Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Fazil Mustafa: Azərbaycan şiəliyi ilə İran şiəliyi fərqlidir [Audio-Müsahibə]


Fazil Mustafa, deputat
Fazil Mustafa, deputat

Millət vəkili Fazil Mustafa Amerikanın Səsinə müsahibədə Azərbaycan-İran münasibətlərinin yüksək səviyyəyə çatmasını önləyən başlıca amilin xarici siyasətlə əlaqəli olduğunu və oradakı problemlərin başqa sahələrə də əks olunduğunu vurğulayır. Bu yaxınlarda prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin arasında Bakıda keçirilən zirvə görüşünə diqqət çəkən deputat mövcud problemlərə baxmayaraq, son yenilikləri müsbət dəyərləndirib.

Fazil Mustafa İran-Azərbaycan münasibətlərini şərh edir
please wait

No media source currently available

0:00 0:15:16 0:00

Azərbaycan Milli Məclisinin deputatı normal qonşuluq münasibətlərinin hər iki ölkə tərəfindən arzulandığını ifadə edir:

İranın Ermənistanla əlaqələri bu dərəcədə irəli getməsəydi Azərbaycan İranla vizasız rejim də təsis edə bilərdi, çox ciddi iqtisadı əməkdaşlıq zəmininin içində də ola bilərdi. Təəsüflə bu xarici əlaqələrdə etimadsızlıq digər sahələrdə də özünü göstərir.
Fazil Mustafa

“Normal bir qonşuluq münasibətlərinin olmasını hər iki tərəf arzulayır. Amma bunu əngəlləyən müəyyən səbəblər var, və bunların başında xarici siyasətdə izlənən addımlar durur. Birinci növbədə, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından sonra Azərbaycan cəmiyyəti haqlı olaraq umurdu ki İran Ermənistana bu qədər dəstək verməsin, Ermənistanın blokadan çıxmasına yardım etməsin."

Onuns sözlərinə görə, Azərbaycan cəmiyyətində belə bir fikir yaranmışdı ki, "müsəlmanlıqdan, şiəlikdən və başqa islam dəyərləndirən ağız dolusu danışan İran rejimi bu məsələdə ən azı [Ermənistana qarşı] etiraz mövqeyi tutacaq və Azərbaycan maraqlarına zidd addım atmayacaq." Amma, Fazilin sözlərinə görə, İranın Ermənistana bu qədər iqtisadi, hərbi və siyasi baxımdan dəstək verməsi Azərbaycan tərəfindən hər zaman narahatlıqla qarşılanıb. "Bu baxımdan da bir etimadsızlıq mühiti formalaşıb," o bildirir.

O biri tərəfdən İran Azərbaycanı İsrail ilə yaxın münasibətlər saxlamaqda ittiham edir və tehran bu barədə narahatlığını tez-tez ifadə edib. "Amma Azərbaycan dəfələrlə bəyan edib ki, İsrail İranın torpaqlarını işğal etməyib, etsəydi bu məqamı səsləndirmək olardı,” millət vəkili bildirir.

Fazil Mustafa bu problemin çözüldüyü təqdirdə iki ölkə arasında viza rejiminin qaldırılmasının da mümkün olacağını qeyd edir:

“İranın Ermənistanla əlaqələri bu dərəcədə irəli getməsəydi Azərbaycan İranla vizasız rejim də təsis edə bilərdi, çox ciddi iqtisadı əməkdaşlıq zəmininin içində də ola bilərdi. Təəsüflə bu xarici əlaqələrdə etimadsızlıq digər sahələrdə də özünü göstərir.”

Cənab Mustafanın dediklərinə görə, bütün bunlara baxmayaraq son vaxtlarda iqtisadi münasibətlər yönündə və başqa yönlərdə barışmaz ziddiyyətlər çox müşahidə olunmur. O, bu yaxınlarıda Bakıda keçirilən İran-Azərbaycan-Rusiya arasında üçtərəfli görüşləri ciddi bir hadisə kimi dəyərləndirir.

“Bununla belə yenə də o etimadsızlıq qalır. İran Ermənistana nə qədər dəstək verərsə, Azərbaycan tərəfində İranla bağlı şübhə və etimad əksikliyi həmişə qalacaq,” deyə deputat əlavə edir.

İran 30 milyonluq bu xalqı nəzərə almalıdır, onların haqları üçün konkret addımlar atmalıdır. Bizim dediyimiz budur. Yoxsa biz İranın parçalanmasına da, sanksiya altında saxlanmasına da bir dövlət kimi maraqlı deyilik, bu bizim iqtisadi durumumuza, psixoloji durumumuza da tərsdir.
Fazil Mustafa

Fazil Mustafa Azərbaycanın İranla bağlı qonşuluq prinsipinə riayət etdiyini önə çəkir: “İrana qarşı sanksiyalar olanda, Azərbaycan İrana qarşı proseslərdə iştirakçı olmadı və İrana qarşı hərbi əməliyyatlar ehtimalı olarsa öz ərazisindən istifadənin yol verilməzliyini bəyan etdi. Azərbaycan qonşuluq prinsipinə əməl etdi.”

Azərbaycan Milli Məclisinin deputatı Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında insan haqları durumu və türk dili ilə bağlı tələblərə də diqqət çəkir. Onun söylədiyinə görə, Azərbaycan Respublikasında "güney məsələsi" insan haqları kontekstində gündəmə gətirilir.

“İran Azərbaycanında türklərin elementar haqları yoxur. İran 30 milyonluq bu xalqı nəzərə almalıdır, onların haqları üçün konkret addımlar atmalıdır. Bizim dediyimiz budur. Yoxsa biz İranın parçalanmasına da, sanksiya altında saxlanmasına da bir dövlət kimi maraqlı deyilik, bu bizim iqtisadi durumumuza, psixoloji durumumuza da tərsdir,” deyə o söyləyir.

Millət vəkilinin şərh etdiyi digər bir məqam isə İran İslam Respublikasının Azərbaycanda apardığı dini təbliğatdır. O, bir şəbəkənin Azərbaycanca İranın dini görüşünü təbliğ etdiyini önə çəkir:

Azərbaycanda çox sayda İrana bağlı qüvvələr var ki bunlar məzhəb nöqteyi-nəzərindən İranın ideyalarını, İran rejiminin dəyərlərini yaymaqla məşğuldurlar. Bunlar Azərbaycan üçün ciddi bir təhlükədir.
Fazil Mustafa

“Azərbaycan şiəliyi ilə İran şiəliyi fərqlidir və Azərbaycan şiəliyində hər hansı bir şəkildə müctəhidə bağlılıq anlayışı yoxdur, kimisə təqlid etmək anlayışı yoxdur... Amma Azərbaycanda çox sayda İrana bağlı qüvvələr var ki bunlar məzhəb nöqteyi-nəzərindən İranın ideyalarını, İran rejiminin dəyərlərini yaymaqla məşğuldurlar. Bunlar Azərbaycan üçün ciddi bir təhlükədir, çünki İranda oturan bir müctəhid Azərbaycanı bu qüvvələr vasitəsilə qarışdıra bilər, bunlara hansısa bir şəkildə istiqamət verə bilər və onları radikal dinçi fəaliyyətlərə sövq edə bilər. Bu təhlükə ciddidir bə hesab edirəm ki Azərbaycan muhafizə orqanları bu sahədə müəyyən işlər görür... Bunu davam etmək lazimdir. Çünki, bu şəbəkənin əsas məqsədi İranın dini görüşünü təbliğ etməkdir...”

XS
SM
MD
LG