Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Şərqi Azərbaycan vilayətində nəzarət altına alınan jurnalist Behnam Zarei müvəqqəti azadlığa buraxılıb


Behnam Zarei
Behnam Zarei

Keçən iyul ayının 9-da İranın təhlükəsizlik qüvvələri tərəfindən Vərziqan şəhərində nəzarət altına alınan jurnalist və ətraf mühit fəalı Behnam Zarei müvəqqəti olaraq sərbəst buraxılıb.

Hüquq müdafiəçilərinin yaydığı məlumata görə, Zarei avqust ayının 15-də 200 milyon tümənlik mülki zəmanət qarşılığında Əhər həbsxanasından azad edilib. Onun məhkəmə prosesi davam edəcək.

Keçən iyul ayının 9-da İranın təhlükəsizlik qüvvələri tərəfindən Vərziqan şəhərində nəzarət altına alınan Zarei Əhər həbsxanasına göndərilmişdi. Vərziqanın ümumi və inqilab prokurorluğu ona qarşı “müxalif qrupların xeyrinə nizama qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamını irəli sürüb.

Norveçdə qərargahlanan İran İnsan Haqları təşkilatının (IHR) daha əvvəl yaydığı xəbərə görə, “Behnam Zarei tutulduqdan sonra ailəsi onun harada saxlanıldığına dair uzun müddət məlumat əldə edə bilməyib. Əlavə olaraq, bir vəkil jurnalisti müdafiə etməyi qəbul etsə də, prokurorluq vəkilə onunla görüşməyə və ya onun dosyesini oxumağa icazə verməyib.”

Behnam Zareinin keçən iyul ayında Süngün mis mədəni kompleksində baş verən işçi aksiyaları ilə əlaqədar xəbər yaydığı üçün saxlanıldığı bildirilib. Süngün mis mədəni kompleksinin podratçı şirkətlərinə çalışan işçilər tərəfindən keçən iyul ayının 5-də başlayan və azı 5 gün davam edən aksiyalarda təqribən 20 işçinin nəzarət altına alındığı haqda məlumat verilib.

XS
SM
MD
LG