət olmaqdan məmnun qaldıqlarını, ondan faydalı məsləhətlər aldıqlarını və hər iki ölkənin mədəniyyəti haqqında səmimi ab-havada müzakirə apardıqlarını qeyd ediblər.

Bundan əlavə, FAHREE və İlkin İsveçin Azərbaycandakı səfirliyinə Avroviziya final gecəsinin birgə baxışını təşkil etdikləri üçün təşəkkürlərini bildiriblər. Birgə baxışa Azərbaycanı Avroviziyada öncəki illərdə təmsil etmiş ifaçılar və müsabiqənin fan-cəmiyyətlərinin üzvləri də dəvət olunublar.

Paylaş:
238

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTOBu gün, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndikBu gün, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilibBu gün, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edibBu gün, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTOBu gün, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunurBu gün, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31
Bütün xəbərlər