Bakıda tələbələrin etirazı: "Pulsuz təhsil istəyirik"

Paylaşımını ötürün YouTube, 1
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1

Video açılmırsa, YouTube-dən izləyin.

Mayın 5-də bir qrup tələbəni birləşdirən Tələbə Güc Mərkəzi təşkilatının təmsilçiləri Fərid İmanov və Sahib Quliyev Təhsil Nazirliyi önündə aksiya keçirib.

Gənclər təhsildə olan problemlərə etiraz edib və təkliflər irəli sürüb.

Aksiyaçılar Təhsil Nazirliyi qarşısında bəzi tələblər irəli sürüb.

Səsləndirilmiş bəyanatda ali təhsil müəssisələrində bütün tələbələr üçün pulsuz təhsilin təmin edilməsi, ali təhsilin keyfiyyətinin artırılması, tələbələrin dininə, cinsinə və cinsi orientasiyasına görə məruz qaldığı təzyiqlərə son qoyulması, yerli xalqlara öz dillərində təhsil almaq şansı tanınması kimi tələblər yer alıb.

Təhsil Nazirliyinin rəsmiləri təşkilatın sədri Fərid Imanov və üzvü Sahib Quliyevi qəbul edib.

Təhsil Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, qaldırılan bəzi tələblər, məsələn, yerli xalqların öz dilində təhsil alması tələbi əsassızdır, çünki etnik xalqların sıx yaşadıqları bölgələrdə onlar ana dilində tədirs ala bilirlər, ali təhsil müəssisələrində isə dövlət sifarişlərinin sayı 20 faiz artırılaraq 50 faizə çatıb və bu, getdikcə artırılır.

Nazirlikdən o da bildirilib ki, bununla belə onlar tələbələrə gördükləri problemləri aradan qaldırmaq üçün onlarla birgə işləməyi, təşəbbüslərini irəli sürməyi təklif ediblər.

Videonu BBC News Azərbaycanca üçün Əminə Məmmədova çəkib.

Həmçinin oxuyun:

Bakı