İstifadə şərtləri

bbcazeri.com səhifəsinə həm Britaniyada, həm də ondan xaricdə çıxış və səhifədən istifadə BBC tərəfindən təmin olunur.

(saytın beynəlxalq istifadəçiləri bəzi səhifələrdə reklam görə bilərlər. Bu, BBC-nin reklam qolu olan BBC Worldwide Limited ("BBCW") tərəfindən aşağıdakı şərtlərlə idarə olunur:)

1. bbcazeri.com səhifəsindən istifadə etməklə siz bu şərtlərlə razılaşırsınız və onlar sizin bbcazeri.com səhifəsindən ilk istifadənizdən dərhal sonra qüvvəyə minir.

Əgər bu şərtlərlə razı deyilsinizsə, onda lütfən, bbcazeri.com səhifəsinə daxil olmayın, ondan istifadə etməyin və əməkdaşlıq etməyin.

2. BBC bu şərtləri vaxtaşırı dəyişə bilər, ona görə də, bu şərtləri tez-tez yoxlamağınız vacibdir. bbcazeri.com səhifəsindən istifadəyə davam etməniz yenilənmiş və ya dəyişilmiş şərtləri qəbul etməyiniz deməkdir.

Əgər dəyişiklərlə razı deyilsinizsə, onda səhifədən istifadəni durdurmalısınız.

Təfərrüatlar üçün, ingilis dilində BBC İstifadə Şərtləri və Qaydalarını oxuyun.