Şabran, Qəbələ, Quba, Siyəzəndə yanğınlar: "Yandı, töküldü, bacım"

Paylaşımını ötürün YouTube, 1
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube, 1

Video açılmırsa, YouTube-da izləyin.

Azərbaycanın şimalındakı Qəbələ, Şabran, Quba, Siyəzən rayonlarında minlərlə hektar ərazidə meşə və təsərrüfat sahələri yanıb.

Yanğınlardan ən çox ziyan çəkən Şabran rayonunun Dağbilici kəndi olub. Kənddə 500 hektara yaxın ərazidə olduğu deyilən yanğınlar azı 15 ev təsərrüfatına irili-xırdalı zərər vurub.

Yerli rəsmilər BBC Azərbaycancaya bildirib ki, isti külək yanğını vaxtında söndürməyə imkan verməyib.

Onlar bildirib ki, yanğın 20 dəqiqə ərzində Şabranın Düzbilici kəndindən Dağbilici kəndinə çatıb. Burada bir ev tamamilə yanaraq kül olub.

Yanğından ziyan çəkən kəndlərdən biri də Şabran rayonunun Zöhramı kəndi olub

Rayonun Xəlfələr kəndindən başlayan yanğın 3 gündən çox müddətdə ətraf əraziləri yandırıb.

Yerli sakinlər deyir ki, kənddə 3 təsərrüfata irili-xırdalı ziyan dəyib. Nəcməddin Muradovun saxladığı 20 dovşan tövlədə yanıb.

O deyir ki, mal-qarası üçün qışa topladığı ot tayası tamam yanıb, tövlə də yararsız vəziyyətdədir.

Günlərdir şimal bölgəsində davam edən yanğında Qubanın Çayqışlaq kəndindəki bağ sahəsi yanıb.

Bağın sahibi Məcnun kişi deyir ki, hər il çoxlu qonaq gəlib onun bağında dincəlirmiş indi yanğın bağı tamam məhv edib.

Bağban ətrafdakı su quyularından bacardığı qədər su daşıyaraq, orada qalan yanğın ocaqlarını söndürür.

O həm də bağı bərpa etmək üçün yenidən ağaclara su verməyə başlayıb.

Yanğınların ziyan verdiyi ərazilərdəki insanları indi sadəcə dövlətin onlara maddi dəstək olacağına ümid bağlayıblar.

Yerli rəsmilər BBC-yə deyiblər ki, ziyan dəymiş təsərrüfat və evlərlə bağlı siyahı hazırlanıb və rayon rəhbərliyinə təqdim edilib.

Şabran, Qəbələ, Quba, Siyəzəndə yanğınlar