Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Formula 1 / Formula 1 Qatar Airways”Azərbaycan Qran Prisi 2024 üçün bilet satışına start verilib

Formula 1 Qatar Airways”Azərbaycan Qran Prisi 2024 üçün bilet satışına start verilib

20.02.2024 [09:46]

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) fevralın 20-dən etibarən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün “early bird” erkən bilet satışına start verir. 

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, azarkeşlər seçilmiş tribunalara 20 faizədək endirim fürsətindən eksklüziv olaraq “Baku City Circuit” mobil tətbiqi üzərindən faydalana biləcəklər. Kampaniya martın 5-dək davam edəcək. 

Qeyd edək ki, bilet əldə edən azarkeşlərə 3 günlük tribuna biletləri ilə yanaşı Pit zolağı gəzintisi bileti də təqdim edilir. Beləliklə, hər kəs sevimli F1 komandasını, pilotları və onların qarajlarını yaxından izləmək şansı qazanır. 

Sentyabrın 13-15-də baş tutacaq Formula 1 Qran Prisinə ölkəmiz 8-ci dəfə ev sahibliyi edəcək. Yarış həftəsində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlərin və ictimaiyyətin diqqətinə çatdırılacaq. 

Ötənilki azarkeş marağını və Azərbaycan Qran Prisinə biletlərin vaxtından əvvəl tamamilə satılmasını nəzərə alaraq, sürət həvəskarlarını zaman itirmədən, öz biletlərini “Baku City Circuit” mobil tətbiqindən güzəştli qiymətlərlə əldə etməyə səsləyirik. Bundan əlavə, mobil tətbiq vasitəsilə istifadəçilər yarış nəticələri, yarış həftəsində keçiriləcək əyləncə proqramları və trek ətrafı yolların açılması və bağlanması ilə bağlı bildirişləri ilk əldə edəcəklər. 

“Baku City Circuit” mobil tətbiqini iOS və Android əməliyyat sistemləri üzərindən endirə bilərsiniz.

Paylaş:
Baxılıb: 361 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Analitik

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31