Azərbaycanda zavod çörəyinin qiyməti 5 qəpik bahalaşaraq, 70 qəpik olub

Azertag çörək bahalaşıb çörəyin qiyməti 5 qəpik artıb

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Azərbaycanda çörək ən çox istehlak olunan ərzaq məhsullarındandır

Azərbaycanda zavod çörəyinin qiyməti "5 qəpik artırılaraq, 70 qəpik təyin olunub", Nur çörək zavodunun direktoru Söhrab Cabbarov BBC News Azərbaycancaya bildirib.

O, bildirib ki, bu, "dövlət tərəfindən təyin olunmuş qiymətdir".

"Çörək dövlət tərəfindən nəzarət olunan bir strateji məhsuldur. Unun ayın 17-nə kimi 50 kiloqramını 35 manat 90 qəpiyə alırdıq. Dünən nahardan sonra yerində 40 manat 70 qəpik oldu", - Söhrab Cabbarov deyib.

Zavoddan bildiriblər ki, çörəyin qiymətinin 5 qəpik artımı bu gündən təyin olunub, mağazalarda qiymət artımı bu gündən başlayaraq görülə bilər.

Azərbaycanda sonuncu dəfə çörəyin qiyməti bu ilin yanvarın 6-da bahalaşıb. O zaman 50 qəpiklik standart zavod çörəyinin qiyməti 15 qəpik artaraq, 65 qəpiyə qaldırılmışdı.