Qeyri-adi gənclər: 18 yaş, informasiya texnologiyası çempionu, öz-özünə öyrənən azərbaycanlı Azelma

Qeyri-adi gənclər: 18 yaş, informasiya texnologiyası çempionu, öz-özünə öyrənən azərbaycanlı Azelma

Azelma Ağakişiyeva orta məktəbi ötən il bitirib, amma artıq ikinci kurs tələbəsidir. Yerli və beynəlxalq olimpiadalarda yüksək nəticələrinə görə, 18 yaşlı Azelma müsabiqədənkənar qəbulla Bakı Ali Neft Məktəbinə daxil olub.

O, aşağı siniflərdən riyaziyyat və informasiya texnologiyaları üzrə yerli və beynəlxalq olimpiadalara qatılıb. Uğurları sayəsində ali məktəbə imtahansız qəbul edilib, amma bununla kifayətlənməyib, yenidən imtahan verərək, ikinci kursa keçib.

Həyat yolu üçün xüsusi plan çızmasa da, hələlik, təhsilini xaricdə davam etdirmək əsas hədəfidir.

Azelma Ağakişiyeva olimpiadalara qatılmaq yollarından, uğurlarının səbəblərindən danışıb.

Videonu jurnalist Əminə Məmmədova çəkib.