İranda hicaba qarşı etirazlar necə başladı? Qadınlar nə deyir?

Faren Tağızadə

BBC Farsça Xidməti

İran qadınlar etirazlar baş örtüyü əxlaq polisi
Şəklin alt yazısı,

İranda baş örtüyünə etirazlar

Son günlər İranda bir çox qadın geyim qanunlarının sərtləşdirilməsinə cavab olaraq həm qapalı, həm də ictimai yerlərdə hicablarını çıxarır, foto və videolarını sosial şəbəkələrdə paylaşır. Sosial şəbəkədə özünün çəkdiyi videoda etiraz etməsinin səbəbini açıqlayan bir qadın "Məcburi hicaba yox! Qaydalara yox demək üçün bu gün başımı örtmədən işə getdim. Ürəyimizin istədiyini sərbəst geyməliyik” dedi. İranda hüquq müdafiəçiləri iyulun 12-də hökumətin elan etdiyi “Hicab və iffət” günündə ölkənin hər yerində qadınları hicablarını çıxarmağa və videolarını paylaşmağa dəvət ediblər.

Hökumət tərəfindən daha sərt şəkildə tənzimlənən şəriət qanunlarına və hicab taxmayan qadınlara cərimə və həbs cəzalarına baxmayaraq, onlarla qadın hüquq müdafiəçilərinin hərəkətə keçmə çağırışlarına müsbət cavab verib.

qadın qadınların baş örtüyü İranda baş örtmək İranda başıaçıq gəzmək qadağası
Şəklin alt yazısı,

Qadınlar videolarda etiraz olaraq baş örtüklərini çıxarıb

İranın hər yerində qadınlar parklarda, küçələrdə və dəniz kənarında hicabsız videolarını paylaşıb, bəzi qadınların şortik və köynək geyindiyi görülüb.

Minlərlə insanın izlədiyi və paylaşdığı videolardan birində qadın çimərlikdə gəzərkən qəfildən çadrasını çıxararaq yerə atır və tapdaladıqdan sonra uzaqlaşır. "Yox, yox deməkdir. Hicaba yox deyirik!" şüarı sosial mediada fəallar, jurnalistlər və bəzi siyasi dissidentlər tərəfindən böyük maraqla qarşılanıb. Qadınlar hakimiyyətdə olan kişilərə müraciət edib: "Bizi öz mülkünüz kimi görürsünüz. Sizin ləyaqətinizə xidmət etdiyimizi düşünürsüz. Bizi zəif və kövrək görürsüz və öz güvənsizliyinizi ört-basdır etmək üçün bizi başımızı örtməyə məcbur edirsiniz". Bu sözlər İranın şimalındakı nümayişlərdə iştirak edən və videosunu BBC Farsca Xidmətinə göndərən bir qadına məxsusdur. İyulun 12-dən bəri keçirilən nümayişlərdə azı beş qadının saxlanıldığı güman edilir.

İran Molla rejimi İranda mollalar İranda baş örtüyü İranda qadağalar İranda etirazlar
Şəklin alt yazısı,

Vida Mohave 2018-ci ildə bənzər nümayişlər vaxtı saxlanılmış və aylarla həbsdə qalmışdı.

İranda son illərdə oxşar kampaniyalar keçirilib, qadınların hicab tələbinə etirazı #MySecretFreedom və #WhiteWednesday kimi həştəqlərlə müşayiət olunub.

Ölkədəki əxlaq polisi isə son zamanlarda qadınlara qarşı təzyiqləri artırıb.

İran qadınlar etirazlar baş örtüyü İranda etirazlar

Şəklin mənbəyi, İSNA

Şəklin alt yazısı,

İranda əxlaq polisi qadınları baş örtüklərini "doğru şəkildə" taxmadıqları üçün nəzarətxanaya sala bilər.

Etirazların keçirildiyi gün hökumət paytaxt Tehrandakı futbol stadionunda qadınları başlarını örtməyə çağıran aksiya keçirib. İyulun 12-də dövlət televiziyası “Hicab və iffət” günü ilə bağlı tədbiri yayımlayıb.

Bayram şənliyi çərçivəsində ağ geyimli və yaşıl hicablı bir qrup qadın ölkə bayrağını təmsil edən rəqs nümayiş etdirib.

İranda qadınların etirazları Qadınların İranda baş örtüyünə etirazları tasnim iffət günü təsəddür günü

Şəklin mənbəyi, TASNIM Xəbər Agentliyi

Şəklin alt yazısı,

"Hicab və iffət" günü

Qadınlar cavab olaraq nümayişlərini davam etdiriblər. Onların çəkdiyi videolara ölkədə bir çox kişi də dəstək verib. Tehranda məscidin divarına yazılan “Çörək, iş, azadlıq və istəyə bağlı qapanma” mesajı sosial mediada çoxları tərəfindən paylaşılıb.

qadın zorakılıq polis siyasət iqtisadiyyat güc İran devrim əxlaq polisi
Şəklin alt yazısı,

Çörək, iş, azadlıq və istəyərək başını bağlamaq

“Kampaniyamızı susdura bilməzsiniz”

İranın Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ajeei qadınların nümayişinin arxasında xarici qüvvələrin olduğunu deyib və kəşfiyyat xidmətlərinə “məsul şəxslərin tapılmasını” əmr edib.

İran Prezidenti İbrahim Rəisi “mütəşəkkil korrupsiyanın qarşısını almaq” öhdəliyi götürüb. Bununla belə, bir çox qadın bütün təhlükələrə baxmayaraq, kampaniyalarını davam etdirmək əzmindədir. Sosial şəbəkədə video paylaşan qadın bu sözləri işlədib: "Bizi həbs edə bilərsiniz, amma kampaniyamızı susdura bilməzsiniz. İtirəcək heç nəyimiz yoxdur. Biz azadlığımızı illər əvvəl itirmişik və indi onu geri istəyirik".