Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Rəsmi qurumlar Azərbaycanda kiberhücumlarla bağlı xəbərdarlıq edib- ekspert şərhi


Kibertəhlükə
Kibertəhlükə

Azərbaycanın Elektron Təhlükəsizlik Xidməti yaydığı məlumatda kiber hücumlarla bağlı xəbərdarlıq edib.

“Son günlər ölkəmizə qarşı başladılmış kiberhücum kampaniyası çərçivəsində Azərbaycana məxsus müxtəlif internet informasiya ehtiyatlarına məqsədyönlü hücumlar həyata keçirilir. DDoS tipli bu hücumların əsas məqsədi informasiya ehtiyatları vasitəsilə təqdim olunan xidmətlərin əlçatanlığını məhdudlaşdırmaqdır. Hücumlar nəticəsində bəzi taksi xidmətləri və banklara, kütləvi informasiya vasitələrinə və digər müxtəlif xidmət sahələrinə məxsus bir sıra internet informasiya ehtiyatlarının fəaliyyətində qısa müddətli fasilələr yaranıb,” Elektron Təhlükəsizlik Xidməti bildirib.

Məlumatda deyilir ki, internet informasiya ehtiyatlarının sahibləri potensial kiberhücumlarla əlaqədar öncədən məlumatlandırılıb və onlara müvafiq dəstək göstərilib. Hazırda hücumların qarşısının alınması və təsirlərin minimallaşdırılması istiqamətində səlahiyyətli qurumlarla birgə tədbirlər görülür.

“Son zamanlar ölkəmizin internet resurslarına yönəlmiş kiberhücumların intensivləşməsini nəzərə alaraq, Elektron Təhlükəsizlik Xidməti internet informasiya ehtiyatlarının sahiblərinə təhlükəsizlik tədbirlərini gücləndirməyi, daimi olaraq resurslarının monitorinqini həyata keçirməyi və zəruri olmadığı hallarda xaricdən gələn müraciətləri müvəqqəti olaraq məhdudlaşdırmağı tövsiyə edir,” məlumatda qeyd edilir.

Osman Gündüz
Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsinə müsahibəsində bildirib ki, hökumət “əlindəki informasiyalar əsasında əhalini kiberhücumla bağlı xəbərdarlıq edib”. O bildirib ki, ölkədə dövlət qurumları və qeyri-dövlət qurumlarının kibertəhlükəsizliyi ilə bağlı qurumlar var.

Osman Gündüz: Dövlət qurumları kiberhücumlarla bağlı xəbərdar edilməlidir
please wait

No media source currently available

0:00 0:06:05 0:00
Direct link

“Qeyri-dövlət sektoru üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti fəaliyyət göstərir. Dövlət sektorunda isə Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibertəhlükəsizlik məsələlərini nizamlayır. Bu üç xidmət artıq əhalini xəbərdarlıq edib.”

Ekspert hesab edir ki, həm dövlət qurumları, həm də qeyri-dövlət qurumları, “yəni resurs sahibləri, informasiya sistemi sahibləri, sayt sahibləri, ümumiyyətlə internet üzərindən xidmət göstərən qurumlar diqqətli olmalıdır. Bu qurumlar daimi monitorinqlər aparmalıdır, kiberhücumlar olarsa dövlət qurumlarını xəbərdar etməlidir”.

İnternet Forumunun prezidentinin dediyinə görə, kibertəhlükəsizlik tədbirlərini artıqmaq üçün yeni mühit formalaşıb.

“Bir qədər öncə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin qorunması ilə bağlı qanunvericiliyə dəyişiklik oldu. Kritik informasiya infrastrukturu o infrastrukturdur ki, onun üzərində elektron xidmətlər qurulub və çoxsaylı insanlar bu infrastrukturdan istifadə edir. Yəni bu infrastrukurda problemlərin yaranması çoxsaylı insanların, dövlət qurumlarının xidmət almasına maneələr yaradacaq. Bu qurumlara Azəriqaz, Azərenerji, müxtəlif elektron xidmətlər göstrərən dövlət və özəl qurumlar daxildir. Əvvəllər bu qurumlar kiberhücumların olmsını gizlədə bilirdilər. Qanuna yeni dəyişikliyə görə həmin qurumlar məcburi auditə məruz qalacaq və kiberhücumlarla bağlı dövlət qurumlarını xəbərdar etməlidirlər,” Osman Gündüz bildirib.

Ekspertin firkincə, bu tələb özəl qurumlara da aiddir. O, son zamanlar bir sıra internet informasiya resursları saytlarının dağıdıldığını bildirdiyini qeyd edib.

XS
SM
MD
LG