Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook

Accessibility links

Çin ABŞ və adanı cəzalandırmaq məqsədilə Tayvanın siyasi fiqurlarına qarşı sanksiyalar tətbiq edir


Arxiv fotosu - Tayvanın ABŞ-da de-fakto səfiri kimi xidmət edən ilk qadın olan Hsiao Bi-khimin anası amerikalıdır və o, ABŞ-da təhsil alıb, 19 oktyabr 2016.
Arxiv fotosu - Tayvanın ABŞ-da de-fakto səfiri kimi xidmət edən ilk qadın olan Hsiao Bi-khimin anası amerikalıdır və o, ABŞ-da təhsil alıb, 19 oktyabr 2016.

Çin Konqres nümayəndələrinin ardıcıl səfərlərinə cavab olaraq özünü idarə edən adaya və ABŞ-a təzyiqi artıraraq, çərşənbə axşamı Tayvanın siyasi xadimlərinə viza qadağası və digər sanksiyalar tətbiq edib.

Sanksiyalar Çinin adlandırdığı kimi “ABŞ və Tayvan arasında sövdələşmə və təxribat”a cavab olaraq Tayvan ətrafında dənizdə və səmada daha çox hərbi təlimlər keçirməsindən bir gün sonraya təsadüf edir. Çinin təlimlərinin vaxtı və miqyası barədə heç bir məlumat verilməyib.

Bu barədə məlumat ABŞ Konqresinin nümayəndə heyətinin Tayvan prezidenti Tsey In Venlə görüşü və son 25 ildə ABŞ hökumətinin Tayvana səfər edən ən yüksək səviyyəli üzvü olan Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin oxşar səfərindən dərhal sonra açıqlanıb.

Çin hökuməti Tayvanı öz ərazisi hesab etdiyi üçün Tayvanın xarici hökumətlərlə hər hansı rəsmi əlaqə saxlamasına qarşıdır və rəsmi Pekinin son kəskin açıqlamaları onun adanı hərbi güclə ələ keçirmək təhlükəsini vurğulayır.

Pelosinin səfərinin ardınca təxminən iki həftə boyu raket buraxılması və uzun müddətdir tərəflər arasında bufer rolunu oynayan Tayvan boğazının orta xəttində hərbi gəmilər və təyyarələrin müdaxiləsi daxil olmaqla, Çinin təhdid xarakterli hərbi təlimləri keçirilib.

Vaşinqtonda ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərə deyib ki, Çin “bu ayın əvvəlində Tayvana səfər edən Konqres heyətinə təxribatçı və lazımsız cavabı” ilə həddindən artıq reaksiya verib.

Çinin son sanksiyaları Tayvanın ABŞ-dakı de-fakto səfiri Hsyao Bi-khim , qanunvericilər Ker Çen Min, Koo Li Syun, TsaY Çi Çan, Çen Tsiau Hua, Van Tin-Yu və fəal Fey Fanı hədəf alıb.

XS
SM
MD
LG