Rusiya kosmosdan dinc məqsədlərlə istifadəni təmin etmək və orada silahlanma yarışının qarşısını almaq üçün kosmosda nüvə və kütləvi qırğın silahlarının yerləşdirilməsinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub.
Argentinada minlərlə insan prezident Xavyer Mileinin təhsil büdcəsini ixtisar etməsinə etiraz edib. Plaza de Mayo meydanında toplaşan tələbə qrupları, həmkarlar ittifaqları və müxtəlif təşkilatlar Prezident Sarayına doğru yürüş ediblər.